Axtarış
The search found 105785 results in 0.035 seconds.
Search results
Dünyanı silkələyəcək 10 hadisə - SOK PROQNOZ
Beynəlxalq Böhran Qrupu 2019-cü il üzrə dünyada qarşıdurmalar və böhranlarla bağlı proqnoz hazırlayıb.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, proqnozda dünya üçün riskli olan hadisələrin adları açıqlanıb.
1. Cənubi Sudanda (neft gəlirləri uğrunda şimalla mübarizə) vətəndaş müharibəsinin alovlanması (2013-2018-ci illərdə 400 min insan ölüb);
2. Kamerunda ingilis və fransızdilli əhali arasında vətəndaş müharibəsi;
3. Əfqanıstanda yeni qarşıdurma (2018-ci ildə münaqişələrdə ən böyük insan itkisi qeydə alınıb - 40 min nəfər);Muxalifet - 12-02-2019
Dünya Bankından Azərbaycanla bağlı - Açıqlama
Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf əhalinin gəlirlərinin, o cümlədən həssas qruplara yönələn sosial ödənişlərin artırılması istiqamətində ardıcıl şəkildə mühüm addımların atılması ilə müşahidə olunur. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar təhlil üzrə missiyası ilə görüşdə vurğulayıb.
Muxalifet3 - 12-02-2019
“The Guardian”: “Böyük Britaniya müdafiə nazirinin başına hava gəlib...”
Böyük Britaniyanın müdafiə naziri Gevin Uilyamsonun dövlətin “qlobal gücünü artırması” və “sərt hakimiyyət” barədə sözləri ölkəsində tənqidlərə səbəb olub.
“The Guardian” qəzetinin icmalçısı Saymon Ceninks isə onun gerçəklikdən uzaq yaşadığını bildirib.
Qeyd olunur ki, Uilyamson həmin çıxışını Krallığın Birləşmiş müdafiə araşdırmaları institutunda bu həftənin bazar günü edib.
Yazar S.Cenniksin fikrincə, Gevin Uilyamson bu cür sərt mesajlarla əslində hazırda kreslosu laxlayan baş nazir Tereza Meyin yerinə keçmək istədiyini büruzə verir.Muxalifet - 12-02-2019
ABŞ bəşəriyyətə qarşı cinayət törədir - Suriya
ABŞ koalisiyası bəşəriyyətə qarşı cinayət törətməklə məşğuldur.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Beynəlxalq koalisiyanın hüquq normalarını pozaraq qadağan olunmuş silahlarla dinc sakinləri hədəf alması adi hala çevrilib”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, koalisiyanın Baquz yaşayış məntəqəsini bombalaması nəticəsində ölənlərin sayı 70-ə çatıb.
Muxalifet3 - 12-02-2019
Paşinyan Azərbaycanı belə HƏDƏLƏDİ: “Döyüş istəmirsinizsə...”
“Biz Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini görürük, lakin bu o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır”. Virtualaz.org “Aysor” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Məsələnin həlli üçün sülh atmosferinin bərqərar olması zəruridir. Bu gün regionda sülh atmosferi yoxdur”, - parlament deputatlarının suallarını cavablandıran N.Paşinyan bildirib. Xalqların sülhə hazırlaşdırılması haqqında danışarkən N.Paşinyan qeyd edib: “Deyirlər xalqarı sülhə hazırlaşdırın, xalqı yox.
Muxalifet - 12-02-2019
Miq-27 qırıcısı yerə çırpıldı, pilot isə...
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Miq-27 qırıcısı Racəstan ştatının Caysalmer şəhərində qəzaya uğrayıb.
Muxalifet.az NDTV-yə istinadən xəbər verir ki, pilot katapult nəticəsində sağ qalıb.
Təyyarənin hansı səbəbdən qəzaya uğradığı məlum deyil, araşdırma aparılır.
Muxalifet3 - 12-02-2019
Seysmoloji Mərkəzdən BƏYANAT: ”Azərbaycanda dağıdıcı zəlzələ...” -
"Fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam edir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən zəlzələ bölgəsində hiss olunan afterşoklar və hazırki vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir. Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar.
Muxalifet - 12-02-2019
“Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər
Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, korporativ müştəriləri üçün yeni və sərfəli təkliflər təqdim edir. Artıq bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olacaq və yeni tariflər təqdim ediləcək. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri istifadəyə veriləcək və beynəlxalq zənglər üçün bonuslar təqdim ediləcək.
Muxalifet4 - 12-02-2019
İlham Əliyev türkiyəli həmkarına başsağlığı VERDİ
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbərin onu son dərəcə kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.Muxalifet - 12-02-2019
Gürcüstan Azərbaycan ceyranlarını belə qoruyur
Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında yerləşən Kaxeti bölgəsinin Samux vadisində fevralın 13-dən etibarən köçəri quşların ovlanmasına qadağa qoyulacaq.
Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ovçuların atəş açmaları ceyranları qorxudur, onlar vadidən meşələrə qaçır, orada isə nadir heyvanların canavarlar tərəfindən məhv edilməsi ilə bağlı böyük ehtimal var.Muxalifet3 - 12-02-2019
Rusiyada KÜTLƏVİ DAVA: Çeçenlər və tatarlar arasında - VİDEO
Rusiyanın Tümen vilayətinin Tobolsk rayonundakı “Voyaj” kafesində kütləvi dava baş verib.
Muxalifet.az ura.ru-a istinadən saytının verdiyi məlumata görə, tatar və çeçen diasporları arasında dava fevralın 9-u, gecə saatlarında olub.
Onlar əvvəlcə rəqs meydanında dalaşıblar, daha sonra isə kafedəki stullarla bir-birinə hücum ediblər.
münaqişəyə kafeyə gələn iki müştəri arasındakı mübahisə səbəb olub.
Polis davanın bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib. Faktla bağlı cinayət işi başlanıb.
Muxalifet - 12-02-2019
ABŞ qorxuda: Çin dünya düzənini dağıtmaq üçün...
Çin uzunmüddətli olaraq ABŞ və Hindistan-Sakit okean regionu üçün ciddi təhlükə təşkil edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı admiral Filipp Devidson deyib.
“Pekin qorxutma yolu ilə, iqtisadi təzyiqlərlə dünya düzənini dəyişdirmək və yox etmək üçün kommunist-sosialist idealogiyasını yaymağa çalışır”, - deyə admiral bildirib.
Muxalifet3 - 12-02-2019
Bel yırtığının yaranmasının əsas səbəbləri - NEYROCƏRRAH AÇIQLAYIR
"Bel ağrıları nəinki bu gün, hər zaman ciddi problemlərdən biri olub".
Muxalifet.az xəbər verir ki, bunu medicina.az-a müsahibəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş-beyin şöbəsinin həkim-neyrocərrahı Ələsgər Həsrətov bildirib.Muxalifet - 12-02-2019
Bu avtobuslarda Vay-Fay sistemi yaradıldı
Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Vay-Fay xidmətinə qoşulub.
Muxalifet.az-ın məlumatına görə, “Xaliq Faiqoğlu” MMC-nin “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Vay-Fay xidmətinin qoşulmasına başlanılıb.Muxalifet3 - 12-02-2019
Yol polisi ilə bağlı bu video Gürcüstanda rekord qırdı - VİDEO
Azərbaycan DYP ilə bağlı video rekord sayda paylaşılıb.
Muxalifet - 12-02-2019
OPEK ölkələri alyans yarada bilər - Peskov açıqladı
Rusiya Prezidenti Vladimir Putin OPEK+ ölkələrinin yeni və daha sabit strukturunun yaradılması təşəbbüsü ətrafında müzakirələr aparıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.Muxalifet3 - 12-02-2019
Məşhur komanda 19 yaşlı futbolçusuna görə səfəri gecikdirdi
Almaniyanın "Borussiya" (Dortmund) klubunun Çempionlar Liqası üçün İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb.
Dortmund təmsilçisinin 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem"lə matç üçün səfəri futbolçusuna görə gecikib.
Komandanın gənc oyunçusu Ceydon Sanço pasportu olmadan hava limanına gedib. 19 yaşlı ingiltərəli hücumçu sənəd üçün evə qayıtmağa məcbur olub. Uçuşun, təxminən, yarım saat gecikdiyi bildirilib.Muxalifet - 12-02-2019
Taliban şimal qonşumuza təhlükə yaradırmı? - Senator AÇIQLADI
Taliban Rusiya üçün təhlükə təşkil etmir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı senator Frants Klintseviç çıxış edib.
O bildirib ki, Taliban getdikcə siyasi təşkilata çevrilir:
“Onlara yalnız Əfqanıstanın daxili siyasi hakimiyyəti maraqlıdır. Ölkədən kənarda baş verənlər onlara maraqlı deyil. Nə bizim ölkəyə, nə də Mərkəzi Asiya ölkələri üçün Taliban təhlükə yaratmır”.
Muxalifet3 - 12-02-2019
Temur Abazov istefa verdi
Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonunun sabiq meri Temur Abazov vəzifəsindən öz ərizəsi ilə istefa verib.
Muxalifet.az "Report”a istinadən xəbər verir ki, T.Abazovun ərizəsini bu gün vəkilləri Marneuli rayon bələdiyyəsinə təqdim ediblər.
Sabiq mer vəzifəsindən istefa verməsini belə izah edib: "Məhkəmə prosesi hələ davam edəcək və Marneuli rayonunun icra başçısız qalmasını istəmirəm. Yaşanan hadisələr şər-böhtan olub və bu səbəbdən belə bir yerdə fəaliyyətimi dayandırmaq istəyirəm”.Muxalifet - 12-02-2019
Koçaryan barəsində əlavə cinayət işi açıldı
Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı yeni ittiham irəli sürülüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən iş adamı Silva Ambartsumyanın şikayəti əsasında Koçaryana “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb.
Ambartsumyan 2008-ci ildə ərəblərlə iş qurmasına mane olmamaq üçün sabiq prezidentə rüşvət verdiyini deyib. Qarşı tərəf isə bu iddiaları rədd edib. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 12-02-2019