Türk generaldan ABŞ-a xəbərdarlıq: “YPG-ni 40 km kənara çıxarmazsanız, vurarıq”

Baxış sayı:
5905

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-da apardığı danışıqlar çərçivəsində ABŞ müdafiə naziri vəkili Patrik M. Şanahan ilə görüşüb.
 
 Akar və Şanahanın görüşündə, Suriyadakı proseslər, ikitərəfli əlaqələr, digər regional təhlükəsizlik məsələləri ilə müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu açıqlanıb.
 
TERRORÇULAR MAKET TƏYYARƏLƏRLƏ HÜCUM EDİR
 
 Görüşün ən mühüm mövzularından biri şübhəsiz terror təşkilatı YPG-nin vəziyyəti olub. Hulusi Akar həmkarı Şanahana "Niyə orada 30-40 kilometrdən danışırıq. Çünki son zamanlar terrorçular maket təyyarələrə partlayıcı qoyaraq ölkəmizdəki idarələrimizə, insanlarımıza qarşı istifadə edirlər. Biz “terrorçuları alın, silahlarını toplayın, bunları 30-40 kilometr kənara çıxarın” deyirik. Bizim əsas təklifimiz budur. Bu maket təyyarələrin uçuşu təqribən 30-40 kilometrdir. Türk Silahlı Qüvvələri bölgədəki qabiliyyəti ilə hər şeyə qadir olan yeganə qüvvədir. Burada əsas olan məqsəddir. Bizim məqsədimiz sərhədlərimizin və xalqımızın təhlükəsizliyini təmin etməkdir. Bizim dərdimiz bubur. Biz Suriyanın həm siyasi kimliyinə, həm də ərazi bütövlüyünə son dərəcə hörmət edirik. Heç bir şəkildə Suriya torpaqlarında gözümüz yoxdur. Bizim məsələmiz terrorçu ünsürlərdən ölkəmizə gələn risk, təhdid, təhlükədir" deyə söyləyib.
Müxalifət.az