Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
Ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda DƏYİŞİKLİKLƏR EDİLDİ
Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.
Məlumata görə, Nazirlər Kabinetinin qərarı əsasında "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.Muxalifet - 12-02-2019
İranın “Təl-Əvivi yox edərik” hədəsinə İsraildən cavab gəldi
İsrailin baş naziri Binyamin Netanyahu İrandan gələn "ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfa şəhərlərini yer üzündən silərik" açıqlamasına təpki verərək, "İran, Təl-Əviv və Hayfanı yox etməyi sınamaq kimi bir səhv edərsə, bu, onların bayram etdiyi inqilabın son ildönümü ola bilər" deyə qarşılıqlı olaraq İranı təhdid edib.
Qeyd edək ki, ABŞ prezidenti Trampın təhlükəsizlik məsləhətçisi Con Bolton da eyni ifadələri işlədərək İran inqilabının 40-cı ildönümünün bayram edilməsinin son ildönümü ola biləcəyini demişdi.Muxalifet3 - 12-02-2019
Türkiyədə qəzet, jurnal və kitab vergidən azad edildi - bəs Azərbaycan?
Türkiyədə kitab, qəzet və jurnal qiymətlərinə tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) sıfıra endirilir. Qardaş ölkə mediasının verdiyi xəbərə əsasən, bununla bağlı məlumatı prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Ərdoğan qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində müvafiq qanunun qəbulundan sonra kitabda və digər qəzet, jurnalda ƏDV dərəcəsi sıfıra salınacaq. Ərdoğan Atatürk Mədəniyyət Mərkəzinin təməlatma mərasimində çıxışı zamanı bildirib ki, rəqəmsal texnologiyanın inkişafı mətbuat orqanlarının, həmçinin kitabların satışını çətinləşdirirdi.
Muxalifet - 12-02-2019
Röya TƏNQİD OLUNDU: "Qadın orasını-burasını..." - FOTO
Əməkdar artist Röya Ayxan İnstaqram səhifəsində yeni fotolarını paylaşıb.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu dəfə də sinə dekoltesi ilə diqqət çəkib.
İzləyicilərinin əksəriyyəti Röyanın ünvanına təriflər yazsa da, tənqid edənlər də az olmayıb. Bir çoxları ifaçıya "Bir qadın orasını, burasını göstərməməlidir", "Bu qədər açıq geyinmək nəyə lazımdır?" kimi şərhlər yazıblar.Muxalifet - 12-02-2019
İqtisad Universitetinin rektorunun ailəsində AĞIR İTKİ
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova ağır itki üz verib.
UNEC-in rektorunun qardaşı Zakir Muradov vəfat edib./Publika
Allah rəhmət eləsin.Muxalifet - 12-02-2019
Qorxunc qrip virusu dünyanı bürüyüb: Azərbaycana təhlükə varmı...
Rəsmi qurumlar ölkəmizdə “donuz qripi” olmadığını deyir; həkim: “Əgər virus varsa, bunu açıq şəkildə deyib, xalqı maarifləndirmək lazımdır”
Dünyanı qrip virusu cənginə alıb. Konkret olaraq bir çox ölkələr bunun adını A (H1N1) “donuz qripi” qoymasalar da qrip virusunun yayıldığını etiraf edirlər.
Muxalifet - 12-02-2019
İmmunitetinizi qaldıracaq 5 ədviyyat - Yeməklərə və çayınıza qatın
Məlumdur ki, orqanizmin sağlamlığı güclü immunitetdən asılıdır. İmmuniteti zəif insan adi qripdən belə ağırlaşa bilər. İmmunitet artıran heç bir sistem, dərman yoxdur. Möcüzə orqanizmin özündə və mövcud olan qida, içki, bitkilərdədir. Siz orqanizmə lazımi maddələri qida ilə verin, immunitet özünə lazım olanı götürəcək.
Muxalifet.az Medicina.az-a istinadən sizə immuniteti möhkəmləndirəcək 5 əlçatan vacib ədviyyatların siyahısını təqdim edir:1.Darçın
Muxalifet - 12-02-2019
Səudiyyə ABŞ-ın Qaşıqçı cinayətilə bağlı tələbini rədd etdi – Təfərrüat
ABŞ-ın “Wall Street Journal” qəzetinin ABŞ və Səudiyyə rəsmilərinə əsaslandırdığı xəbərinə görə, ABŞ Qaşıqçı cinayətinin baş şübhəlisi olaraq görülən və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri olan Kahtanidən hesab verilməsi üçün bağlı qapılar arxasınadında Səudiyyə Ərəbistanına təzyiq edir, ancaq Ər-Riyad rəhbərliyi bu məsələdə dirənir.
Muxalifet3 - 12-02-2019
Aparıcı Zümrüd Bədəlova: “Pula görə heç kimlə...” - VİDEO
Aparıcı və aktrisa Zümrüd Bədəlova komplekslərindən və özünə qoyduğu qadağalardan danışıb. Yenicag.az-a açıqlama verən Zümrüd öpüş səhnələrindən imtina etdiyini deyib. “Həyatda kimisə öpmürəm, o ki qaldı filmdə”, deyən aktrisa bunun səbəblərini izah edib. Həmin videonu təqdim edirik:
Muxalifet - 12-02-2019
Rusiya qlobal interneti “söndürməyi” məşq edəcək - Kreml özünün milli resurslarından istifadə etməyə hazırlaşır
Rusiya yaxın həftələrdə ölkəni müvəqqəti olaraq qlobal internetdən ayırmağı sınaqdan çıxaracaq. Moskva bildirir ki, bu tədbir ölkənin kiberhücumlardan müdafiəsini yoxlamaq üçündür.
Rusiya mediası fevralın 11-də xəbər verib ki, ölkənin xarici kiberaləmlə bütün kanallarını kəsəcək bu sınaq aprelin 1-dən əvvəl həyata keçiriləcək. Lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib.
Muxalifet - 12-02-2019
Putinin "Qiyamət günü" silahının əsl məqsədi açıqlandı - NATO-NU DAĞIDACAQ, BÜTÖV QİTƏNİ MƏHV EDƏCƏK...
Rusiyanın “Poseydon” strateji sualtı aparatının əsl məqsədi NATO-nu hərbi alyans kimi dağıtmaqdır. Virtualaz.org xəbər verir ki, belə qənaətlə ABŞ-ın “Business İnsider” nəşri çıxış edib.
Ekspertlərin sözlərinə görə, “Qiyamət günü” torpedosu da adlandırılan “Poseydon” sualtı aparatı bütöv qitəni məhv etməyə qadirdir. Və bu silahın işlənib hazırlanmasında məqsəd Birləşmiş Ştatları gələcəkdə Rusiyanın NATO ölkələrinə hərbi müdaxiləsinə cavab vermək niyyətindən daşındırmaqdır.Muxalifet - 12-02-2019
Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı - VİDEO
Mərhum reper Anar Nağılbazın birinci həyat yoldaşı Anjelika Cəbiyeva heç kəsin görmədiyi və oxumadığı bir məktub tapıb. Orada yazılanlar isə görənləri heyrətləndirib.
ARB TV-də yayımlanan “Show News” verilişində həmin məktub açılaraq, tamaşaçılara təqdim edilib.
Anjelikanın sözlərinə görə, o günlərdir Anarı yuxusunda görür və çox narahatlıq keçirdiyindən onun əşyalarını məscidə vermək qərarına gəlib:Muxalifet - 12-02-2019
“Nə iş təklif edirlər, nə də işsiz kimi qeydə alırlar” - GİLEY
Ağdam rayon Quzanlı qəsəbəsində yaşayan rayonun Baş Qərvənd kəndindən məcburi köçkün İlhamiz İsmayılov rayon icra hakimiyyətindən şikayətçidir.
Onun “Yeni Müsavat”a bildirdiyinə görə, 3 ildir işlədiyi rayon mənzil kommunal təsərrüfat birliyindəki elektrik mantyoru vəzifəsindən azad edilib: “Bizlə hər 11 aydan bir yeni müqavilə imzalanırdı. Bu il köhnə müqavilənin müddəti bitib iki aydır, yenisini də imzalamırlar. Deyirlər, fondda pul yoxdur. Tək mən deyiləm, 100-ə yaxın işçini belə ediblər”.Muxalifet - 12-02-2019
Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADI
2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezident seçkiləri” keçiriləcək.
Separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın “namizədliyini” verməyəcəyi deyilir.
Erməni mənbələr qondarma DQR-in keçmiş “müdafiə naziri”, I Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən soyqırımıların fəal iştirakçısı olmuş general-leytenant Samvel Babayanın separatçı rejimin rəhbərliyinə iddialı olduğunu yazıb.Muxalifet - 12-02-2019
Şoyqu və Akar İdlibə dair razılığa gəlibmi? - Növbəti Soçi sammiti ərəfəsində mühüm görüş
Amberin Zaman
“Əl-Monitor”, 11.02.2019
Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 14-də Türkiyə, Rusiya və İran prezidentləri arasında Soçi şəhərində keçiriləcək Suriyaya dair üçtərəfli sammitdən əvvəl türk vəzifədaşı Hulusi Akarla görüşüb.
Muxalifet - 12-02-2019
Kamal Abdulla qalmaqal yaşadığı xanım dekanı işdən çıxardı
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb.
Muxalifet - 12-02-2019
Sabiq nazirlərin mənimsədiyi milyardlar yenidən gündəmdə - Əllərindən alınıb problemli kreditlərə yönəltmək təklif olunur
Azərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək vəzifəli sabiq məmurların var-dövləti, gözqamaşdıran sərvətləri haqda məlumatlar yeni deyil. İllərdir ki, ölkə mətbuatında bu haqda yazılar dərc olunur, xəbərlər tirajlanır. Sabiqlərin əksəriyyəti məhz vəzifədə olduqları illərdə varlanıb, biznes imperiyası qurublar. Bu gün vəzifələrini itirsələr də, dövləti talamaqla əldə etdikləri mal-mülklərinin böyük əksəriyyətini qoruyub saxlaya biliblər. Dünyanın dörd bir tərəfində gəlir gətirən obyektləri, hotelləri, ticarət mərkəzləri bu gün də var.
Muxalifet - 12-02-2019
Bakıda DƏHŞƏTLİ QƏTL: Arvadının başqa kişilərlə əlaqəsindən şübhələndi və... - YENİLƏNDİ
Bakı şəhərinin Binəqədi rayonunda qadının həyat yoldaşı tərəfindən amansızlıqla öldürülməsi hadisəsi barədə bəzi məqamlar üzə çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Binəqədi kəndində fərdi evdə yaşayan 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O bildirib ki, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib.Muxalifet - 12-02-2019
Mossad-MI6-MKİ iranlı alimi birgə əməliyyatla qaçırıblar
İranda bir nüvə mütəxəssisinə qarşı sui-qəsddə adı keçən və İranın nüvə işləri haqqında məlumat sahibi olan elm adamının İsrail, İngiltərə və ABŞ-ın kəşfiyyat xidmətləri olan Mossad-MI6-MKİ-nın birgə əməliyyatı ilə İngiltərəyə qaçırıldığı irəli sürülüb.
“Daily Mail” və “Sunday Express” İranın nüvə proqramı haqqında məlumat sahibi və İranın bir nömrəli nüvə mütəxəssisi Mustafa Əhmədi Roşana 2012-ci ildə təşkil olunan sui-qəsdə adı qarışmış bir elm insanının İngiltərə üzərindən ABŞ-a qaçırılması üçün əməliyyat keçirdiyini bildirib.Muxalifet3 - 12-02-2019
Nüvə müharibəsi ehtimalını artıran silahlar
Rusiyanın "İsgəndər" mərmisi
Nüvə müharibəsi təhlükəsi hər kəsi qorxudan bir mövzudur. Nüvə və konvensional (adi, şərti) silahlar arasındakı xəttin qeyri-müəyyənliyi bu təhlükəni artırır.
Nüvə və qeyri-nüvə silahları arasında heç bir zaman dəqiq bir fərq olmayıb. Məsələn, B-29 bombardman təyyarəsi konvensional bombalar üçün nəzərdə tutulmuşdu. Amma 6 avqust 1945-ci ildə Yaponiyanın Hiroşima şəhərinə atom bombasını bu təyyarə atmışdı.
Muxalifet - 12-02-2019