Axtarış

The search found 105785 results in 0.019 seconds.

Search results

  1. ​Şamaxıda 5 metr hündürlüyündə vulkan püskürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

    Şamaxı rayonunda vulkan püskürüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.
    İcra nümayəndəsi bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".

    Muxalifet - 13-02-2019

  2. “Əgər seçilsəm Krımı Rusiyadan geri alacağıq” - Timoşenko

    Ukraynanın Vətən Partiyasının lideri Yuliya Timoşenko prezident seçildiyi təqdirdə Krımı Rusiyadan geri alacağını vəd edib.
     
    Ukrayna prezidentliyinə namizəd olan Yuliya Timoşenko seçkilərdə qələbə çaldıqları  təqdirdə Krımı geri alacaqlarını söyləyib: "Biz yalnız Krım və Donbasın işğal olunmuş ərazilərini geri almayacağıq, eyni zamanda Rusiyanı işğalçı dövlət kimi beynəlxalq məhkəməyə verib, bütün dəyən zərərləri ödətdirəcəyik".
    Müxalifət.az

    Muxalifet3 - 13-02-2019

  3. ​Bu gün hava yağmursuz olacaq

    Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 13-02-2019

  4. “Ya Qarabağ, Ya Ölüm”ün müəllifi vəfat etdi

    Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.
    O.Arif qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkirdi. O, müalicə olunduğu "On Doqquz Mayıs” Universitetinin Tibb fakültəsində düynasını dəyişib. 
    Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonun Yüksələn kəndində anadan olub./BakuPost 

    Muxalifet - 13-02-2019

  5. Söyün Sadıqovun qəfil həbsi: Abbas Abbasovla münaqişə onu bitirdi

    “AzerRos”un keçmiş sədri reketlikdə suçlanır; xəbərlərə görə, uzun müddətdir Abbas Abbasovla münaqişə sonda onu həbsə aparıb

    Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Muxalifet - 13-02-2019

  6. ​Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgər ölüb

    Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qulluqçu həlak olub.
    Hospitala yerləşdirilən 2000-ci il təvəllüdlü Frunzik Tamazyanı həkimlər xilas edə bilməyib. İlkin diaqnoza əsasən, əsgər qaraciyər çatışmazlığından ölüb.
    Faktla bağlı araşdırma aparılır.
    Qeyd edək ki, son vaxtlarda Ermənistan ordusunda ölüm halları artıb.

    Muxalifet - 13-02-2019

  7. İrəvandan ABŞ-ı qəzəbləndirəcək mövqe - Putinin “dirijor çubuğu” ilə...

    Yeni hökumətin Qərbə inteqrasiya bəyanatları fiasko olur; Ermənistan müdafiə nazirinin şok bəyanatının səbəbi; işğalçı ölkə Suriyadakı əməliyyatlarda iştirak edəcək?.. Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 27-nə İrana nəzərdə tutulan ilk rəsmi səfərinə hazırlıq gedir. “Hazırlıq” deyəndə ki, əslində bu, daha çox hər iki tərəf üçün sırf siyasi mesaj anlamı daşıyır və dünyaya, dost-rəqiblərə ismarış niyyəti güdür.

    Muxalifet - 13-02-2019

  8. ​İstedadsızlığa milyonlar xərcləyən məmurlar – Qeyri-rəsmi sponsorluq

    Dünya şou-biznes aləminin qaydaları çox sərtdir - istedadı, bacarığı olmayan heç kim burada uğur qazanıb, irəliyə gedə bilməz. Səsi olmayıb dünyada tanınmaq, albom satıb pul qazanmaq bugünkü dünyada nonsensdir.

    Muxalifet - 13-02-2019

  9. ​Azərbaycanlılarla qaradərililər arasında kütləvi dava

    Almaniyanın Frankfurt-Mayn şəhərində azərbaycanlılar ilə kamerunlular (afrikalılar) arasında kütləvi dava olub, iki azərbaycanlı xəsarət alıb.
    Report-un məlumatına görə, kütləvi davaya səbəb şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub.

    Muxalifet - 13-02-2019

  10. ​“Mançester Yunayted” PSJ-yə uduzdu, “Roma” “Portu”ya qalib gəldi

    Fevralın 12-də UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
    Muxalifet.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. 
    "Roma" İtaliyada "Porto" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Eyni vaxtda start götürən digər görüşdə isə PSJ "Mançester Yunayted"in qonağı olub. İkinci hissədə 2 qol vuran fransızlar Parisə sərfəli nəticə ilə dönüblər. Bu, eyni zamanda "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerin Mançester təmsilçisinin sükanı arxasında ilk məğlubiyyəti olub.

    Muxalifet - 13-02-2019

  11. ​Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı: “Sizin acınız bizim də acımızdır”

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, başsağlığında deyilir: 
    "Qardaş Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Muxalifet - 13-02-2019

  12. Sevinc Babayevanın oğlunun cəzası AZALDILDI

    Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 14 il 6 aya endirilib. Qeyd edək ki, hadisə 2016-cı il fevralın 4-də Bakının Binəqədi rayonunda baş verib.

    Muxalifet - 13-02-2019

  13. Mərkəzi Bank əhaliyə MÜRACİƏT ETDİ: Pulunuz cırılıbsa atmayın!

    Azərbaycan vətəndaşları əksər hallarda zədələnmiş əskinas problemi ilə qarşılaşır. Kağız pullar tez bir zamanda əzilir və cırılır və vətəndaşlar bunu özəl banklarda dəyişmək istəyərkən bir çox hallarda problemlə qarşılaşırlar. İnsanlar belə olan halda, nominalı aşağıdırsa, bu əskinasları atmağa üstünlük verirlər. Bəzən də az zədələnmiş əskinasların ödəniş vasitəsi kimi qəbul edilməməsi halları ilə də üzləşənlər var. 
    Məsələ ilə bağlı Muxalifet.az-ın sorğusuna Mərkəzi Bank cavab verib. 

    Cavab:

    Muxalifet - 13-02-2019

  14. ABŞ embarqonun meyvəsini toplayır! Tramp cibini doldurur

    İrana nüvə bəhanəsi ilə embarqo qərarı verən Donald Tramp, gerçəkdə isə bundan istifadə edərək cibini doldurur.
     
    Belə ki, ABŞ-dan Avropaya xam neftin ixracı İrana qarşı sanksiyalar tətbiqindən sonra yanvar ayında rekord səviyyəyə çatıb.
    ABŞ Rusiya və İraqdan sonra Neft İxracatçı Ölkələr Təşkilatında (OPEK) 630 min barrel xam neft satmaqla üçüncü ən böyük ixracatçı olub.
     
    RƏQƏMLƏR EMBARGONU AÇIQLAYIR
     

    Muxalifet3 - 13-02-2019

  15. ​Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qatar qadının üstündən keçdi və...

    Abşeron rayonunda dəhşətli hadisə baş verib.
    Sumqayıt-Bakı reysi üzrə hərəkət edən “Stadler” markalı sürət qatarı Xırdalan şəhəri ərazisində 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızını vurub.
    Ağır xəsarət alan qadın hadisə yerindəcə keçinib.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Publika

    Muxalifet - 13-02-2019

  16. ​Azərbaycanın varlı uşaqları necə yaşayır? - FOTOLAR

    Azərbaycanın varlı uşaqları "Rich Kids of İnstagram" instagram səhifəsində dəbdəbəli həyatlarını əks etdirən fotolar paylaşırlar./Qaynarinfo Muxalifet.az onlardan bəzilərini təqdim edir.

    Muxalifet - 13-02-2019

  17. “Səddamı devirməklə səhv etdik, İrana hücum etməliydik” – Avropalı siyasətçi

    Danimarkanın Xalq Partiyasının sözçüsü Sren Espersen ölkəsinin 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsində iştirakını səhv adlandırıb. İmmiqrant əleyhdarı siyasətləri tanınan ifrat sağçı Xalq Partiyası, 2003-ci ildə Danimarka Parlamentində İraqa əsgər göndərilməsi məsələsində dövrün liberal-mühafizəkar koalisiya hökumətinə dəstək vermişdi.
     

    Muxalifet3 - 13-02-2019

  18. Azərbaycanda ŞOK HADİSƏ: Qonşusunun pulunu ələ keçirib özünə "Mercedes" aldı

    Qubada oğurluq etmiş şəxs tutulub.
    Muxalifet.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayonun Vəlvələ kənd ərazisində yerləşən evlərin birindən 18.000 manat və 790.000 rus rublu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib.

    Muxalifet - 13-02-2019

  19. “Mən Qarabağ adından danışa bilmərəm” - Paşinyandan münaqişənin həllinə dair yeni açıqlamalar

    Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 12-də öz hökumətinin proqramını Milli Məclisə təqdim edərkən həm də Dağlıq Qarabağ məsələsinə toxunub.

    Muxalifet.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, o Qarabağın öz taleyinin müəyyənləşdirilməsində həlledici rol oynamasının İrəvan üçün son dərəcə mühüm olduğunu deyib.

    Muxalifet - 13-02-2019

  20. Azərbaycanda “koksaki” virusu yayılıb? – Rəsmi açıqlama

    Səhiyyə Nazirliyi Azərbaycanda “koksaki” virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib.

    Nazirliyin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycanda “koksaki” virusunun yayılması barədə məlumatlar düzgün deyil.

    Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı “koksaki” virusuna yoluxma halı aşkarlanmayıb.

    Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.

    Muxalifet - 13-02-2019

Pages