Axtarış

The search found 105793 results in 0.107 seconds.

Search results

  1. “OPEC+ sazişi Rusiya üçün təhlükəlidir” - “Rosneft” in rəhbəri

    “OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılması ABŞ üçün əlverişli mövqe yaradıb və bu vəziyyət Rusiyanın neft sənayesinin inkişafı üçün strateji təhlükə halına gəlib”.

    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubda deyilir.

    Muxalifet4 - 11-02-2019

  2. Azərbaycan səmasında NAMƏLUM OBYEKT - VİDEO

    Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb.

    Uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.

    Muxalifet4 - 11-02-2019

  3. “Laçın”ın sahibinin oğlu piyadanı öldürüb qaçdı - BİR GÜN SONRA TUTULDU...

    Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Muxalifet4 - 11-02-2019

  4. DAHA BİR DEPUTAT SOSİAL ŞƏBƏKƏLƏRİ BAĞLAMAĞI TƏKLİF ETDİ - ""Öz milli sosial şəbəkəmizi yaradaq..."

    “Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik”.

    Muxalifet.az bildirir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib.

    Muxalifet4 - 11-02-2019

  5. Avtomobili insanların üzərinə sürdü - Yaralılar var

    ABŞ-ın Kaliforniya ştatında sürücü avtomobili insanların üzərinə sürüb.

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb. 

    Qeyd olunur ki, "Toyota" markalı avtomobil insanları vurduqdan ağaca çırpılıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Bundan başqa, daha 3 avtomobil də ziyan çəkib.

    Muxalifet4 - 11-02-2019

  6. 3 qız atası niyə intihar etdi? - İcra nümayəndəsindən açıqlama

    Ötən gün axşam saatlarında Yevlax rayonunun Bəydilli kəndində 3 uşaq atası özünü asıb.
     
    Muxalifet.az
    bildirir ki, kəndin icra nümayəndəsi Firdovsi Məmmədovun AzNews.az-a veridyi məlumata görə, 1976-ci il təvəllüdlü Heydərov Rüfət Məhi oğlu özünü həyətindəki çardaqdan asıb: "Hadisə baş verən zaman evdə qoca anası və qızı olub. İlk olaraq Rüfətin intihar etməsi barədə qızı xəbər tutub. Dərhal ailə üzvlərinə və qonşulara məlumat verib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb".
     

    Muxalifet4 - 11-02-2019

  7. 5-ci sinif tarix dərsliyində BİABIRÇILIQ: Dədə Qorqud siqar çəkir - FOTO

    5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib.

    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, tütün məmulatlarının reklamının qadağan olduğu halda orta məktəb dərsliyində belə bir görüntünün verilməsi təəssüf doğurur. Bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır.

    Muxalifet4 - 11-02-2019

  8. Zakir Həsənovdan Xocalı soyqırımı ilə bağlı TAPŞIRIQ

    Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsəsən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.

    Muxalifet4 - 11-02-2019

  9. Narkoloji Mərkəzin həbsdə olan əməkdaşı: ““Azərsu”ya dəfələrlə müraciət etmişdik..."

    Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifet.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənrilən M.Abdullayev sərbəst ifadə verib.

    Muxalifet4 - 11-02-2019

  10. Traktoru qaçırmaq istəyən erməni təkərin altında qaldı

    Rusiyada yaşayan Ermənistan vətəndaşı Moskvanın Zelenoqrad inzibati dairəsində dünyaca məşhur “Caterpillar” şirkətinin istehsalı olan yük traktorunu qaçırmaq istəyərkən tamahının qurbanı olub.

    Bu barədə “Moskva” agentliyi Rusiya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. 

    Muxalifet4 - 11-02-2019

  11. Çin ilə ABŞ arasında yeni böhran: ABŞ-ın raket daşıyıcı gəmisi..

    Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying tərəfindən edilən açıqlamada, ABŞ-a məxsus gəmilərin Çinin icazəsi olmadan Cənubi Çin dənizinə daxil olduğu ifadə edilib. Nazirlik sözçüsü Chunying, ABŞ-ın bu hərəkətinin Çin tərəfindən qəzəb ilə qarşılandığını bildirib.
     
    ABŞ Donanmasına aid iki döyüş gəmisinin Çin və sahil qonşusu ölkələr arasında suverenlik münaqişələrinə səbəb olan Cənubi Çin dənizinə daxil olduğu bildirilib.

    Muxalifet3 - 11-02-2019

  12. Bakıda BİABIRÇILIQ - Azyaşlı oğlana təcavüz edən şəxs həbs edildi

    Azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqov barəsində hökmdən apellyasiya şikayəti verib. Muxalifet.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Ramil Sadıqovun şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. İttihama görə, Ramil Sadıqov azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynlərinin hadisədən xəbər tutub. Şikayət əsasında Ramil Sadıqov saxlanılıb.

    Muxalifet4 - 11-02-2019

  13. Nazirdən növbəti TƏYİNATLAR

    Daxili işlər orqanlarında yeni təyinatlar olub.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Habil Həsənov vəzifəsindən azad edilərək, Nəsimi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

    Muxalifet4 - 11-02-2019

  14. İran meydan oxudu: “Heç kimdən icazə almayacağıq”

    İran prezidenti Həsən Ruhani, İran İslam İnqilabının 40-cı ildönümü ilə bağlı mərasimdə paytaxt Tehranda toplaşan xalqa müraciət edib.
     
     ABŞ və Qərb ölkələrindən yüksələn etirazlara baxmayaraq ölkəsinin hərbi gücünü və raket proqramını genişləndirməyə davam edəcəyini açıqlayan Ruhani, "Müxtəlif raketləri istehsal və inkişaf etdirmək üçün kimsədən icazə almamışıq və almayacağıq. Biz yolumuza və hərbi gücümüzə davam edəcəyik" deyib.

    Muxalifet3 - 11-02-2019

  15. Qərarlarını ayaqüstü verən Bolton - O, masası üzərində niyə əl bombası gəzdirir?

    Sərdar Turqut,

    “Habertürk”ün Vaşinqton təmsilçisi, 11 fevral 2019-cu il

    Muxalifet4 - 11-02-2019

  16. Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək?

    "Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi yaxın zamanlarda başlayacaq".

    Muxalifet.az Trend-ə-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

    Nazir müavini bildirib ki, bu proses müəyyən prosedurların keçirilməsini tələb edir və hazırda bunun üzərində iş gedir:

    Muxalifet4 - 11-02-2019

  17. Təslim olan qadın PKK-nın çirkli üzünü anlatdı

     Evlənmə vədilə aldanaraq PKK terror təşkilatına qoşulan və təşkilatın Suriyadakı davamı YPG-dən qaçaraq Suriya sərhədində Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçu PKK-nın çirkli üzünü göstərəcək açıqlama verib.
     
    Türkiyə təhlükəsiz qüvvələrinə təslim olan terrorçu qadın E.D.-nin (23) ifadəsinin detalları ortaya çıxıb.

    Muxalifet3 - 11-02-2019

  18. Bakıda 3 gün sonra əsgər getməyə hazırlaşan gənc qətlə yetirildi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Hakim Novruz Kərimovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub və Ərəstun Ərəbov 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 11-02-2019

  19. Hadisənin yataq VİDEOsu tənqidə səbəb oldu

    Müğənni Hadisənin sosial şəbəkədə paylaşdığı video tənqidlərə səbəb olub.

    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, video çarxda Hadisə hamam xalatındadır və bərbəri ilə birlikdə yataqda tullanıb-düşür. Video çarx qısa müddətdə sosial şəbəkədə tənqid atəşinə tutulub. Sözügedən videonu təqdim edirik.

    Muxalifet3 - 11-02-2019

  20. Türkiyə böyük terrordan qıl payı qurtuldu: YAXALADIQ – Türk nazir

     Türkiyənin daxili işlər naziri Soylu,” Bir həftə əvvəl Türkiyəyə tələ qurmağa çalışan birlərini yaxaladıq, özü də bomba yüklü bir maşınla. Sərhədin xaricində də onlara kim göstəriş veribsə, polis qüvvələrimiz da onları yaxaladı” deyib.
     Müxalifət.az

    Muxalifet3 - 11-02-2019

Pages