Türkiyə F-35 proqramından çıxarsa, nə olar? ABŞ-lı komandan cavab verdi!

Baxış sayı:
7549

 ABŞ F-35 Lightning II döyüş təyyarələrinin istehsalı məsələsində Türkiyənin bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq Türkiyəni proqramdan çıxarmaq təhdidləri sovurarkən, dünən Vaşinqtonda yeni bir gəlişmə baş verib.
 
Hava və dəniz qüvvələrinin modernləşməsi mövzusunda keçirilən sessiyada, ABŞ-ın daxil olduğu proqramlarla əlaqədar olaraq Nümayəndələr Palatasının üzvlərinə brifinq verilib.
 
F-35 MƏSƏLƏSİNDƏ TÜRKİYƏ SUALI
 
 F-35 proqramının rəhbəri admiral Mathias W. Winter proqramın son
detalları ilə bağlı məlumat verərkən, sessiyanin spikeri Nümayəndələr Palatasının üzvü Donald Norcross Türkiyənin F-35 proqramından çıxarılması ehtimalına işarə edərək Wintera bir sual yönəldib.
 
TÜRKİYƏ HAZIRDA PROQRAMDADIR
 
Math Winter isə Türkiyənin tədarükçüləri olduğunu və proqramdan çıxmaları kimi bir vəziyyətin hələlik düşünülmədiyini deyib.
 
TÜRKİYƏ PROQRAMDAN ÇIXSA NƏLƏR OLAR?
 
 Bundan sonra digər bir Nümayəndələr Palatasının üzvü Vicky Hartzler isə Türkiyənin proqramdan çıxması halında nələrin yaşanacağını soruşub.
 Bu vəziyyətin onlar üçün problem olacağını bildirən admiral Mathias W. Winter, bunun üzərində Türkiyənin F-35 hissələrinin 6-7 faizlik bir qismini istehsal etdiyini və Türkiyənin proqramdan çıxması vəziyyətində iki il ərzində 50-75 arası daha az təyyarə istehsal edəcəklərini və proqramın ildə 90 günə qədər daha ləng gedəcəyini söyləyib.
 
PENTAQON: TÜRK PİLOTLARIN TƏHSİLİ DAVAM EDƏCƏK
 
 Bu açıqlamalardan sonra Pentaqondan "Türk pilotların təhsili davam edəcək, Türkiyəyə təslim etdiyimiz 2 ədəd F-35-i geri almağı düşünmürük" açıqlamasının gəlməsi diqqət çəkib.
Müxalifət.az