Xristian terrorunda yeni addım: MÜSƏLMANLARA QARŞI YENİ TERROR TƏŞKİLATI YARADILDI

Baxış sayı:
12925

Kanadada son illərdə yüksələn İslam düşmənçiliyi silahlı bir qrup yaradılması nöqtəsinə qədər gəlib. Özlərinə “The Three Percenters” (Üzdə Üçlər) adını verən İslam düşməni səlib terrorçu qrupun Kanada ərazisində mübarizə edəcəyi ifadə olunub.
 
“Sputnik”-də yer alan xəbərə görə, özlərinə “The Three Percenters” (Üzdə Üçlər) adını verən və simvol olaraq da III% işarəsini istifadə edən ifrat sağçı qrupun Kanada ərazisində mübarizə aparacağı bildirilib.
Xəbər saytı "vice.com"-da təxminən 8 ay davam edən bir araşdırmadan sonra dərc olunduğu bildirilən xəbərdə, sözügedən qrupun, "Müharibə dostlarıyıq, müharibə vəziyyətindəyik və həyatımızın mübarizəsinin ortasındayıq" şüarı ilə hərəkət etdiyi bildirilib.
Xəbərdə, qrup liderlərindən Robert Wellingin açıqlamalarına yer verilib. Welling, Kanada hökumətinin onları "yerli terrorçular" kimi gördüyünü bildirərək "Zamanı gəlirsə və güc istifadə edib, hərəkətə keçməliyik, lazım gələrsə, bunu edəcəyik" deyib.
“Biz İslamı və Müsəlmanları sevmirik" deyən Welling, Kanada üçün bir İslami işğalın üfüqdə olduğunu, bunun da sığınacaq və mühacirətlə reallaşacağını bildirib. Xəbərdə, qrupun özü də daxil olmaqla, Kanada daxilində 16 məscidə fəal olaraq nəzarət etdiyini bildirən Welling, "Bu məscidlər terrorçu təlim qrupları üçün təhsil düşərgələridir. Bu məscidləri izləməyə və vəziyyətlərini qeyd etməyə davam edəcəyik" deyə qeyd edib.
 
1600-dən çox üzvü var
 
Qrupun sadəcə Albertada 1600-dən artıq üzvü olduğu bildirilir.
Qrup üzvlərinin sosial media hesablarında bölüşdükləri avtomatik silahlar və ərazidəki hərbi təhsil görüntülərinə də yer verilən xəbərdə, qrup üzvlərinin hərbi ərazi təlimləri ilə yanaşı, yaşadıqları şəhərlərdəki məscidləri izlədikləri məlumatı da bölüşüb.
 
Kanada polisi hadisədən xəbərdardır
 
Xəbərdə, ölkənin ən yüksək səviyyədəki polis təşkilatı olan Kanada Kral Atlı Polisi RCMP-nin açıqlamasına da müraciət edilib. Prosesdən xəbərdar olduğunu vurğulayan RCMP, "RCMP bu qrupun fərqindədir. RCMP hərəkətləri və ya ideologiyaları araşdırmır, ancaq Kanadalıların təhlükəsizliyini və etibarlılığını təhdid edən hər hansı bir fərdin və ya qrupun cinayətkar fəaliyyətlərini araşdırır" açıqlamasını verib.
 
Terror təşkilatı siyahısına salınmalıdır
 
Başqa tərəfdən, Alberta Müsəlman Xalqlarının Əlaqələr Şurası (AMPAC) məsələyə dair bir açıqlama edərək qrupun rəsmi olaraq" terrorçu təşkilatlar siyahısı"na alınmasına çağırıb.
AMPAC-ın sədr müavini Adil Həsən sözügedən qrupun terror təşkilatı siyahısına daxil ediləcək meyarları özündə ehtiva etdiyini deyib.
Həsən, "Qrup rəsmi bir qeydiyyata malikdir, olduqca nizamlı və son dərəcə fəaldır. Nifrəti artırmaları, yaymaları və zorakılıq meylləri göstərmələri bu qrupun terror siyahısına salınmasına dəlil sayıla bilər. Bunu izləməyə davam edirik" deyib.

Müxalifət.az