Şotlandiya İngiltərədən ayrılır: Müstəqillik üçün referenduma gedəcəklər

Şotlandiya müstəqil bir Avropa ölkəsi olmaq üçün referenduma gedəcək.
Bir tərəfdə “Brexit” böhranı ilə boğuşan, digər tərəfdən də ölkə içindəki etiraz aksiyalarla ağrılı bir dövr yaşayan İngiltərəyə bir pis xəbər də Şotlandiyadan gəlib. Şotlandiyanın baş naziri Nicola Sturgeon parlamentin səlahiyyət müddətində "Brexit ilə müstəqil bir Avropa ölkəsi kimi Şotlandiyanın gələcəyi arasında bir seçim təqdim olunmasına ehtiyac olduğunu" bildirib.
Şotlandiya müstəqillik üçün referenduma müraciət edəcək
Nicola Sturgeon Böyük Britaniyanın Avropa İttifaqından çıxdığı təqdirdə, 2021-in mayında keçiriləcək seçkilər öncəsi yeni müstəqillik referendumuna getmək lazım olduğunu söyləyib.
Sturgeon Şotland parlamentində etdiyi çıxışında, mövcud parlamentin səlahiyyət müddəti içərisində "Brexit ilə müstəqil bir Avropa ölkəsi kimi Şotlandiyanın gələcəyi arasında bir seçim təqdim olunmasına ehtiyac olduğunu" bildirib.
BU İL QANUNİ ADDIM ATILACAQ
Bunun üçün 2019 bitmədən lazımi hüquqi addımı atacaqlarını deyən Sturgeon, "Şotlandiya hökumətinin bu parlament dövründə xalqa müstəqillik məsələsində bir seçim etmə imkanı vermək üçün hərəkətə keçəcəyini təsdiq edə bilərəm” deyib.
Bunun üçün İngiltərənin razılığının lazım olmadığını deyən Sturgeon, Aİ ilə yaxın bir əlaqə qurmağın Şotlandiyanın maraqlarına uyğun olduğunu bildirərək, "Birləşmiş Krallıq sistemi Şotlandiyanın maraqlarına xidmət etmir" deyə söyləyib.
2014-də RƏDD ETDİLƏR
300 ildən çoxdur İngiltərənin bir hissəsi olan Şotlandiya, 2014 referendumunda müstəqilliyi 45 lehinə, 55 faiz əleyhinə olmaqla rədd etmişdi.
2016-da “Brexit” referendumunda Birləşmiş Kralıkda ümumi olaraq müsbət nəticə çıxsa da, Şotlandiya xalqı Aİ-də olmaqdan yana fikir bildirmişdi.
Şotlandiyada növbəti parlament seçkiləri may 2021-də keçiriləcək.
Müxalifət.az