Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. RKK/YPG ilə İŞİD arasında “təhlükəsiz təxliyə” bazarlığı

    Terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor bölgəsindəki xarici İŞİD-çıları təslim olma və əllərindəki YPG/PKK-lı əsirləri geri vermək şərtilə İdlibə keçirmək üçün təşkilatla bazarlıq edir.
     
    Yerli mənbələrdən alınan məlumata görə, YPG/PKK və Deyrizorun Bagoz mahalında mühasirəyə aldığı əcnəbi əsilli İŞİD-çılar arasında bazarlıq edilir.
    YPG/PKK xarici İŞİD-çılar və ailələrinə təslim olma və əsir saxlanılan YPG/PKK-lıları azad edilməsi müqabilində, İdlibə təhlükəsiz keçid zəmanəti verir.

    Muxalifet3 - 11-02-2019

  2. Fevralın 14-dən rezidenturaya sənəd qəbulu başlayır

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya ərizə qəbulu fevralın 14-dən 21-dək aparılacaq.
    DİM-dən verilən məlumata görə, imtahana buraxılış vərəqəsinin çap edilməsinə aprelin 1-dən başlanılacaq və aprelin 6-dək davam edəcək. 
    Qəbul imtahanının 1-ci mərhələsi - 7 aprel; 
    Birinci mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı – 3-10 iyun; 
    İmtahana buraxılış vərəqəsinin çap edilməsi - 10-13 iyul; 
    Qəbul imtahanının 2-ci mərhələsi -14 iyul; 
    İxtisas seçimi -16 - 22 iyul; 

    Muxalifet3 - 11-02-2019

  3. İngiltərə hərbi gəmisi Sakit okeana göndərilir

    Kraliça Yelizavetanın adını daşıyan yeni təyyarədaşıyan gəminin Sakit okeana göndəriləcəyini bildirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İngiltərənin Müdafiə naziri Qevin Uilyamson məlumat verib.
    Nazir gəmidə İngiltərə və ABŞ-ın F35 təyyarələrinin daşınacağını qeyd edib. Uilyamsonun sözlərinə görə, bu addım ölkəsinin hərbi gücünü artırmaqla yanaşı, İngiltərə və ABŞ-ın yaxın müttəfiqlər olduğunu bir daha sübut edəcək.
    Qeyd edək ki, gəminin 2021-ci ildə Sakit okean sularına daxil olması nəzərdə tutulur.
     

    Muxalifet3 - 11-02-2019

  4. Mirça Luçesku Türkiyə yığması ilə yollarını ayırdı

    Türkiyənin Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Demirören” xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyənin futbol üzrə milli yığmasına Şenol Günəşin gətiriləcəyi deyilir. Şenol Günəş hazırda “Beşiktaş” klubunun baş məşqçisidir.
    Qeyd edək ki, Luçeskunun baş məşqçili altında Türkiyə yığması 17 oyuna çıxıb. 4 qələbə, 7 məğlubiyyət qazanıb və 6 oyunda heç-heçə qalıb.
     

    Muxalifet3 - 11-02-2019

  5. Mərkəzi Bankın valyuta ehtiyatları artıb

    Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il fevralın1-nə 5 655,9 mln. ABŞ dolları təşkil edib.
    Muxalifet.az quruma istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 33,4 mln. dollar və yaxud 0,59% çoxdur.
    Son 1 ildə AMB-nin valyuta ehtiyatları 274,7 mln. dollar və yaxud 5,1% artıb.
     

    Muxalifet3 - 11-02-2019

  6. Tiflis üzərində hava məkanı bağlanır - Səbəb

    Gürcüstanda keçiriləcək hərbi təlimlərlə əlaqədar fevralın 15-dən 20-dək hər gün müxtəlif saatlarda Tiflis üzərində hava məkanı mülki təyyarə və helikopterlər üçün bağlanacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Məlumata görə, hava məkanı fevralın 15-də, 17-də və 18-də saat 10:00-dan 11:30-dək və 15:30-dan 17:00-dək, fevralın 16-da və 19-da saat 10:00-dan 11:30-dək və 13:00-dan 14:30-dək, fevralın 20-də isə 10:00-dan 11:30-dək və 14:30-dan 16:00-dək bağlı olacaq.

    Muxalifet3 - 11-02-2019

  7. ​Milli komandamızın baş məşqçisi bəlli oldu - Rəsmi

    Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.
    Muxalifet.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.
    Yaxın günlərdə 53 yaşlı məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

    Muxalifet3 - 11-02-2019

  8. İstanbulda hərbi helikopter qəzaya uğradı - Təcili

    Türkiyənin İstanbul şəhərində hərbi helikopter qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, şəhərin Çəkməköy səmtində qəza baş verib.
    Qəza yerinə çox sayda təcli yardım və yanğınsöndürən maşınlar cəlb edilib. Ölü və ya yaralılar barədə məlumat verilməyib.
     

    Muxalifet3 - 11-02-2019

  9. Rusiya bu ölkəyə qarşılıqsız 50 min tonluq yardım göndərir?

    Şimali Koreyanın ötən il baş verən təbii fəlakətlərin vurduğu ziyanın aradan qaldırılması məqsədilə Rusiyadan 50 min ton qarşılıqsız buğda istəməsi dəyərləndirilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə danışan rusiyalı senator Konstantin Kosaçev məsələnin Rusiya hökuməti tərəfindən həll ediləcəyinə ümid etdiyini deyib.
    Rusiyalı senator Şimali Koreyaya humanitar yardım etməyə davam etdiklərini, Dünya Ərzaq Proqramı çərçivəsində isə Moskvanın Pxenyana 8 milyon dollar ödəniş etdiyini xatırladıb.
     

    Muxalifet3 - 11-02-2019

  10. ​Gürcüstanda təhlükə davam edir - Yeni xəbərdarlıq

    Gürcüstanın müvafiq qurumları qrip virusu ilə bağlı əhaliyə yenidən xəbərdarlıq edir.
    Muxalifet.az xəbər verir ki, müvafiq strukturlar fevralın 2-ci yarısı və mart ayında ölkə ərazisində qrip virusunun yenidən baş qaldıracağını bildirirlər.

    Muxalifet3 - 11-02-2019

  11. ​Deyir ki, sən Atatürkün düşmənisən... - Çavuşoğlu

    Biz Atatürkə qarşı deyilik, onun prinsiplərini qəbul edirik, Atatürkün cümhuriyyəti yarandıqdan sonra ortaya qoyduğu hədəflərə çatmaq üçün gecə-gündüz çalışırıq.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu CHP-nin AKP hökumətini tənqid etməsinə münasibət bildirərkən deyib.
    Atatürkün heç kimin inhisarında olmadığını qeyd edən Çavuşoğlu kimlərə qarşı olduqlarını açıqlayıb:

    Muxalifet3 - 11-02-2019

  12. Azərbaycanda növbəti zəlzələ: 4 bal gücündə...

    Ağsu rayonunda zəlzələ baş verib.
    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə qeydə alınıb.
    Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
     

    Muxalifet3 - 11-02-2019

  13. Dünya bu meymunların qaçış planından danışır – ANBAAN VİDEO

    Bizə zooparkda heyvanları izləmək çox xoşdur. Amma onlar həmişə heyvanxanadan qaçmaq haqqında düşünürlər. Son vaxtlar buna bənzər xəbərlər çox eşidirik.

    Muxalifet3 - 11-02-2019

  14. Xalq küçələrə axışdı, nazir seçki qərarı verdi

    İspaniyanın Baş naziri Pedro Sançes mayın 26-na nəzərdə tutulan muxtar qurumlara, bələdiyyə və Avropa hakimiyyət orqanlarına seçkilərdən ay yarım əvvəl - aprelin 14-də ümumxalq seçkiləri keçirmək niyyətindədir.
    Muxalifet.az xəbər verir ki, əgər seçkilər həqiqətən aprelin 14-nə təyin edilsə, onda Baş nazir Pedro Sançesin parlamenti fevralın 19-na kimi buraxmaq üçün cəmi 8 gün vaxtı var. Belə ki, qanuna görə, seçkilər elan edildiyi vaxtdan 54 gündən gec olmayaraq təşkil edilməlidir.

    Muxalifet3 - 11-02-2019

  15. Zabit Səmədov övladları ilə - FOTOLAR

    Dünya çempionu Zabit Səmədov övladları ilə görüntülənib. 
    Kamera qarşısına keçən idmançı tədbirlərdən birinə qızı və oğlu ilə qatılıb. 
    Aparıcı Hacı Nuran Hüseynovun da yer aldığı şəkilləri təqdim edirik:
     

    Muxalifet3 - 11-02-2019

  16. Nazimhikmət oğlu Bakıda saxlanıldı

    Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

    Muxalifet3 - 11-02-2019

  17. İsrailin hücumlarını pisləyirik - Rusiya

    İsrailin təhlükəsizliyi Rusiya üçün maksimum əhəmiyyət daşıyır, ancaq İsrailin Suriya ərazisində hücumları qeyri-qanunidir. Muxalifet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. "İsrailin hücumlarının İranla əlaqəsi olsa da, olmasa da bu hərəkətlər qeyri-qanunidir və haqlı olaraq görülə bilməz. Bu hücumları pisləyirik", - Ryabkov deyib.

    Muxalifet3 - 11-02-2019

  18. İŞİD-in nə qədər maliyyə mənbəyinin qaldığı açıqlandı

    Müxtəlif mənbələrin məlumatlarına görə, İŞİD-in 50-300 milyon dollar civarında maliyyə mənbəyi qalıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini və Terrorizmlə Mübarizə Departamentinin direktoru Vladimir Voronkov məlumat verib.
    Voronkov İraqdakı İŞİD üzvlərinin 14-18 mininin, Suriyadakı terrorçuların isə təxminən 3 mininin əcnəbilərdən ibarət olduğunu vurğulayıb.
     

    Muxalifet3 - 11-02-2019

  19. Bakıda İran inqilabı ilə bağlı rəsmi qəbul keçirildi - Foto

    Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 40-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
    Muxalifet.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
    Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif uğurların qazanıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, İran İslam Respublikası ötən müddətdə regional sabitlik amili kimi çıxış edib.

    Muxalifet3 - 11-02-2019

  20. ABŞ və Rusiya bizi narahat edir, böhran dərinləşir - Türkiyə

    Öncə ABŞ Orta və yaxın mənzilli nüvə müqaviləsindən geri çəkildiyini bəyan etdi, daha sonra da Rusiya. Biz bu gedişatdan narahatıq.
    Muxalifet.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik bildirib.
    "Bu müqavilə ilə Avropaya raketlərin daxil olmasının qarşısı alınırdı. İndi bu müqavilənin ləğvilə yanaşı, soyuq müharibədən bəri əldə edilən təcrübədən bir əlamət qalmır. Qarşılıqlı atışma böhranı daha da artırır", - Çelik söyləyib.
     

    Muxalifet3 - 11-02-2019

Pages