Sudanda yeni gəlişmə: And içib vəzifəyə başladı!

Sudanın müdafiə naziri Avad bin Avf Hərbi Keçid Şurasının sədri kimi and içərək vəzifəyə başlayıb.
Bin Avf paytaxt Hartumda keçirilən və dövlət televiziyasından canlı yayımlanan mərasimdə, Sudan Ali Məhkəməsinin sədri Abdulmecid İdris hüzurunda and içərək keçid şurasının sədri olub.
Sudan baş qərargahının rəisi ordu generalı Kamal Abdulmaruf da Hərbi Keçid Şurasının sədr müavini kimi and içib.
SUDANDA BAŞ VERƏNLƏR
Bin Avf dünən dövlət televiziyasında Yüksək Təhlükəsizlik Şurası (YGK) Sədri sifətilə etdiyi açıqlamada, YGK-nın hakimiyyətə əl qoyduğunu və prezident Ömər el-Beşirin həbs olunduğunu bildirmişdi.
Konstitusiyanın təxirə salındığını, baş nazirin, Parlament və əyalət hakimiyyətlərinin də ləğv edildiyini bildirən bin Avf, 2 illik keçid dövrünün başladığını qeyd etmişdi. Sudan 19 dekabr 2018-dən bu yana qiymətlərin baha olması ilə əlaqədar etiraz edildiyi və Ömər el-Beşirin vəzifədən getməsinin istədiyi etiraz aksiyalarına səhnə olurdu.
Şənbə günü yenidən alovlanan etirazlardan sonra Sudan ordusu dünən səhər mühüm dövlət qurumlarını mühasirəyə almış, hakim Milli Konqres Partiyasından onlarla şəxsi nəzarətə almışdı.
Müxalifət.az