Sudanda hərbi çevriliş! Prezident Ömər Əl Bəşir istefa verdi
11-04-2019 15:53
Baxış sayı:
8506

Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb və bəzi əsgərlər içəri girib. “Reuters”-dən gələn son dəqiqə məlumatına görə, prezident Ömər Əl Bəşir istefa verib.
“Reuters” Sudan prezidenti Ömər el Beşirin vəzifədən getdiyini və keçid şurası yaradılması üçün işlərin başlanıldığını bildirib.
Sudan rəsmi xəbər agentliyi Suna Sudan ordusu tərəfindən mühasirəyə alınıb. Hakim partiya liderlərinin ordu tərəfindən nəzarətə alındığı da bildirilib.
Müxalifət.az