Trampdan “Rusiya və Çin” təlimatı

Baxış sayı:
10816

ABŞ prezidenti Donald Trampın Rusiya və Çin ilə yeni bir silahlanmaya nəzarət müqaviləsi üçün hazırlıq görülməsi tapşırığı verdiyi iddia edilib.
 
Amerikanın “Vaşinqton Post” qəzetinin Amerikalı nümayəndələrə əsaslandırdığı xəbərində, Trampın bu göstərişi Rusiyanın müqavilələr xaricində qalmış nüvə silahlarına yeni məhdudiyyət gətirmək məqsədilə verdiyi qeyd edilib.
Bundan başqa, Çinin nüvə tutumunu ilk dəfə yeni müqavilə çərçivəsinə almaqla yanaşı, Pekinin strateji hərbi qabiliyyətlərini müəyyən etməyin də bu işlər çərçivəsində qarşıya qoyulduğu irəli sürülüb.
Hazırlıq işlərinin yenicə başladığı ifadə edilərkən, bu cür müqavilələrin müzakirələrinin illər sürdüyü və Ağ Evdə ilk dövrünün bitməsinə iki il qalan Trampın, Çin və Rusiya ilə gərginliyi artırdığı bir şəraitdə bu səyini başa çatdıracağı barədə şübhələr olduğu bildirilib.
Xəbərdə, adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir ABŞ səlahiyyətlisi, "Prezidentin göstərişi daha qətiyyətlidir, daha çox silahı əhatə edən və yalnız Rusiyanı da əhatə etməyən bir silahlanma nəzarəti müqaviləsi üzərində işimizə yönəlib" deyə bildirib.
Müxalifət.az