Axtarış
The search found 105700 results in 0.004 seconds.
Search results
Daha bir siyasi fəal saxlanıldı
Gürcüstanda yaşayan azərbaycanlılar üçün güzəştlər tətbiq edilə bilər
Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün Azərbaycanda müxtəlif imtiyazların tətbiq olunması təklif edilir.
Milli Məclisin deputatı Fərəc Quliyev Trend-ə bildirib ki, bununla bağlı Azərbaycan Parlamentinin yaz sessiyasında təklif irəli sürəcək.
Muxalifet - 15-12-2021
Keçmiş müdafiə naziri: "Zakir Həsənovla tez-tez görüşürük"
“Zakir Həsənovun gördüyü işləri alqışlayıram. Onun islahatları öz müsbət nəticəsini verir. İnanıram ki, o bundan sonra da ordudakı islahatlarını davam etdirəcək”.
Bunu azvision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib. D.Rzayev hazırkı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun fəaliyyətindən danışıb. Qeyd edib ki, Zakir Həsənovla tez-tez görüşüb, təcrübələrini də bölüşürlər.
Muxalifet - 13-01-2015
"Azərros" daxilindəki qalmaqal böyüyür - YENİLƏNİB
Növbədənkənar qurultay təxirə salınıb
"Azərros" Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının üzvü, “Azərros”un Moskva vilayət təşkilatının sədri Qalib Ağayev təşkilat daxilində baş verənlərə münasibət bildirib.
Q. Ağayev APA-ya deyib ki, qurumun prezidenti Asif Məhərrəmov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun gəlişindən sonra təşkilat problemlərlə üzləşməyə başlayıb.
Muxalifet - 13-01-2015
Seymur Həzinin vəkilinin vəsatəti təmin edildi
Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həzinin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov çıxış edib. O, cinayət işinin istintaqını aparan Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Bilal Nəbiyevin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib.
Proses yanvarın 22-də davam etdiriləcək.
Muxalifet - 13-01-2015
İlqar Məmmədov və Tofiq Yaqublunun işi Ali Məhkəmədə - FOTO
Yanvarın 13-də vicdan məhbusları, ReAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun Ali Məhkəmədə kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlqar Məmmədov və Tofiq Yaqublu iştirak etməyiblər.
Hakim deyib ki, onların prosesdə iştirakı barədə məhkəməyə hər hansı vəsatət təqdim olunmayıb.
Muxalifet - 13-01-2015
Müsavat Yadigar Sadıqovla bağlı bəyanat yaydı
Müsavat Partiyası Yadigar Sadıqov barədə bəyanat yayıb.
Bəyanatda deyilir:
Bu gün Ali Məhkəmə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun Apellyasiya Məhkəməsinin qərarından şikayətinə baxıb.
Muxalifet - 13-01-2015
Avropada Laçın Məmişovla bağlı kampaniya başlayıb
Jurnalist ölkəyə təhlükəsiz qayıda bilmək üçün Azərbaycan rəhbərliyindən əməli addımlar gözləyir
Muxalifet - 13-01-2015
Azərbaycanda müəllimə özünü yandıracağını deyir
Ziyafət Həsənova: “Əlimdə benzin dolu qab görsəniz...”
“Evimi talayıblar, özümü döyüblər. Mənə qarşı vəhşilik etdiklərini təsdiqləyən ekspertiza kağızım da var. Ancaq bu rayonun prokuroru, polisi oğrunu, xuliqanı açıq-aşkar himayə edir”.
Bunu virtualaz.org saytına müraciətində Tovuzun Vahidli kənd sakini Ziyafət Həsənova deyib.
Muxalifet - 13-01-2015
Qubad İbadoğlunun təşkilatı formalaşır
Yanvarın 13-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsi üzvlərinin növbəti toplantısı keçirilib. Toplantıda Təşkilat Komitəsinin 1 aylıq fəaliyyətinə yekun vurulub, təşkilatlanma və strukturlaşma işinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Qərara alınıb ki, təşkilatlanma işi sürətləndirilsin, təşəbbüs qruplarının əhatə dairəsi genişləndirilsin. Bununla əlaqədar olaraq rayonlarda təşəbbüs qrupunun yaradılması üçün qrafik hazırlanıb və məsul şəxslər müəyyənləşdirilib.
Muxalifet - 14-01-2015
“Qarabağ” dünyanın 100 ən yaxşı klubu arasında - Siyahı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) öz rəsmi saytında 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısını dərc edib.
Report xəbər verir ki, dünyanın 100 ən yaxşı klubu siyahısına Azərbaycanın "Qarabağ" klubunun da adı düşüb.
Ağdam klubu 138 xalla siyahının 78-ci pilləsində qərarlaşıb.
Keçmiş SSRİ ölkələrindən ilk yüzlüyə Rusiyanın üç klubu - "Krasnodar" (42), "Dinamo" (Moskva) (49) və "Zenit" (51), Ukrayanın "Dinamo" (Kiyev), "Şaxtyor" və "Dnepr" kollektivləri və Belarusun "Dinamo" (Minsk) klubu düşə bilib.
Muxalifet - 14-01-2015
Şəkidə ana üç uşağını götürüb Suriyaya gedib - şok təfərrüat
Rayonun Daşüz kənd sakini İbrahim Məmmədovun arvadı, qaynanası, baldızı və bacanağı azyaşlı uşaqlarını götürüb İŞİD-ə qoşulublar; “Qızlarımın biri 15, biri 12, oğlum isə 13 yaşındadır, qardaşları fermanı satıb Suriyaya getdilər”
Muxalifet - 14-01-2015
İslamçılar Azərbaycanda yeni hərəkat yaratdılar
Azərbaycanda “Müsəlman Birliyi Hərəkatı” təsis olununub. İslamazeri.az xəbər verir ki, hərəkat həbsdə olan Tale Bağırzadənin sədrliyi ilə təsis olunub.
Muxalifet - 14-01-2015
Tərbiyəsiz mədənilər
Pritça
Orada hamı, hətta bazarda kartof satanlar da diplomludur. Amma hamısı oğru və tərbiyəsiz.
Rusiyada əhalinin otuz beş faizi, yəni hər yüz nəfərdən otuz beşi qəzet və kitab oxumur və bu, ölkə üçün faciə sayılır. Orada isə hər min nəfərdən doqquz yüz doxsan doqquzu qəzet və kitab nə olduğunu bilmir və bu, başda başçı olmaqla heç kimin vecinə deyil.
Orada məşuqəsi olmayan məmur, deputat və polis nəfəri, priton və fahişəxana olmayan şəhər, rayon və qəsəbə yoxdur.
Muxalifet - 14-01-2015
Yanukoviç və yaxın ətrafının varidatına həbs qoyulub
Xarici ölkələrdə 2 milyard dollar, Ukrayna daxilində 1,8 milyard dollar və 6 milyard qrivna...
Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkədən qaçmış keçmiş prezident Viktor Yanukoviç üzərində qiyabi məhkəmə prosesi keçirilməsi təklifi ilə çıxış edib.
Muxalifet - 14-01-2015
ABŞ-ın keçmiş səfiri Azərbaycanla bağlı məqalə yazdı
Riçard Kozlariç: “ABŞ-Azərbaycan münasibətləri ciddi böhran keçirir”
Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin www.brookings.edu saytında məqaləsi dərc edilib. Yazı Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin sitatı ilə başlanır: “… yolumuz aydındır… Azərbaycanda qurduğumuz hökumət və cəmiyyət Qərb dəyərlərinə əsaslanır, buraya demokratik plüralizm, azad bazar iqtisadiyyatı, universal insan haqlarına hörmət edən dünyəvi respublika daxildir”.
Muxalifet - 14-01-2015
Deputatın qardaşı bankını 38 mln manata satdı
Bir müddət öncə lisenziyası bərpa olunan "Kövsər Bank"ın səhmlərinin böyük hissəsi şirkətlərdən birinə satılıb. Marja-nın məlumatına görə, dekabrın 25-də Bakı Fond Birjasında “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin aldığı bildirilir.
Muxalifet - 14-01-2015
Rusiyanı dəhşətli bank böhranı gözləyir
Hazırdı durumda bank böhranı “miqyaslı” olacaq. Bunu jurnalistlərə Rusiyanın ən iri banklarında olan Sberbank-ın rəhbəri German Qref bildirib. Bir qədər əvvəl Qref qeyd edib ki, neftin qiyməti uzun müddət 40 dollar səviyyəsində qala bilməz. Ancaq 60-70 dollar səviyyəsində bir neçə il qala bilər.
Qrefın sözlərinə görə, hazırkı şəraitdə neftin qiyməti 45 dollar səviyyəsində qalsa, Rusiya iqtisadiyyatı üçün bədbin proqnoz reallaşacaq.
Qref bildirib ki, Sberbank cari ildə digər banklarla müqayisədə daha kiçik ehtiyatlar formalaşdıracaq.
Muxalifet - 14-01-2015
Xırdalanda tikiləcək nüvə reaktoru ilə bağlı yeni xəbər
Nazir müavini: “Nüvə Tədqiqat Mərkəzinin yaradılması çox uzun prosesdir”
“Milli Nüvə Tədqiqat Mərkəzinin yaradılması böyük zaman tələb edir. Tikintiyə və istismar prosesinə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 19 maddədən ibarət tələbləri həyata keçirilməlidir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Xırdalanda yaradılması nəzərdə tutulan Milli Nüvə Tədqiqat Mərkəzi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Muxalifet - 14-01-2015
Sumqayıtda partlayış: 27 yaşlı qız öldü, iki nəfər xəsarət aldı
Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb.
Yanğın zamanı ev sahibinin qızı, 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.
Muxalifet - 14-01-2015
Prezident Administrasiyasının önündə aksiya
Sakinlər iddia edirlər ki, yaşadıqları binanı sökmək üçün onları zorla evlərindən çıxarırlar
Bu gün bir qrup sakin Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirib.
Virtualaz.org saytının xəbərinə görə, sökülməsi nəzərdə tutulmuş yaşayış binalarının sakinləri PA-nın qarşısına toplaşıblar. Sakinlərdən Elton İsmayılov bildirib ki, binanı sökmək üçün onları zorla evlərindən çıxarırlar.
Muxalifet - 14-01-2015