Yunan qatildən dəhşətli etiraf!

Yunan Milli Qvardiyasında xidmət edən 38 yaşlı leytenant Nikos Metaxas 7 qadın və bir uşağı öldürdüyünü etiraf edib. Metaxas qurbanlarını saxta adla açdığı sosial media hesabı üzərindən tapırmış.
Yunan rəsmiləri jurnalistlərə etdiyi açıqlamada, Yunan zabitin cinayətləri etiraf edərək 7 qadının da cəsədinin olduğu yerləri dediyini, göstərilən yerlərdə cəsədlərin tapıldığını bildirib.
Cənubi Kiprdə Yunan Milli Qvardiyasında xidmət edən leytenant Nikos Metaxas polisə verdiyi ilkin ifadəsində, "Qadınları boğduqca özümü gözəl hiss etdim və təkrar etdim" demişdi. Yunan mediası qadın qatilinin istintaqının aparılması ilə yeni cinayətlərin otaya çıxa biləcəyini yazıb.
Qatil Nikos Metaxasın 35 yaşlı Marry Rose və 6 yaşlı qızı Sierra Graze Seucaliusu öldürməsindən sonra ortaya çıxmışdı.
Qurbanlarını saxta hesablarla tapdı
Metaxas qurbanlarını saxta adla açdığı sosial media hesabı üzərindən tapırmış. Qadınlara əsgər olduğunu deməyən Metaxas, özünü həvəskar fotoqraf kimi tanıdırmış. Yunan zabit qurbanlarının əvvəl fotoşəkillərini çəkir, sonra onların etimadını qazanmağa çalışırmış.
Silsilə cinayətlər bir-bir ortaya çıxdı
Silsilə qətllər 15 apreldə Mitsero kəndində saat 15:00 radələrində ərazini gəzən iki turist tərəfindən çürümüş bir qadın cəsədini aşkar etməsi ilə ortaya çıxmışdı. Cəsədin 2018-in 15 may tarixində Milli Qvardiya zabitinin evində süpürgəçi işləyən və itkin düşdüyü açıqlanan Filippin əsilli Marry Rose-a aid olduğu müəyyən edilmiş, bundan sonra daha əvvəl nəzarətə alınan və sərbəst buraxılan zabit yenidən sorğuya alınmışdı. Ordu zabiti sorğu zamanı qadını və uşağını öldürdüyünü etiraf etmişdi.
Müxalifət.az