Trampa soyuq duş: İngiltərədə boykot edildi!

Baxış sayı:
2035

 İngiltərədə ana müxalifət lideri Ceremi Corbyn ilə İcmalar Palatasının sədri Con Bercow, ABŞ prezidenti Donald Tramp şərəfinə veriləcək ziyafət üçün onlara edilən dəvətdən imtina etib.
 
İngiltərədə ana müxalifətdəki Fəhlə Partiyasının lideri Ceremi Corbyn ilə İcmalar Palatasının sədri Con Bercow, iyun ayında ölkəyə rəsmi səfər həyata keçirəcək olan ABŞ prezidenti Donald Trampın şərəfinə veriləcək ziyafətə qatılmayacaqlarını açıqlayıb.
Dəvəti qəbul etməyən Corbyn, Twitter hesabından paylaşdığı mesajında, "Teresa Mey beynəlxalq müqavilələri cıran, iqlim dəyişikliyini inkara dəstək verən, irqçi və qadın düşməni dil üslubu istifadə edən birini şərəfləndirmək üçün rəsmi səfəri zamanı qırmızı xalça saldırmamalıdır" deyə qeyd edib.
ABŞ ilə mühüm bir əlaqəni davam etdirməyin bir rəsmi səfəri görkəmli olmasını tələb etmədiyini bildirən Corbyn, "Baş nazirin bir daha bu ABŞ rəhbərliyinin qarşısında əyilməyi seçməsi kədərlidir" deyib.
 Corbyn bununla yanaşı, Tramp ilə təkbətək söhbət etməyə və əhəmiyyətli bütün məsələləri müzakirə etməyə hazır olduğunu da sözlərinə əlavə edib.
İngilis parlamentinin alt qanadı Avam Palatasının sədri Con Bercowun da Tramp şərəfinə veriləcək ziyafətə qatılmayacağı açıqlanıb.
Bercowun ofisindən bildiriblər ki, "Sədr yeməyə dəvət edilib, ancaq getməyəcək".
 
İYUNDA 3 GÜNLÜK SƏFƏR
 
 Buckingham Sarayından keçən həftə edilən yazılı açıqlamada, Trampın 3-5 iyun tarixlərində İngiltərəyə kraliça 2-ci Elizabetin dəvəti ilə rəsmi səfər edəcəyi bildirilmişdi.
Trampın keçən iyul ayında İngiltərəyə və Şotlandiyaya həyata keçirdiyi 4 günlük səfər geniş miqyaslı etirazlara yol açmışdı.
 
 
 BÖHRANA ÇEVRİLƏN SƏFƏR
 
 İngiltərənın Baş naziri Teresa Mey əvvəlki il yanvar ayında reallaşdırdığı ABŞ ziyarəti əsnasında Trampa kraliça 2-ci Elizabetin rəsmi dəvətini çatdırıb və dəvət qəbul edilmişdi.
Səfərin ləğvi üçün 2 milyona yaxın imza parlamentə təqdim olunarkən, mümkün bir səfər zamanı Bercow da millət vəkillərinə xitab etməsi üçün Trampı parlamentə dəvət etməyəcəyini açıqlamışdı.
İngilis hökuməti bundan sonra rəsmi səfər dəvətini təxirə salmış, Tramp da bunun əvəzinə İngiltərəyə bir işgüzar səfər həyata keçirmişdi.
Müxalifət.az