Axtarış
The search found 105785 results in 0.033 seconds.
Search results
"Sabiq deputatın sifarişini yerinə yetirmişəm" - Cahangir Hacıyev və Dünyamin Xəlilovun 4.7 milyardlıq məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Muxalifet - 11-02-2019
Müğənni-xanəndə Bəturə Hüseynova MİNİ ƏTƏKDƏ - Foto
Müğənni-xanəndə Bəturə Hüseynova sosial şəbəkədə maraqlı foto paylaşıb. Muxalifet.az-ın xəbərinə görə, sənətçinin qısa ətəkdə olan fotosu az müddət ərzində xeyli bəyənmə qazanıb. Amma bununla yanaşı bəzi sosial şəbəkə istifadəçiləri müğənnini tənqid ediblər.
Muxalifet - 11-02-2019
“Azərbaycan Qarabağda əməliyyata başlayacaq” - Ermənilər təşvişdə
“Ermənistanın Baş naziri Nikol Paşinyan ya Azərbaycanla müharibədə qələbə qazanmalıdır, ya da geri çəkilməlidir”.
Bunu jurnalistlərə açıqlamasında “Erməni qartalları - Vahid Ermənistan” partiyasının lideri Xaçik Asryan deyib.
Partiya lideri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmaq üçün müharibəyə hazırlaşdığını bildirib:
“Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirir, ordu dayanmadan yenilənir. Müasir silahlar alınır. Hesab edirəm ki, Azərbaycan çox yaxında Qarabağda hərbi əməliyyatlara başlayacaq.Muxalifet - 11-02-2019
Minimum əməkhaqqı DAVAMLI OLARAQ ARTIRILACAQ
Beynəlxalq təcrübədə əmək haqqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlitinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, minimum əmək haqqının artırılmasını qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır: "Bu zaman əmək haqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir''.Muxalifet - 11-02-2019
Macarıstanda dörd uşağı olan ailələr vergidən azad ediləcək
Hazırda Macarıstanda əhalinin sayı hər il 32 min nəfər azalır.
Macarıstanda dörd və daha çox uşağı olan ailələr gəlir vergisindən ömürlük azad ediləcəklər.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib. Baş nazir bu addımın ölkədə əhalinin sayını artırmağa xidmət etdiyini bildirib. Qeyd edib ki, Macarıstan hökuməti, bundan əlavə, çoxuşaqlı ailələrə bir çox güzəştlərin nəzərdə tutulduğu tədbirlər paketi də hazırlayıb.
Hazırda Macarıstanda əhalinin sayı hər il 32 min nəfər azalır./AZƏRTACMuxalifet - 11-02-2019
“2020-ci ildə Tramp həbsxanada ola bilər” – ABŞ senatoru
ABŞ-da 2020 prezident seçkiləri üçün namizədliyini açıqlayan Demokrat Senator Elizabet Uorren seçki kampaniyasına başlayıb.
Uorren kampaniyasının ilk günlərində ABŞ prezidenti Donald Trampı hədəf alıb. Massaçusets senatoru seçkilərin keçiriləcəyi 2020-ci ildə Donald Trampın həbsdə olacağını söyləyib.
Trampın yerli Amerikalı köklərinə görə “Pocahontas” adlandırdığı Uorren, "Hər gün irqçi, nifrət dolu, qaranlıq və çirkin bir tweet atır. Namizədlər, aktivistlər və media bu məsələdə nə edəcək? Hər gün bunun arxasınca gedəcəyik" deyib.Muxalifet3 - 11-02-2019
Bakıda 20 yaşlı qız evdən qaçdı – ATASI POLİSƏ ÜZ TUTDU
Bakıda 20 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
Sabunçu rayon Maştağa qəsəbə sakini olan Xalid Qulamov (ad və soyad şərtidir) 14-ci Polis Şöbəsinə müraciət edərək qızının itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı, 1999-cu il təvəllüdlü Fidan Qulamova fevralın 7-də saat 20 radələrində evən çıxıb və bird aha geri qayıtmayıb.
Şikayətçi qızının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.
Axtarış tədbirləri həyata keçirlir./PublikaMuxalifet - 11-02-2019
Maşın alverçilərinin “probeq” fırıldağı - VİDEO
Avtomobillərin yürüşünün geri çəkilməsini necə müəyyən etmək olar?
Muxalifet - 11-02-2019
Bakıda DƏHŞƏTLİ QƏTL - Gecə pəncərəsini döyəni qəbiristanlıqda güllələdi - Yenilənib
Siyəzən rayonunda atışma hadisəsi baş verib. Hadisə səhər saatlarında, rayondakı qəbiristanlıqların birində yaşanıb. Atışma nəticəsində Elşən Qədirli Asim Əbdulov tərəfindən güllələnərək öldürülüb.
Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ilkin ehtimala görə, qətlin səbəbi öldürülən şəxsin – E.Qədirlinin A.Əbdulovun evinə gələrək, pəncərəni gizlincə döyməsi olub. Bundan qəzəblənən A.Əbdulov E.Qədirlini qəbiristanlığa aparıb və onun belə cəzalandırıb.Muxalifet - 11-02-2019
Qvardiola Sarridən danışdı
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, insanlar "Çelsi"nin çalışdırıcısı Maurisio Sarrini başa düşmür.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, Qvardiola fikirlərini London klubu üzərində darmadağından (6:0) sonra bölüşüb:Muxalifet - 11-02-2019
Milli Məclisin ən yaşlı deputatları - SİYAHI
Azərbaycan Milli Məclisinin V çağırış deputatlarının 42-nin yaşı 65 və 65-dən yuxarıdır.
Muxalifet.az report-a istinadən xəbər verir ki, parlamentin ən yaşlı üzvləri Zeynəb Xanlarova, Ağacan Abıyev, Fəttah Heydərov və Yaqub Mahmudovdur.
Z.Xanlarovanın 83, A.Abıyevin 82, F.Heydərovun 81, Y.Mahmudovun isə 80 yaşı var.Muxalifet - 11-02-2019
Ermənistanda daha bir məmur korrupsiyaya görə həbs edildi
Ermənistanın Tavuş əyalətinin Dilican şəhərindəki Sosial Yardım Agentliyinin rəhbəri korrupsiya cinayətinə görə həbs edilib.
Bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Sosial Yardım Agentliyinin rəhbəri 2016-2018-ci illər ərzində hər ay Dilican şəhər sakinlərindən mükafatlar və külli miqdarda rüşvət alaraq, onların adının hökumətin sosial yardım proqramına salınmasını təmin edib.Muxalifet - 11-02-2019
“Veysəloğlu”nun “OBA” mağazasında süni qiymət artımı – Foto
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsin müştərini aldadıb.
Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən “OBA”da alış-veriş edərkən satıcı kibritin qiymətinin qalxdığını bildirib.Muxalifet - 11-02-2019
Azərbaycanda telekanal bağlandı
Bu gün səhər saatlarından etibarən “ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.
Bu barədə oxu.az-a “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib.
Onun sözlərinə görə, “ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması barədə qərar qəbul edilib. Buna “ARB Ulduz”un ölkənin reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilməməsi səbəb olub.Muxalifet - 11-02-2019
Gəncə hadisələri vaxtı həbs olunan Qarabağ əlili məhkəmə zalından AZADLIĞA BURAXILDI
Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə həbs olunan Qarabağ əlili Rza Səfərsoy məhkəmə zalından azadlığa buraxılıb.
Muxalifet.az "Azadlıq" radiosuna istinadən bildirir ki, fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə hakimlər kollegiyası bu barədə qərar qəbul edib.Muxalifet - 11-02-2019
“Biz olmasaq, qardaş Azərbaycana kim sahib çıxacaq?” - Mövlud Çavuşoğlu
“Milli və müqəddəs mübarizələrimizə sahib çıxmaq lazımdır. Qardaş Azərbaycana biz sahib çıxmasaq, işğal edilmiş torpaqlarını yenidən azad etmək üçün çlışmasaq, Azərbaycana kim sahib çıxacaq?”
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AKP və MHP tərəfindən təşkil olunan tədbirdə bildirib.Muxalifet - 11-02-2019
Tanınmış müğənni Acun İlıcalını pedofil ADLANDIRDI
Yeşil Salkım Acun İlıcalıya pedofil deyib. Yeşimin Acunu pedofil adlandırdığı səsyazısı yayılıb. Acun isə Salkımı məhkəməyə verməyə hazırlaşır. Dünyanın hansı ölkəsində olursan ol, 50 yaşında bir adamla 20 yaşında bir qızın münasibəti pedofillik sayılır. Bu istər Şərqi Anadolu olsun, istər də məhəlləmizdə olsun, pedofillik sayılırsa, Acunun onlardan fərqi nədir?, - deyə Yeşim səsyazısında deyib./olke
Muxalifet - 11-02-2019
“O zaman dostlarımdan üstün olduğumu gördüm” - DGK sədri
“Türkiyədə universitetdə təhsil almaq o zaman hər bir azərbaycanlı gəncin arzusu idi”.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.
Tələbəlik illəri və Türkiyədə aldığı təhsilin həyatına qatdığı töhfələrdən söz açan general mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil almaq şansı əldə etdiyini söyləyib.Muxalifet - 11-02-2019
Pensilvaniyanın azərbaycanlı ekoloqu: “Amerikada yaşamaq istəyənlərə bir tövsiyəm var...”
Həssas, düyğusal, çox mehriban xanımdır. Eyni zamanda çətinliklərdən qorxmayan, əzmkar, iradəli, cəfakeş anadır. Azərbaycandan Amerikayadək uzun yol gəlib…
Muxalifet - 11-02-2019
10-cu sinif şagirdi özündən böyük şəxsi bıçaqladı
Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az report-a ikstinadən xəbər verir ki, Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 11-02-2019