“Tramp neftlə bağlı seçim etməlidir” – İranlı nazir

İranın neft naziri Bijen Namdar Zəngənə İran dövlət mediasında yer alan açıqlamasında, ABŞ-ın ölkəsinə qarşı sanksiyaları haqqında açıqlama verib.
Neft bazarının kövrək bir vəziyyətdə olduğunu və ABŞ-ın İrana təzyiqi artırmaq istəməsi vəziyyətində bu qırılğanlığın dərinləşəcəyini bildirən Zəngənə, "Venesuelada problemlər var, Rusiyaya sanksiya tətbiq edirlər, Liviya qeyri-sabitdir və ABŞ-dakı neft hasilatı də əldən getdi. Bu cədvələ görə, istehsal, təklif və tələb çox kövrək bir prosesdən keçir" deyib.
Təklifin tələbdən daha çox olması, ya da mövcud həcmlərdən daha çox olması kimi bir vəziyyətin söz mövzusu olmadığını və bu istiqamətdəki açıqlamaların bazarları sakitləşdirmək üçün təbliğat məqsədli edildiyini bildirən Zəngənə, "Neft qiymətinin hər gün artması bazarın narahat olduğunun bir göstəricisidir. Donald Tramp İrana təzyiqi artırmaq ilə ABŞ-da benzin qiymətlərini aşağı tutma arasında bir seçim etməlidir" deyə söyləyib.
Neft rayonlarının Cənubi Sudanda olması səbəbindən Sudandakı hadisələrin bazara təsir etməyəcəyinə işarə edən Zəngənə, Venesueladakı gərginliyin davam etməsinin ABŞ üzərindəki təzyiqi artıracağını vurğulayıb.
Müxalifət.az