Türkiyənin ABŞ-a S-400 cavabından sonra Rusiyadan ilk açıqlama
10-04-2019 14:48
Baxış sayı:
9136

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun "ABŞ “Patriot” satarsa, alarıq, amma satmazsa, ikinci bir S-400 və ya başqa bir hava müdafiə sistemi alarıq" sözlərinə Kremldən cavab gəlib. Kremlin sözçüsü Dimitriy Peskov Ankara ilə əməkdaşlığı inkişaf etdirmək üçün yaşıl işıq yandırıb. Dimitriy Peskov Mövlud Çavuşoğlunun "ABŞ “Patriot” satarsa, alarıq, amma satmazsa, ikinci bir S-400 və ya başqa bir hava müdafiə sistemi alarıq" açıqlaması ilə bağlı Türkiyəylə hərbi-texniki əməkdaşlıq əlaqələrini genişləndirmək üçün lazım olan texniki imkanlara malik olduqlarını deyib. Peskov "Rusiya Türkiyə ilə S-400 məsələsində yeni bir müqavilə imzalamağa açıqdır. Rusiya əməkdaşlığı inkişaf etdirmək üçün fürsət axtarır" vurğusunu edib. Müxalifət.az