Suriya ilə bağlı bir neçə məsələ qaldı - Lavrentyev
26-04-2019 20:27
Baxış sayı:
14056

Suriya Konstitusiya Komissiyasının yaradılması prosesində bir neçə məsələnin həllini gözləyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
"Konstitusiya Komissiyasının təsdiq olunması son mərhələdədir. Daha öncə razılıq əldə edilməyən böyük bir məsələ var idi, ancaq indi 2-3 problem qalıb", - Lavrentyev qeyd edib.