Trampdan ilginc əhvalat: Bir zənglə 500 milyon göndərdilər

Baxış sayı:
2332

ABŞ Prezidenti Donald Tramp Viskonsində qatıldığı konfranslardan birində çıxışı zamanı Səudiyyə Ərəbistanı ilə bağlı ilginc məlumatı iştirakçılara danışıb.
Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri bir zənglə Səudiyyədən 500 milyon dollar aldığını bəyan edib.
“Səudiyyə kralını bəyənirəm. Krala: Sizi qorumaq üçün hər yola əl atırıq, sizin də çox pulunuz var - dedim. O da: Mənə nə üçün zəng etmisən? Daha əvvəl heç kim (keçmiş ABŞ prezidentləri) mənə bu səbəblə zəng etməyib – deyə cavab verdi. Mən də öz növbəm də: Onlar axmaqdırlar - şəklində cavabladım. Bundan sonra pul yolladılar. Bir zənglə 500 milyondan çox pul göndərdilər. Biz onları qoruyuruq. Onlar zəngin ölkələrdir. Mən bu pulu itirmək istəmirəm”, - deyə Ağ Ev rəhbəri bildirib.