Axtarış
The search found 105793 results in 0.019 seconds.
Search results
Gülben Ergendən BİKİNİLİ PAYLAŞIM - Foto
Müğənni Gülben Ergen İnstaqramda paylaşdığı fotosu ilə sevənlərini təəccübləndirib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bikinidə çəkilmiş şəklini izləyiciləri ilə bölüşərək "Yay gəlsin" qeydini yazıb.
Gülbenin qara bikində olan fotosu qısa zamanda minlərlə "like" toplayıb.Muxalifet - 11-02-2019
İsveçrəli müsəlman qadınlara 'qalmaqal' qadağa!
İsveçrənin Cenevrə kantonunda referendumda müsəlmanları və hicablı qadınları hədəfə alan dünyəvilik qanunu qəbul edilib.
Qeyd edək ki, Cenevrə Kantonunun Böyük Assambleyası ötən il aprelin son həftəsində uzun müddət mübahisə predmeti olan dövlətlər və dinlər arasındakı əlaqələri çərçivəyə salan dünyəvilik qanununu təsdiqləyib.
Müxalifət partiyaları və dəyişikliyə qarşı çıxan qeyri-hökumət təşkilatları qanunu referenduma daşımaq üçün lazım olan 5227 imza yerinə 8 mindən çox imza toplayaraq referenduma götürdülər.Muxalifet3 - 11-02-2019
Madurodan yeni həmlə: Ordu hərəkətə keçdi
Venesuela ordusu ABŞ və ətraf ölkələrlə gərginlik yaşanan bir dövrdə 5 gün davam edəcək hərbi manevrə başlayıb.
Venesuela ordusu hərbi müdaxilə təhdidlərinin artdığı bir dövrdə 5 gün davam edəcək hərbi təlimlərə, dövlət başçısı Nicolas Maduro da ABŞ liderinə, "Donald Tramp da çölə, təhdidləri də çölə atılmalıdır" deyib.
Hərbi təlimlə bağlı Miranda əyalətində olan Guaicaipuro hərbi bazasında keçirilən hərbi mərasimdə quru və hava birliklərinin başçıları ilə bərabər, dövlət başçısı Maduro və müdafiə naziri Vladimir Padrino Lopez də iştirak edib.Muxalifet3 - 11-02-2019
Paşinyanın başı dərddə - artan müharibə riski, azalan əhali, bankrota gedən ölkə
Ermənistanın iqtisadi göstəriciləri inqilabdan sonrakı 9 ayda yaxşılaşmayıb; Nikol “böyük açılımı” əngəlləyən Qarabağ klanını zərərsizləşdirə biləcəkmi; ekspertlər: “Paşinyanın vəziyyəti olduqca mürəkkəbdir”, “2-3 aya müharibə başlaya bilər...”
Muxalifet - 11-02-2019
Saakaşvili Tiflisə qayıdacağı VAXTI AÇIQLADI
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Belçikanın Lyej şəhərində miqrantlarla görüşündə hələ ki, Gürcüstana qayıtmaq üçün lazımi şərtlərin olmadığını açıqlayıb.
Gürcü siyasətçi buna baxmayaraq, bir gün mütləq vətəninə qayıdacağını vurğulayıb.Muxalifet - 11-02-2019
İŞİD-dan PKK-ya hücum: Çox sayda PKK-li məhv edilib
Suriyadakı Deyrizor əyalətindəki bir şəhərdə sıxışan İŞİD ilə YPG / PKK arasındakı qarşıdurmalar davam edir. İŞİD tərəfindən bomba yüklü bir avtomobil ilə təşkil edilən hücumda, 20 YPG / PKK terrorçusu öldürülüb.
Yerli mənbələrə görə, Deyrizor əyalətinin Fəratın şərqindəki son şəhəri olan Bağozda İŞİD və YPG / PKK arasında döyüşlər şiddətlənib.
Bir İŞİD terrorçusunun bomba yüklü avtomobillə PKK/YPG-yə hücum etməsi nəticəsində 20 YPG / PKK terrorçusu ölüb.Muxalifet3 - 11-02-2019
DTX-dən ƏMƏLİYYAT: Dövlətə xəyanət edən şəxs TUTULDU
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.
Muxalifet - 11-02-2019
Dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İran istiqamətində sərhədi pozan şəxs zərərsizləşdirilib.
DSX-dən verilən məlumata görə, fevralın 11-də saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən bir nəfər naməlum şəxs müşahidə olunub.Muxalifet - 11-02-2019
Brüsseldə casus həyəcanı: Çin və Rus casusları ...
Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Xidməti daxili təhlükəsizlik xidməti tərəfindən verilən kəşfiyyat məlumatına uyğun olaraq Brüsseldə casus həyəcanı ilə bağlı xəbərdarlıq edib. Xarici Əlaqələr Xidməti Brüsseldə yaşayan və şəhərə gələn Avropa diplomatlarını və hərbi səlahiyyətliləri Rus cə Çin casusluq fəaliyyətinə qarşı xəbərdar edib. Təhlükəsizlik xidməti hazırladığı hesabatda, Brüsseldə təxminən 250 Çin və 200 Rus casusunun fəaliyyət göstərdiyi bildirilib.
SƏFİRLİKDƏ İŞLƏYİRLƏR
Muxalifet3 - 11-02-2019
Osmanlı imperiyasını idarə edən və buna görə ölüm fərmanı verilən Qarabağlı şeyxülislam - TARİXİ FAKT
Osmanlı dövlətində Şeyxülislam Feyzullah Əfəndinin rolu və əhəmiyyəti danılmazdır. Amma yerli oxucuların əksəriyyəti bu tarixi şəxsiyyət haqqında məlumata o qədər də sahib deyillər.
Bu səbəbdən tarixçi-alim Əkbər Nəcəfin məsələ ilə bağlı kiçik qeydlərini “Ölkə.Az” oxucularına çatdırırıq.
1695-1703-cü illər arasında sultan olan II Mustafa zamanında Osmanlı dövlətinin gerçək idarəçisi Şeyxülislam Feyzullah Əfəndi idi. Türkçəni Azərbaycan ləhçəsi ilə danışdığı üçün İstanbul camaatı onu “qızılbaş”, “əcəmi” ləqəbləri ilə tanıyırdı.Muxalifet - 11-02-2019
Onların maaşı artacaq - SİYAHI
Azərbaycan Respublikasının Prezienti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək.
Muxalifet - 11-02-2019
Zakir Fərəcovdan “Bu şəhərdə”yə qadağa - Konsertə icazə verilmədi
Sumqayıtda “Bu şəhərdə”nin konsertinə icazə verilmədi
Sumqayıt şəhər İcra Hakimiyyəti konsertlə bağlı müraciətə müsbət cavab verməyib.
Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə teatrın özü məlumat yayıb. Teatrın bildirdiyinə görə, “Bu şəhərdə” mart ayında konsert keçirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova müraciət ünvanlanıb. Amma konsertin keçirilməsinə icazə verilməyib.
Bununla bağlı “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov sumqayıtlılara müraciət edib.Muxalifet - 11-02-2019
Fərdadan AĞIR SÖZLƏR: “İyrənc səslə…” - VİDEO
Aktyor Fərda Amin filmlərdə istifadə olunan söyüş və bayağı zarafatlara münasibət bildirib.
Yenicag.az-a açıqlama verən aktyor bu cür vasitələrlə tamaşaçı cəlb etməyi özünə sığışdırmadığını deyib.
Həmin videonu təqdim edirik:Muxalifet - 11-02-2019
Azərbaycanda qadın yol polisi postunda uşaq dünyaya gətirdi - VİDEO
Ötən gün saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan "Nəvai” postunda dayanıb.
Sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub.Muxalifet - 11-02-2019
Bakı-Sumqayıt qatarında yenə texniki nasazlıq yaranıb
Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb. Bu gün səhər saat 08:00-da Sumqayıt Dəmiryolu Stansiyasından çıxmalı olan qatarda texniki nasazlıq yaranıb.
Texniki nasazlıq səbəbindən bu qatarın hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib.
Sərnişinlər 08:48-də başqa qatarla Bakıda yola salınıblar.Muxalifet - 11-02-2019
“İsrail ABŞ siyasətçilərinə rüşvət verir” – Konqres üzvü
ABŞ-ın Minnesotadan Konqres üzvü Somali əslli Demokrat İlhan Omarın sosial media hesabından İsrail tərəfdarı Amerikan-İsrail Xalqla Əlaqələr Komitəsinin (AIPAC) İsraili dəstəkləmələri üçün ABŞ-lı siyasətçilərə pul ödədiyini ifadə etməsi Vaşinqtonda müzakirəyə səbəb oldu.
Müzakirə Nümayəndələr Palatasının azlıq lideri Respublikaçı Kevin Makkartinin İlhan Omar ilə Fələstin əslli Miçigan nümayəndəsi Raşida Tlaibı İsrailə yönəlik tənqidlərinə görə cazlandırmaqla təhdid etməsinə qarşılıq olaraq Omarın cavab verməsi ilə başlayıb.Muxalifet3 - 11-02-2019
Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ
Daxili İşlər naziri Ramil Usubov rəis müavininin yerini dəyişib.
Məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Xəzər rayon polis idarəsinin rəis müavini polis polkovnik-leytenantı Nizami Paşayev Şəki rayon polis şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib.
Xəbəri Şəki rayon polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər./UnikalMuxalifet - 11-02-2019
Bakıda məşhur biznesmen lüks avtomobillə qəza törətdi – ÖLƏN VAR - YENİLƏNDİ/FOTO
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Xətai raynunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.Muxalifet - 11-02-2019
Qəbul imtahanlarının vaxtı açıqlandı - CƏDVƏL
Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, ikinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.
I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.Muxalifet - 11-02-2019
STP rəhbərliyi işçilərini polislə hədələyir? - İDDİA
“Sumqayıt Texnologiyalar Parkı”nda işdən çıxarılan işçilərə təzyiqlər başlayıb.
Bu barədə STP-dən işdən çıxarılan işçilər məlumat verib. Onların sözlərinə görə, STP rəhbərliyindən şikayət edən işçilər polislə hədələnir. STP rəhbərliyinin bunu etməkdə əsas məqsədi işçiləri qorxutmaq və onlardan edilən şikayətlərin qarşısını almaqdır.Muxalifet - 11-02-2019