Axtarış
The search found 105793 results in 0.087 seconds.
Search results
Sabirabadda su qurğularını oğurlayan şəxslər saxlanıldı
Sabirabadda suvuran qurğuları oğurlayan şəxslər tutulub.
DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək ona məxsus 1 ədəd su qurğusunun oğurlanması barədə məlumat verib.Muxalifet - 11-02-2019
"Son zamanlar gəzən virusa yoluxmuşam" - Kənan İmirzalıoğlu
Aktyor Kənan İmirzalıoğlu Levent istiqamətində yerləşən sağlamlıq mərkəzindən çıxarkən görüntülənib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, aktyor çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, "Estetik elətdirmək üçün buraya gəlmisiniz" sualına "Xeyr, 20 ildə buna ehtiyac duymamışam"- deyə cavab verib.
Media işçilərində aktyorun hansı səbəbdən xəstəxana getməsinin maraq doğurduğunu görən Kənan "Son zamanlar gəzən virusa yoluxmuşam" deyərək avtomobilinə əyləşib və ərazidən uzaqlaşıb.Muxalifet - 11-02-2019
İPOTEKA FONDU İLƏ BANKLAR ARASINDA QALMAQAL: kredit limitləri kəsilib, ilkin ödəniş tələbi 30%-ə qaldırılıb...
Fevralın 11-dən etibarən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklar qarşısında ilkin ödənişlə bağlı qoyduğu yeni tələbi qüvvəyə minir. Bundan sonra banklar ipoteka krediti verərkən müştəridən 30 faiz ilkin ödəniş tələb edəcəklər. Bu, mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün kifayət qədər ağır şərtdir və ipoteka kreditinin əlçatanlığını bir az da çətinləşdirir.
Muxalifet - 11-02-2019
Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi
Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun report-a verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayondan olan,1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.
Bu dairə İvano-Frankovsk və Çernovtsı vilayətlərini əhatə edir.
Muxalifet4 - 11-02-2019
“Filmdə söyüşü sətiraltı vermək olar” - TANINMIŞ AKTYOR / VİDEO
Aktyor Fərda Amin filmlərdə istifadə olunan söyüş və bayağı zarafatlara münasibət bildirib.
Muxalifet.az bildirir ki, yenicag.az-a açıqlama verən aktyor bu cür vasitələrlə tamaşaçı cəlb etməyi özünə sığışdırmadığını deyib.
Həmin videonu təqdim edirik:
Muxalifet4 - 11-02-2019
Suriyadan yaxın həftələrdə çəkilməyə başlayacağıq” – ABŞ generalı
ABŞ Mərkəzi Qüvvələr Komandanı general Cozef Votel ABŞ prezidenti Donald Trampın göstərişi əsasında Suriyadan çəkilmə prosesinə bir neçə həftə içərisində başlayacaqlarını açıqlayıb.
Dəqiq tarixin Suriyadakı hasisələrə bağlı olaraq müəyyənləşəcəyini qeyd edən Votel, bu məqamda ABŞ dəstəkli terror təşkilatı PKK/YPG-nın İraq sərhədindəki bir başqa terror təşkilatı İŞİD-a qarşı başladığı əməliyyatın əhəmiyyətli rol oynayacağını söyləyib.Muxalifet3 - 11-02-2019
Əməkhaqqı artımı kimlərə şamil olunacaq? – NAZİRLİK SİYAHINI AÇIQLADI
Azərbaycan Prezienti İlham Əliyevin sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək. Muxalifet.az xəbər verir ki, bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq.
Muxalifet4 - 11-02-2019
“Uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir" – DEPUTAT MİNİMUM ƏMƏK HAQQININ 180 MANAT OLMASINDAN DANIŞDI
Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir. Dövlət başçısı tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması ilə bağlı imzalanan sərəncam da bu siyasətin davamıdır.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.Muxalifet4 - 11-02-2019
Rusiyanın müdafiə naziri Ankaraya gəlir
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bu gün Türkiyəyə gəlir.
Verilən məlumata görə, Şoyqu Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə bu gün Ankaraya gələcək. Milli Müdafiə Nazirliyində hərbi təntənə ilə qarşılanacaq Şoyqu, Akar ilə görüşəcək.
Görüşdə, Soçidə keçiriləcək üçtərəfli sammit ərəfəsində Suriyadakı proseslərlə yanaşı, İdlib başda olmaqla, bölgədəki son vəziyyətin və sahədəki irəliləyişlərin müzakirə olunması gözlənilir.
Müxalifət.azMuxalifet3 - 11-02-2019
İslam ölkəsinin varlı övladları necə yaşayır? - FOTOLAR
Ərəb ölkəsi Livanın varlı övladları lüks həyatlarını interentdə sərgiləyir.
Onlar bu məqsədlə "Instagram"da "Beyrutun zəngin uşaqları" adlı səhifə də yaradıb.
Qaynarinfo Livanın varlı övladlarının lüks həyatını əks etdirən fotoları təqdim edir.
Muxalifet4 - 11-02-2019
Azərbaycan-İran sərhədində silahlı insident: ölən var
11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 1 nəfər naməlum şəxs müşahidə olunub.
Muxalifet4 - 11-02-2019
Şamaxı zəlzələsini heyvanlar öncədən hiss ediblər - VİDEO
Şamaxıda baş verən zəlzələni balıqlar öncədən hiss edib.
Mütəxəssislər balıqların fevralın 4-də, yəni zəlzələdən bir gün qabaq Samur-Abşeron kanalında suyun üzünə çıxaraq təşviş içində hərəkət etmələrini bununla əlaqələndirirlər.
Xızıda isə zəlzələ zamanı bir dəvə yaxınlıqdakı insana hücum edərək onu öldürüb.
Ekspertlər bu hərəkətləri heyvanların təhlükəni öncədən sezərək ərazidən uzaqlaşmaq istəməsi ilə izah edirlər.
Muxalifet4 - 11-02-2019
Gürcüstanda iqtisadi krizis başlayır - MAĞAZALARDA ALICI QITLIĞI YARANIB
Gürcüstandakı texnika satışı ilə məşğul olan mağazalarda alıcı qıtlığı yaranıb. Əvvəllər əhali məişət texnikasını nağd və ya kredit yolu ilə alırdılarsa, indi nəinki nağd, hətta kreditlə mal alanlar da demək olar ki, yox səviyyəsindədir.
Muxalifet4 - 11-02-2019
"Akademiyada bəziləri işə gəlmir..." - İSA HƏBİBBƏYLİ
"İstəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var".
Muxalifet.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli elmi işçilərin kitabxanalarda işləmək üçün müəyyən edilmiş "yaradıcılıq günləri"ndə də işə gəlməsi ilə bağlı qoyulan tələbə münasibət bildirərkən deyib.
Muxalifet4 - 11-02-2019
Qəbul imtahanlarının tarixləri açıqlandı
Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.
DİM xəbər verir ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.
Muxalifet4 - 11-02-2019
Ərdoğanı təhqir edən 75 yaşlı kişiyə GÖRÜNMƏMİŞ CƏZA - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunan 75 yaşlı Əli Şahin haqqında istintaq əməliyyatları başladılıb.
Muxalifet.az publika.az xəbər verir ki, vətəndaş sorğuya çəkilib və bu zaman haqqında qaldırılan iddiaları təkzib edib.
Lakin prokurorluq ona olduqca qəribə və nadir bir cəza verib. Belə ki, Əli Şahin bədii kitablar oxuyacaq və bu kitabların qısa xülasəsini çıxaracaq.
Muxalifet4 - 11-02-2019
Dünyanın ən bahalı QIRICILARI - Fotolar
Dünyanın ən bahalı qırıcı təyyarələrinin siyahısı hazırlanıb.
Həmin siyahını təqdim edirik:
MiG-35 - 40 milyon dollar
Su-30MKI - 56 milyon dollar
Muxalifet4 - 11-02-2019
Bakıda dəhşətli virus yayılıb - SUÇİÇƏYİNƏ BƏNZƏYİR, AMMA...
Artıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb.
Muxalifet.az “qafqazinfo”ya istinadən xəbər verir ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərlə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.
Muxalifet4 - 11-02-2019
Canlı efirdə GƏRGİNLİK - Xalq artisti əsəbiləşərək efiri tərk etdi - VİDEO
ATV-nin "Azərbaycanın səsi" yarışmasında münsif heyətində əyləşən xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında yenidən gərginlik yaşanıb. Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, gərginlik o həddə çatıb ki, hətta Dostəliyeva canlı efiri tərk edib. Xalq artisti Nazpəri Dostəliyeva qalmaqal yaşadığı Əməkdar artist Elza Seyidcahan haqqında danışıb. Xatlrladaq ki, Nazpəri ilə Elza arasında qalmaqal "Azərbaycanın səsi" yarışmasında yaşanıb.
Muxalifet4 - 11-02-2019
PKK-ya ağır zərbə - 72 TERRORÇU ÖLDÜRÜLDÜ
Türkiyənin Jandarm Desant və Jandarm Xüsusi Təyinatlı (JÖH) dəstələri şərqi və cənub-şərqi Anadolu bölgələrində PKK terror təşkilatının məskunlaşma sahələrinə qarşı əməliyyat keçirib.
Türkiyənin Daxili işlər Nazirliyindən verilən açıqlamada, əməliyyatlar zamanı 72 terrorçunun təsirsiz hala gətirildiyi və çox sayda sığınacağın da məhv edildiyi bildirilib.
Müxalifət.az
Muxalifet3 - 11-02-2019