Şri-Lanka hökumətindən qalmaqal açıqlama: "Şri Lankada Yeni Zelandiyadakı Məscid terroruna cavab verildi”

Baxış sayı:
11722

 Şri- Lanka hökumətindən bir nazir bazar günü ölkədə ən az 310 adamın həyatını itirməsinə səbəb olan bombalı hücumların Yeni Zelandiyadakı məscid hücumuna qarşılıq olaraq həyata keçirildiyini iddia edərək Müsəlmanları ittiham edib.
 
Açıqlamada, hücumlardan iki yerli radikal İslamçı təşkilatın məsul olduğunu, bunlardan birinin “Milli Tövhid Camaatı” adlı təşkilat olduğu irəli sürülüb.
Qeyd edək ki, ötən ay Yeni Zelandiyanın Christchurch şəhərində iki məsciddə cümə namazı qılanlara qarşı silahlı təcavüz baş vermiş, hücumda 50 nəfər həyatını itirmişdi.
Müxalifət.az