Şimon Peres xəstəxanaya yerləşdirildi
13-09-2016 22:18

İsrailin sabiq prezidenti və baş naziri Şimon Peres insultdan sonra xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Öz növbəsində, "Jerusalem Post" qəzeti siyasətçinin ətrafında olan mənbələrə istinadən yazır ki, həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.