Türkiyə əlini masaya vurdu: ABŞ-a geri addım atdırdı

Türkiyə sərhədlərində terror təşkilatlarının varlığına heç bir şəkildə icazə verməyəcəyini qərarlı bir şəkildə ifadə etdikdən sonra ABŞ təhlükəsiz bölgə ilə bağlı planında YPG terror təşkilatına yer verməyib.
Türkiyə qətiyyətli duruş nümayiş etdirərək Fəratın şərqinə hərbi əməliyyat keçirəcəyi və terror mövqelərinin tamamilə təmizlənəcəyi mesajını verdi.
Məhz sərhədləri boyunca terrorun yaşamasına icazə verməyəcəyi açıqlamasından sonra Birləşmiş Ştatlar planda müəyyən dəyişiklik etmək məcburiyyətində qaldı.
ABŞ-ın Suriya üzə xüsusi nümayəndəsi Ceyms Cefri daha əvvəl, "Türkiyə sərhədlərində qurulacaq təhlükəsiz bölgəylə əlaqədar Türkiyə ilə çalışacağıq. YPG bu əməkdaşlığın bir hissəsi olmayacaq, çünki Türkiyənin bu mövzuda YPG'nin PKK ilə əlaqəsi olduğuna dair narahatlıqları var. Bunu anlayırıq və prezident Tramp onu prezident Ərdoğana açıq şəkildə çatdırıb” deyib.
ABŞ təhlükəsiz bölgə planını artıq müəyyən edib və bu planda YPG terror təşkilatı yoxdur. Əvəzində isə regionda YPG terroristlərinin yerinə bölgə xalqından qurulacaq silahlı bir qrup təhlükəsizlik və ictimai asayişi qoruyacaq. Və bütün məsuliyyət də bölgə xalqının üzərinə düşəcək. ABŞ-ın bu planını Türkiyənin də qəbul edə biləcəyi kimi görünür.
Müxalifət.az