Tramp 1915 hadisələri üçün nə dedi?

Baxış sayı:
12931

 ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələrinə yönəlik bu il istifadə edəcəyi ifadə maraq edilirdi. Tramp ötən il olduğu kimi, bu il də hadisəni “Meds Yeghern”, yəni "Böyük Fəlakət" kimi qiymətləndirib.
 
 ABŞ prezidenti Donald Tramp ermənilər tərəfindən 1915-ci il hadisələrinin ildönümü olaraq qəbul edilən 24 aprelə dair açıqlamasında, ermənicə "Böyük Fəlakət" mənasına gələn "Meds Yeghern" ifadəsini işlədib.
Tramp 1915 hadisələrinə dair verdiyi yazılı açıqlamada, "Bu gün 20-ci əsrin ən böyük kütləvi qırğınlarından olan “Meds Yeghern”-də əziyyət çəkmiş olanların xatirəsini yad edirik" deyə qeyd edib.
 1915 ildən etibarən 1,5 milyon erməninin öldürüldüyünü, ya da deportasiya edildiyini irəli sürən Tramp, "Erməni cəmiyyətinin yenidən qurulmasına və həyatlarının xilas edilməsinə bir çox Amerikalının xidmət etdiyini, əzab çəkənlərin xatirələrinə hörmət göstərdiklərini və ermənilərin böyük bir düşmənçilik qarşısında ABŞ da daxil olmaqla, dünyanın dörd bir tərəfində dinamik cəmiyyətlər yaratdıqlarını" bildirib.
Tramp, "Bir daha təkrar edilməməsi üçün keçmişdən dərslər çıxarmağa söz veririk. Ermənilərin və Türklərin ağrılı keçmişləri ilə hesablaşmaq və onu qəbul etmək üçün göstərdikləri səyləri məmnunluqla qarşılayırıq" deyib.
Tramp vəzifəyə gəldikdən sonrakı iki açıqlamasında da "Meds Yeghern" ifadəsinə yer vermiş, əvvəlki ABŞ prezidenti Barak Obama da məsələ ilə bağlı bütün çıxışlarında bu ifadəni işlətmişdi.
ABŞ prezidentləri 1993-ci ildə Bill Klinton dövründən bu yana, 1915 hadisələri ilə bağlı hər il nizamlı yazılı bəyanat verir. 1915 hadisələri adətən "böyük bədbəxtlik, deportasiya və qətliam" kimi ifadələrlə adlandırılır.
Müxalifət.az