Axtarış
The search found 105785 results in 0.019 seconds.
Search results
Novruz bayramında əfv gözlənilir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bunu açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.Muxalifet - 11-02-2019
Ruhani Qərbə MEYDAN OXUDU: “Hərbi imkanlarımız dünyanı…”
“İran hərbi gücünü artırmağa davam edəcək və raket proqramını inkişaf etdirəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün İran Prezidenti Həsən Ruhani Tehranda İslam İnqilabının 40 illiyi münasibətilə təşkil olunan mərasimdə qeyd edib.
“Biz hərbi qüdrətimizi artırmağa davam edəcəyik. 40 il və xüsusilə son beş il ərzində bu sahədəki imkanlarımız bütün dünyanı heyrətləndirir”, - deyə Ruhani bildirib.
O vurğulayıb ki, İran raket proqramını inkişaf etdirmək üçün icazə almağa ehtiyyacı yoxdur.Muxalifet - 11-02-2019
Luçesku Türkiyə millisindən istefaya göndərildi
Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.
Muxlifet.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumını mütəxəssis ilə qarşılıqlı razılıq əldə edib və müəyyən ödəniş müqabilində baş məşqçi istefa verməyə razılaşıb. Belə ki, təcrübəli məşqçi qarşıdakı 4 ayda da TFF-dən maaşını alacaq.
Qeyd edək ki, Mirça Luçeskunun rəhbərliyi dövründə Türkiyə millisi uğursuz çıxış edib və Dünya çempionatına vəsiqə əldə edə bilməyib./publikaMuxalifet - 11-02-2019
Hərbi xidmətə yola salınan əsgərlər DƏHŞƏTLİ qəzaya düşdülər - VİDEO
Adanada əskər yola salmaq üçün şəhər mərkəzinə gedən mikroavtobus qəzaya uğrayıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 18 nəfər yaralanıb. Qəza ilə bağlı mobil telefonla çəkilmiş görüntüləri ortaya çıxıb.
Qəzada ölənlər Haydar Ateş, Elzem Ateş və Murat Kazım Aydın hərbi xidmətə yola düşməyə hazılaşanlardan olub. Həmin görüntülər əskərlərin yaxınları tərəfindən çəkilib. Görüntülər qəza baş verən zaman kəsilib.
Muxalifet - 11-02-2019
"Torpağı götürüb harasa aparmaq mümkün deyil..." - ELMAR MƏMMƏDYAROV ERMƏNİLƏRƏ SƏSLƏNDİ
"Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidir və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq naminə hərəkət etməlidir".
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Korea Times" qəzetinə müsahibəsində deyib.Muxalifet - 11-02-2019
Çovdarov və ailəsi şikayətlərindən imtina etdilər - QƏRAR AÇIQLANDI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barələrindəki məhkəmə qərarından verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet - 11-02-2019
İran inqilabının 40 ili: İslam inqilabı İranda nələri dəyişdi?
İran İslam inqilabının 40 ili tamam olur. 1979-cu il fevralın 11-də kütləvi etirazların fonunda Rza Pəhləvinin sonuncu baş naziri Şapur Bəxtiyar istefa verir. Bununla da İranda 54 il davam edən Pəhləvi sülaləsinə rəsmən son qoyulur. İran şahı özü isə yanvarın 16-da müalicə adı ilə Tehranı tərk etmişdi. İnqilabın lideri, 14 il sürgündə yaşamış ruhani lider Ayətullah Ruhullah Xomeyni fevralın 1-də 4 ay yaşadığı Fransadan İrana qayıtmışdı.
Muxalifet - 11-02-2019
Mətbuat Şurası toplandı - Saytlara maliyyə ayrılacaq
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Muxalifet - 11-02-2019
İran İsraili hədələdi: “Təl-Əvivlə Hayfa şəhərlərini yox edərik”
İran İnqilab Mühafizəçilərinin komandan müavini general-mayor Yadollah Javani İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə keçirilən bir mitinqdə çıxış edib.
İran rəsmi xəbər agentliyi “İRNA”-da yer alan açıqlamalara görə, "ABŞ-ın bütün müdafiə və hərbi gücünə baxmayaraq İrana tək bir güllə atmağa belə cəsarəti yoxdur. ABŞ bizə hücum edərsə, Təl-Əviv və Hayfa şəhərlərini yerlə bir edərik" deyib.
Müxalifət.azMuxalifet3 - 11-02-2019
Müəllimə Kamal Abdulladan təhsil nazirinə şikayət etdiyi üçün işdən kənarlaşdırıldı - Rektordan AĞILASIĞMAZ HƏDƏLƏR
Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının müəlliməsi və dissertantı Pərvin Mürsəlova təhsil naziri Ceyhun Bayramova açıq məktubla müraciət edib.
Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, müraciətində Pərvin Mürsəlova Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladan şikayətlənib.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Muxalifet - 11-02-2019
Putin-Ərdoğan görüşünün tarixi məlum oldu
Kremldən verilən məlumata görə, Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin 14 fevralda baş tutacaq Soçi Sammitində bir araya gələcək.
Rusiya Prezidenti Vladimir Putin Soçidə 14 fevralda keçiriləcək üçtərəfli sammit çərçivəsində prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrı bir görüş keçirəcək. Rus liderin İran prezidenti Ruhani ilə də ikitərəfli görüşü olacaq.
Kremldən verilən məlumata görə, liderlər fevralın 14-də Soçidə üçlü zirvədə Suriyada uzun müddətli bir normallaşma təmin etmək üçün gələcəkdə atılacaq birgə addımları müzakirə edəcək.Muxalifet3 - 11-02-2019
İlham Əliyev onlara general RÜTBƏSİ VERDİ
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncamı imzalayıb.
Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:
polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə
polkovnik Yusif Həsən oğlu Mirzəyevə.Muxalifet - 11-02-2019
TÜK ÜRPƏDƏN FESTİVAL: ölüləri məzardan çıxararaq... - FOTOLAR
Madaqaskarda yaşayan Malaqasi qəbiləsi hər il tük ürpərdən bir ənənə həyata keçirirlər.
Muxalifet.az Türkiyə mediasına istinadla bildirir ki, bu qəbilə ölmüş yaxınlarını məzardan çıxararaq musiqi sədaları altında rəqs edirlər.
Farmadihana adlanan bu festival zamanı madqaskarlılar ölən yaxınlarına yeni geyimlər geydirir. Daha sonra isə ölülərin sümükləri ilə birlikdə keçid mərasimi təşkil edərək canlı musiqi sədaları altında rəqs edirlər.
Bu ritualın məqsədi ölən yaxınların xatırlanması və onların xatirəsini daima yaşatmaqdır.Muxalifet - 11-02-2019
Türkiyə və Rusiya müdafiə nazirlərinin kritik görüşündən sonra ilk açıqlamalar
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ankarada ikitərəfli görüş həyata keçirən Türkiyənin milli müdafiə naziri Hulusi Akar, kritik toplantıdan sonra önəmli açıqlamalar verib.
Hulusi Akar, "Bu işlərin çox dəyərli olduğuna inanır, regionun sülh və sabitliyinə əhəmiyyətli töhfə verəcəyini qiymətləndirirəm" - deyib.
Nazir Akar həmçinin, "Bölgədə həm sülh və sabitliyin təmin edilməsi, həm də iki ölkənin hüquq və mənafelərinin qorunması üçün Rusiya ilə hər səviyyədə təmaslarımız olur" deyə söyləyib.Muxalifet3 - 11-02-2019
DYP-dən cərimələrdən yığılan pullarla bağlı AÇIQLAMA
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi internet portallardan birində “DYP cərimələməkdən doymur – 85 milyonu keçdi…” başlıqlı məqaləyə münasibət bildirib.
İdarədən verilən məlumatda bildirilir ki, həmin yazıda Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edilərək Azərbaycanda maşını olanların 1.712.000 dəfə cərimələndiyi, yəni 2018-ci ildə ölkədə az qala maşın sürən hər kəsin cərimə ödədiyi bildirilib:Muxalifet - 11-02-2019
AZƏRBAYCANDA DƏHŞƏT: 17 yaşlı oğlanın dərisini soydular
Azərbaycanda 17 yaşlı yeniyetməyə işgəncə verib başının dərisini qopartdılar.
Muxalifet.az big.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, sığınacağa müraciət edən 17 yaşlı yeniyetmə işgəncələrə məruz qalıb:Muxalifet - 11-02-2019
İranın kosmosa raket buraxmaq cəhdi uğursuz oldu
İranın kosmosa peyk buraxmaq cəhdi uğursuzluqla nəticələnib. Buraxılan raket qısa bir müddət sonra sürətlə yerə düşüb.
İran yerli istehsal ilk peykini 2009-ci ildə İslam İnqilabının 30-cu ildönümündə buraxmışdı. Tehran rəhbərliyi bu ay inqilabın 40-cı ildönümünü bayram edir.
Qeyd edək ki, İran son on il ərzində orbitə çoxsaylı peyk göndərmiş, ancaq ömürləri qısa olmuşdu. Tehran 2013-də kosmosa meymun da göndərmişdi.
Müxalifət.azMuxalifet3 - 11-02-2019
Əfv Məsələləri Komissiyasının ilk iclası keçirildi: 100-dən çox müraciətə baxılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.
Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, iclasda 100-dən çox müraciətə baxılıb.
Bildirilib ki, komissiyaya 800-dən çox müraciət daxil olub, əlavə müraciətlərin də olacağı da istisna deyil.
Qeyd edək ki, müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.Muxalifet - 11-02-2019
İlham Əliyev Zahid Oruca YÜKSƏK VƏZİFƏ VERDİ
Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilri ki, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir./PublikaMuxalifet - 11-02-2019
Azərbaycan bir neçə ölkəyə məhsul ixracına başlayır - Razılıq
Azərbaycan bir neçə ölkəyə məhsul ixracına dair razılığa gəlib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın meyvə və tərəvəz məhsulları fevralın əvvəlində Almaniyanın paytaxtı Berlində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə edilib. Belə ki, “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb.Muxalifet3 - 11-02-2019