Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
"Çukur"un məşhur aktyoru qızı yaşında qadınla nişanlandı - FOTO
Türkiyənin reytinqli serialı "Çukur"un aktyoru Burak Sergen evlənməyə hazırlaşır.
Serialda "Beyefendi" obrazını canlandıran Sergen Nihal Ünsal adlı xanımla nişanlanıb.
Nihalın Burakdan 25 yaş kiçik olması türk mediasında gündəmə çevrilib.
Bir çoxu aktyoru bu münasibətinə görə tənqid edib.
Qeyd edək ki, 58 yaşlı Burak Sergen bir müddət öncə 19 illik evliliyini sonlandırıb.Muxalifet - 12-02-2019
Prezidentin yüksək vəzifə verdiyi Rəvan Həsənov kimdir? - FOTO
Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Rəvan Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Rəvan Vaqif oğlu Həsənov bu günədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunu əvəz edirdi. O, daha əvvəl Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.
Muxalifet - 12-02-2019
“İdman Azərbaycan" telekanalında yeni rəhbər
"İdman Azərbaycan" telekanalının baş direktoru vəzifəsində dəyişiklik olacaq.
Muxalifet.az azerifootball.com saytına istinadən xəbər verir ki, tanınmış şərhçi Siyavuş Əliyev bundan sonra kanala rəhbərlik edəcək. O, bu vəzifədə Fərman Orucovu əvəzləyəcək. S.Əliyev uzun illərdir ki, "İdman Azərbaycan"da şərhçi, baş redaktorun müavini kimi çalışır.
Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilir.Muxalifet - 12-02-2019
Fevralın 13-nə manatın məzənnəsi
Fevralın 13-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 13.02.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il fevralın 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet - 12-02-2019
ABŞ-dan Türkiyəyə yeni təhdid
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Bailey Hatçinson Vaşinqtonun Moskva ilə Ankara arasında S-400 raket əleyhinə müdafiə sistemlərinin təhvili mövzusundakı anlaşmadan narahat olduğunu, bu müqavilənin ABŞ-ın Türkiyəyə Amerika istehsalı sistemlərin tədarükünə mane olacağını bildirib.
Muxalifet3 - 12-02-2019
Rayondan Bakıya gəlib qızını öldürən ata MƏHKƏMƏ QARŞISINDA
Bakıda qızını namus üstündə öldürməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə Həsən Bəy Zərdabi küçəsində baş verib.Muxalifet - 12-02-2019
Bakıda oteldəki dəhşətli qətlin TƏFƏRRÜATI: "İçəri girəndə ikisi də çılpaq idi"
Bakıda oteldə özündən 6 yaş kisik sevgilisi Vüqar Atakişiyevi öldürməkdə təqsirli bilinən Günel Hüseynova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Günel Hüseynova özünü qismən təqsirli bilib.Muxalifet - 12-02-2019
NATO-dan Rusiyaya raket təhdidi
Çexiyanın müdafiə naziri Metnar NATO-nun Rusiyanın INF müqaviləsini pozmasına cavab olaraq Çexiyaya raket yerləşdirə biləcəyini deyib.
Metnar, "Bu məsələ ABŞ və Rusiya arasındakı Orta və Qısa Mənzilli Raket Müqaviləsinin (INF) başa çatmasına dair bir qərarın veriləcəyi görüşlər çərçivəsində altı ay ərzində müzakirə olunacaq".deyib.Muxalifet3 - 12-02-2019
Dollar yaxın günlərdə BAHALAŞACAQ? - İqtisadçıdan ŞƏRH
“Yaxın günlərdə dolların qiymətinin qalxmasından söhbət gedə bilməz”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.
Onun sözlərinə görə, ölkədə həm büdc ehtiyatının vəziyyəti, həm də dolların başqa valyutalarla münasibəti onun yüksəlməsinə diqtə etmir:Muxalifet - 12-02-2019
Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək
Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə fevralın 13-ü Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək. Panel saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Paneli giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacaq. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər.
Muxalifet - 12-02-2019
Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib.
Paşinyan əvvəlki kimi “Dağlıq Qarabağ xalqı”nın öz taleyinin təyin edilməsində iştirakının vacib olduğunu, buna görə də danışıqlar masasında tərəf kimi çıxış etməsi fikrini səsləndirib.Muxalifet - 12-02-2019
Bakıda yoxa çıxan ana və qızından DƏHŞƏTLİ ƏMƏL: Ruhi xəstə qardaşının... - FOTO
Bakıda ilginc olay baş verib.
Muxalifet.az xəbər verir ki, 9 ay əvvəl Quliyeva Ətirə (ana) və Quliyeva Gülnarə (qızı) adlı qadınlar yoxa çıxıblar.
Yoxa çıxan ana-balanın axtarışı zamanı məlum olub ki, Quliyeva Ətirə ruhi xəstə qardaşına məxsus mənzili qızı ilə birgə sataraq qaçıblar.
Bu barədə "Səni axtarıram"a üz tutan Ətirənin qardaşı məlumat verib:Muxalifet - 12-02-2019
İş adamı məcburi məhkəməyə gətiriləcək - Oğlu şəhid qızını vurub öldürmüşdü
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı şəhəri 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Lyudmila Rəhimova ifadə veribMuxalifet - 12-02-2019
Fransa əsgərləri də Suriyadan çəkilir: PKK\YPG təklənir
Fransanın Moskvadakı səfiri Silviya Bermann Fransız əsgərlərin Suriyadan çıxarılması məsələsinin hazırda müzakirə olunduğunu söyləyib.
ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra YPG/PKK özlərinə yeni bir qoruma qalxanı aramağa başlamışdı. ABŞ-dan sonra Fransadan axtardığı dəstəyi tapan YPG, gəlinən son məqamda yenidən sahibsiz qalmaq üzrədir.
ABŞ İLƏ MÜZAKİRƏ EDİRİK
Sputnikə açıqlama verən səfir Bermann Fransanın Suriyadan çəkilib çəkilməyəcəyi sualına, “Bu məsələ hazırda müzakirə edilir" cavabını verib.Muxalifet3 - 12-02-2019
41 şəhər və rayonun su təchizatı yaxşılaşdırılır - SƏRƏNCAM
Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.Muxalifet - 12-02-2019
Bombalı avtomobil Türkiyə sərhədində partladıldı
Türkiyənin Suriya ilə sərhədində olan Çobanbey Gömrük Məntəqəsinin Suriya tərəfində partlayış baş verib.
Bomba yüklü maşınla təşkil olunduğu qeyd edilən terror partlayışında 7 nəfər yaralanıb. Bölgəyə çox sayda təcili yardım maşınlarının sövq edildiyi bildirilib.
Müxalifət.azMuxalifet3 - 12-02-2019
Günay İbrahimli aparıcı Azər haqda GÖRÜN NƏLƏR YAZDI: “Səninlə nəinki...”
“Azər nə məsələdir? Səninlə nəinki dostluq münasibəti heç üz-üzə gəldiyim də olmayıb. Bu foto da verilişində çəkilib. Statusun ikibaşlıdır, yaxşı mənada yazmısansa, ya aydınlıq gətir, ya da pis mənada yazmısansa, səbəbini izah et. Biz də bilək, şou-biznesi inkişaf etdirək”. Bu sözləri müğənni Günay İbrahimli instaqramda onun şəklini paylaşaraq birmənalı qarşılanmayan status yazan aparıcı Azər Zahid haqqında qeyd edib. Məlumat üçün bildirək ki, Azər Zahid bir neçə gün əvvəl Günay ilə şəklinə “Günay və səmimiyyət! İndi bu məşhurlar o qədər uzaq olublar ki, nə deyim!
Muxalifet - 12-02-2019
Mingəçevirdə yaşayış binasında yanğın olub
Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Nizami küçəsi 6 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yerləşən yaşayış binasının 4 cü mərtəbəsində yerləşən mənzillərdən birində yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə briqadası cəlb olunub.Yanğın söndürülüb.Muxalifet - 12-02-2019
"Cental Baku"da BİABIRÇILIQ: Şirniyyatsız çayı get evində iç!
“Central Baku” restoranına yollanan müştəri burada sadə çay içməkdə çətinlik çəkir.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, sözügedən məkanda müştərilərə məcburi şəkildə desert satılır. Əks halda müştərinin çay içmək arzusu elə arzu olaraq da qalır.
Desertdən imtina edən müştəri məcbur olub məkanı tərk etməlidir.
Məsələ ilə bağlı əlaqə saxladığımız “Central Baku”dan bildirdilər ki, bu, restoranın daxili qaydasıdır:Muxalifet - 12-02-2019
SON DƏQİQƏ: Türkiyəyə qarşı hücum edildi
Türkiyə-Suriya sərhədində, Çobanbəyli keçid məntəqəsində güclü partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İlkin məlumata əsasən bu partlayış türk ordusuna ziyan vurmaq məqsədilə həyata keçirilib.
İtkilərin olub-olmaması ilə bağlı bağlı daha ətraflı məlumat verilməyib. Hadisə araşdırılır
Muxalifet3 - 12-02-2019