“Türkiyəni nə F-35, nə də Su-57, yalnız milli döyüş təyyarəsi xilas edə bilər” - Ekspert

Baxış sayı:
2293

Türkiyənin Təhlükəsizlik Strategiyaları üzrə eksperti Abdulla Ağar, ABŞ Müdafiə nazirinin vəkili Patrik Şanahanın, F-35 döyüş təyyarəsi proqramının axsadığına yönəlik açıqlamaları ilə bağlı, "Yekun mənada nə F-35-lər, nə Rusiyanın Su-57-ləri bizi xilas etməyə yetməz. Türkiyənin hədəfi öz milli döyüş təyyarələrini istehsal etməkdir və bunun üçün nə lazımdırsa edilir" deyib.
 
 ABŞ və digər NATO üzvlərinə qarşı müttəfiqlik inamının sarsılması ilə birlikdə, Türkiyənin hava hücumlarında alternativləri həll etmək məcburiyyətində olduğuna işarə edən Ağar, "Milli döyüş təyyarəsini istehsal etmək məcburiyyətindəyik, amma bu iş hələlik çətindir. Bu həyata keçirilənə qədər keçid dövrünü F-35-lərlə yola vermək məcburiyyətindəyik. Bir tərəfdən də F35-lərin əlverişsiz vəziyyətlərini da ortadan qaldıracaq məsələlərini də həll etməyimiz lazımdır" deyə söyləyib.
Müxalifət.az