Axtarış

The search found 105785 results in 0.038 seconds.

Search results

  1. ​Yaxın Şərqdə QƏTLİAM: 70 dinc sakin bu səbəbdən öldürüldü

    ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraq-Suriya sərhədinin yaxınlığında avia hücumlar təşkil edib.
    Bu barədə Suriya Ərəb xəbər agentliyi (SANA) hücum nəticəsində 70 dinc sakinin öldüyünü açıqlayıb. Çox sayda insan yaralanıb.
    Agentlik koalisiya tərəfindən İŞİD terror təşkilatına qarşı təşkil edilən hücumda birbaşa dinc sakinlərin hədəf alındığını iddia edib.
    Koalisiya qüvvələri isə həmin bölgənin İŞİD-in nəzarətində olduğunu bildirir./Publika

    Muxalifet - 12-02-2019

  2. Sabiq nazirin sürücüsü və maşını tapıldı

    Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını tapılıb. 
    İ. Həmidov BakuPost-a açıqlamasında deyib ki, avtomobil və sürücünün Ağstafa rayon Polis İdarəsinə aparıldığı məlum olub. 
    Bir neçə saat sonra sürücü sərbəst buraxılıb, eyni zamanda avtomobilin Polis İdarəsindən götürülməsinə icazə verilib. 

    Muxalifet - 12-02-2019

  3. Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

    Azərbaycan alimləri tam ötürməli yeni velosiped ixtira ediblər.
    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
    Yeni velosipedin müəllifləri isə akademiyanın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamovdur.  

    Muxalifet - 12-02-2019

  4. RƏSMİ QƏZETƏ CƏLLAD ELANI VERİLİB

    Şri Lankanın rəsmi qəzeti “Daily News”-a aylıq 203 dollar maaşla cəllad qəbullarının başladığına dair iş elanı verilib. Elanda, namizədlərin 18-45 yaşları arasında, kişi, mükəmməl əxlaqi xarakterli və ağıl sağlamlığının yerində olması lazım olduğu qeyd olunub.
    Qeyd edək ki, Şri Lanka narkotiklə mübarizə çərçivəsində yenidən ölüm hökmünü bərpa etmək istəyir. Bunun üçün də narko baronları edam edəcək cəlladlar yenidən işə götürülür.
    Xatırladaq ki, Şri Lankanın son cəlladı 2014-ci ildə vəzifəsindən ayrılmış və karyerası boyunca heç kəsi edam etməmişdi.

    Muxalifet3 - 12-02-2019

  5. ​Azərbaycanda qadın abort zamanı ÖLDÜ

    Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. 
    Muxalifet.az report-a istinadən xəbərinə görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.  Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib.  Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib. 
    Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-02-2019

  6. ​Qarabağ Komitəsinin mitinqinə icazə verilmədi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
    BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
    BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.

    Muxalifet - 12-02-2019

  7. ​Parkda oğlanla-qızı bir yerdə tutan "polis": "Söhbəti 100 manatla həll etdik"

    Özünü polis əməkdaşı təqdim edib vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Muxalifet.az-ın open.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    Muxalifet - 12-02-2019

  8. NATO-dan Fəratın şərqi açıqlaması!

     NATO-nun baş katibi Jens Stoltenberq, "Türkiyə və ABŞ-ın Suriyanın şimalında əməkdaşlıq etməsini məmnuniyyətlə qarşılayıram" - deyib.
     
    NATO baş katibi bu fikri Belçikanın paytaxtı Brüsseldə 13-14 fevralda keçiriləcək NATO müdafiə nazirlərinin toplantısı öncəsi açıqlama verərkən deyib.

    Muxalifet3 - 12-02-2019

  9. ​Məhəmməd Salah "Yuventus"a keçə bilər

    İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını İtaliya "Yuventus"unda davam etdirə bilər.
    "Report"un "Sky News Arabia" nəşrinə istinadən verdiyi məlumata görə, misirli yarımmüdafiəçinin transferi 200 milyon avro qiymətləndirilir. Turin komandasının lideri Kriştianu Ronaldu isə onunla müqavilə bağlanılması cəhdini müsbət qarşılayıb.
    Salahın argentinalı Paulo Dibalanı əvəzləyə biləcəyi vurğulanır. Daha əvvəl Dibala ilə baş məşqçi Massimiliano Alleqri arasında münaqişənin baş verdiyinə dair xəbərlər yayılıb.

    Muxalifet - 12-02-2019

  10. ​Vəkilliyə qəbul imtahanı ilə bağlı YENİ QAYDALAR

    Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilib.
    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
    Dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

    Muxalifet - 12-02-2019

  11. ​18 yaşınadək şəxslərlə bağlı "təhlükəsiz internet" mexanizmi yaradılacaq

    Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

    Muxalifet - 12-02-2019

  12. ​Türkiyədə PARTLAYIŞ: Yaşayış binası dağıldı

    Türkiyənin cənubunda Qaziəntəp vilayətində yaşayış binasında partlayış baş verib.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində binanın böyük hissəsi dağılıb.
    İlkin məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
    Partlayışın səbəbi kimi qaz sızması göstərilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım cəlb olunub.

    Muxalifet - 12-02-2019

  13. Tanınmış aparıcı 5 il sonra efirə qayıtdı - VİDEO

    Uzun müddətdir efirlərdən uzaq düşən məşhur aparıcı İdris Cəfərov 5 il sonra yenidən ekranlara qayıdır.

    Aparıcı bu dəfə yeni unikal realiti serial ilə tamaşaçıların qarşısına çıxacaq.

    "ARB TV"də yayımlanacaq layihə "Əmicanı" adlanır.

    Qeyd edək ki, yeni unikal realiti serialın ilk buraxılışı 16 fevral, saat 23:00-da yayımlanacaq.

    Muxalifet - 12-02-2019

  14. Deputat Reklam Agentliyini rüşvət almaqda ittiham etdi- “Agentlik ləğv edilməlidir”

    Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif edib.

    Muxalifet - 12-02-2019

  15. Prezident İlham Əliyev Real TV-yə müsahibə verdi - VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Real TV-yə müsahibə verib. Müsahibədə dövlət başçısı Azərbaycanda aparılan islahatların əhatə dairəsi, əsas hədəfi, növbəti addımları barədə suallara cavab verib. Bununla yanaşı, prezident Dağlıq Qarabağ problemi ətrafında gedən danışıqlar və Azərbaycan Ordusunun gücü mövzusuna da toxunaraq münaqişənin həlli istiqamətində aparılan son müzakirələr barədə ətraflı məlumat verib.

    Muxalifet - 12-02-2019

  16. Hikmət Hacıyev Ermənistan rəsmilərinin son açıqlamaları haqda - “DANIŞIQLAR PROSESİNİN İRƏLİ APARILMASINA XİDMƏT ETMİR”

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzərTAc–a məxsusi müsahibə verib.
    Muxalifet.az həmin müsahibəni təqdim edir.

    Muxalifet - 12-02-2019

  17. AZƏRBAYCANDA GÖRÜNMƏMİŞ HADİSƏ: 49 min dolları sahibinə qaytardılar

    Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

    Muxalifet - 12-02-2019

  18. ​İnsanların Marsa uçuşu təxirə salındı

    Marsda daimi koloniyanın yaradılmasını nəzərdə tutan “Mars One” layihəsinin “Mars One Ventures” kommersiya bölməsi iflas etdiyini elan edib.
    Bu barədə “Engadget” nəşrində məlumat yayılıb.
    İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin çıxardığı qərara əsasən, adıçəkilən şirkət 15 yanvar 2019-cu ildə müflis olub.

    Muxalifet - 12-02-2019

  19. Gürcüstan gimnastı: "Milli Gimnastika Arenasında bütün yarışlara hazırlıq üçün yaxşı şərait yaradılıb"

    "Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb".
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçısı, Gürcüstan gimnastı Lyuba Qolovina deyib.
    L.Qolovina bildirib ki, Bakıda məşqlər planlaşdırıldığı kimi davam edir:
    "Milli Gimnastika Arenasında bütün yarışlara hazırlıq üçün yaxşı şərait yaradılıb. İdmançılar üçün rejim, qidalanma çox vacibdir, burada da bizim üçün bu şərtlər mövcuddur".
    Öz şansları barədə danışan gimnast yaxşı nəticəyə ümid etdiyini deyib:

    Muxalifet - 12-02-2019

  20. Lavrov Pompeo ilə Venesuelanı müzakirə edəcək

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefonda danışacaq.
    Tərəflər arasında müzakirə mövzusu Venesuela olacaq.
    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi informasiya yayıb.

    Muxalifet - 12-02-2019

Pages