Xaçmazda ağır qəza: üç avtomobil toqquşdu
26-04-2019 19:37
Baxış sayı:
14308

Xudat-Xaçmaz yolunun Həsənqala kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.
Muxalifet.az-ın xəbərinə görə, hadisə zamanı üç avtomobil - “VAZ 2106”, “VAZ 21099” və “LADA Priora” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.