Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. "İnsanlar ona görə xəstələnir ki, özlərini qorumurlar" - BAŞ EPİODEMİOLOQ "DONUZ QRİPİ" TƏHLÜKƏSİ HAQDA / VİDEO

    Yoluxucu xəstəliklər, o cümlədən qrip hər zaman cəmiyyətdə geniş müzakirə mövzusu olub. Çünki bu virusla milyonlarla insan xəstələnir və onlar arasında ölənlər də olur. Son dövrlər a/H1N1 virusunun dünyada yayılması, Azərbaycanda da aşkarlanması narahatlıqlara yol açıb.

    Bəs ümumən Azərbaycanda epidemioloji vəziyyət necədir?

    Muxalifet.az bildirir ki, Baş epidemioloq İbadulla Ağayevin medicina.az saytına müsahibəsində bu yöndə olan sualları cavablandırır:

    Muxalifet4 - 13-02-2019

  2. Mossad Putinin dostunun qızını “Ulduz” etmək istəyib

    İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın Rusiya prezidenti Vladimir Putinə yaxın məşhur bir rus iş adamının beynəlxalq musiqi bazarına addım atmaq istəyən qızına yardımçı olduğu qeyd olunub.
     
     İsrailin aparıcı qəzetlərindən “Haaretz”-də dərc olunan xəbərə görə, adı açıqlanmayan və enerji sektorunda nüfuzulu olduğu bildirilən bir rus iş adamı qızının beynəlxalq musiqi bazarında karyera edə bilməsi üçün Mossad-dan kömək istəyib.

    Muxalifet3 - 13-02-2019

  3. ​İsgəndər Həmidov Qarabağ Komitəsindən istefa verdi – SƏBƏB

    Qarabağ Komitəsinin bu gün keçirilən iclasında qurumun təsisçilərindən olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov və Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu istefa veriblər.
    İ.Həmidov təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin yaradılmasını daha məqsədəuyğun sayıb. Onun çıxışı birmənalı qarşılanmayıb. Komitə təmsilçiləri onsuz da belə bir komitənin olduğunu bildiriblər. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını da qeyd edib.

    Muxalifet4 - 13-02-2019

  4. ​Müharibə hər an başlaya bilər – BMT-dən XƏBƏRDARLIQ

    Krımda Rusiya və Ukrayna arasında hərbi toqquşma baş verə bilər.
    Bu haqda BMT-nin Baş katibliyinin üzvü Miroslav Yença bildirib.
    Rusiyanın çağırışı ilə Ukraynanın şərqindəki prosesləri müzakirə edən BMT-nin Təhlükəsizlik Şurasının iclasında Miroslav Yença söyləyib ki, tərəflər neytral zonada bir-birinə yaxınlaşırlar.
    “Ağır silahlardan istifadə və təmas xəttində yerləşdirilməsindən söhbət gedir. Tərəflər neytral zonada bir-birinə yaxınlaşırlar”, - o deyib./Publika

    Muxalifet - 13-02-2019

  5. “Bəzi hallarda internet məhdudlaşdırılır…” – Əli Əhmədov

    “Sosial medianın gətirdiyi fəsadlar da var. Təbii ki, bu, bizi narahat edir. Bəzi hallarda bu, insanların hüquqlarının pozulması ilə müşayiət olunur, onlar təhqirə məruz qalırlar. Orada istənilən insanı təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, burada müdafiə mexanizmi yoxdur”.

    “Report”un xəbərinə görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi – sədr müavini Əli Əhmədov qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşündə deyib.

    Muxalifet - 13-02-2019

  6. Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda İNANILMAZ OLAY

    Goranboy rayonunda arvadını namus üstündə öldürməyə cəhddə təqsirli bilinən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1969-cu il təvəllüdlü Məftun Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 7 noyabr 2016-cı il tarixdə, saat 01.00-da Goranboyun Veyisli kəndində baş verib.

    Xəyanət şübhəsi

    Muxalifet - 13-02-2019

  7. ​Erməni əsilli model Kim Kardaşyan görün, NƏ HALA QALDI – Fotolar

    ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyanın İnstaqramda paylaşdığı fotolar izləyicilərini təəccübləndirib.
    Dərisində yaranmış ləkələrə görə müalicə olunan model bununla izləyicilərinin çoxsaylı suallarına cavab vermək məcburiyyətində qalıb.
    Sədəf xəstəliyindən əziyyət çəkən Kim Kardaşyanın üzündəki ləkələr diqqətdən yayınmayıb. Halbuki 38 yaşlı model paylaşdığı fotolarda fiziki zorakılığa məruz qaldığı təəssüratını yaradıb.
    O, yaranmış sualları cavablandırıb və müalicə olunduğunu bildirib.

    Muxalifet - 13-02-2019

  8. ​Sahib İbrahimov işinin “rəngi dəyişir” - Şikayətçilər geri addım atdı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İlqar Hüseynov ifadə verib. 
    O bildirib ki, S.İbrahimovun şirkətindən 126 min manat dəyərində üç otaqlı mənzil alıb:
    “Lakin sonradan həmin ev başqa iki nəfərə satılmışdı. Problem həll olundu, mənə mağaza verildi. Şikayətçi deyiləm”.

    Muxalifet - 13-02-2019

  9. ​Telman İsmayılov “Praqa”nı satışa çıxardı, amma alan olmadı

    Telman İsmayılovun Moskvada yerləşən “Praqa” restoranının dəyəri 1,78 milyon rubladək (təxminən 50 min AZN) ucuzlaşıb. 
    Bununla bağlı İflas haqqında məlumatların vahid Federal Reyestrinin sənədlərində məlumat verilib. 
    Bildirilib ki, “Praqa-AST” Məhdud Məsuliyyətli Cəmiyyəti (Telman İsmayılovun rəhbərlik etdiyi) iflasa uğradığına görə “BM-Bankı”nda girov olan əmlakını satışa çıxarıb. Söhbət “Praqa” restoranından gedir. 

    Muxalifet - 13-02-2019

  10. ​Sarkisyana həbs yolu göründü - Ohanyan onu satıb?

    "Ermənistanın sabiq müdafiə naziri, Baş Qərargahın keçmiş rəhbəri Seyran Ohanyan Xüsusi İstintaq Xidmətində 2008-ci il 1 mart hadisələrinə görə eks-prezident Serj Sarkisyanla üzləşdirilib, lakin onu satmayıb".
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir  ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti Serk Sarkisyana yaxın mənbəyə istinadən yazıb.

    Muxalifet - 13-02-2019

  11. Ev qiymətinə olan qarajlar – VİDEO

    Qarajlar vətəndaşların avtomobillərini saxlamaq üçün unikal yerlərdən sayılır. Bəzən vətəndaş bu qarajdan digər əşyalarını saxlamaq üçün də istifadə edir.

    ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

    Bəzi əmlak saytına yerləşdirilən elə qarajlar var ki, onların yerinə mənzil almaq mümkündür. Əmlak saytlarının əməkdaşları deyir ki, ay ərazində 50-dən çox belə elan qəbul edirlər.

    Muxalifet - 13-02-2019

  12. ​“Min nəfər insanın çörəksiz qoyulması təxribatdır” – UCARDA İŞSİZ QALAN 200 SAKİN ETİRAZA QALXDI / Video, Fotolar

    "MKT-Ucar" filialının 200 nəfər əməkdaşı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçilər yazır:
    “"MKT-Ucar" filialının 01 mart 2019-cu il tarixdə bağlanılması barədə 200 nəfər işçinin hər birinə gecə saatlarında verilən xəbərdarlıq məktubunu biz qara xəbər kimi qəbul etdik. Sanki bizim elə bil hüzrümüz düşdü.Hazırda "MKT-Ucar" filialının 200 işçisi çıxılmaz bir vəziyyətlə üzləşmişik.

    Muxalifet4 - 13-02-2019

  13. AAAF PARKDA BİABIRÇI OLAY: Qadın atletlərlə məşqçi arasında gərginlik yaranıb

    Dünən AAAF parkda biabırçı hadisə baş verib.
    Günpress.az-a daxil olan məlumata görə, ötən ilin yekunu ilə bağlı təşkil olunan tədbir zamanı AAAF Parkın həyətində insident baş verib.
    Belə ki, qadınlardan ibarət milli komandanın məşqçisi Təranə Abbasova iki qadın atleti komandadan qovub. Bununla razılaşmayan idmançı qadınlar məşqçi Təranə Abbasovanın üzərinə hücum çəkib. Məşqçiyə hücum edənlərdən biri Elnarə adlı atletdir.

    Muxalifet - 13-02-2019

  14. ​Bakıda qəzalı binada yaşayan 30 ailənin həyatı təhlükədədir - VİDEO

    Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi, bina 9/8 ünvanında yaşayan 30 ailənin həyatı təhlükə altındadır, özü də elə yaşadıqları evin içində. Söhbət 1934-cü ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan binadan gedir.
    Bina sakinləri Oxu.Az-a bildiriblər ki, təhlükə mənbəyinə çevrilmiş binada bir neçə ay əvvəl yaşlı qadın yıxılaraq vəfat edib.
    Sakinlərin sözlərinə görə, vəziyyətlə bağlı dəfələrlə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, hələ də nəticə əldə edə bilməyiblər.

    Muxalifet4 - 13-02-2019

  15. ​Dünyanın ən sürətli 7 yaşlı oğlanı rekord vurdu - VİDEO

    "Blaze" ("Alov") ləqəbi ilə məşhur olan amerikalı Rudolf İnqremin 7 yaşı var. O, 100 metr məsafəni 13,48 saniyədə qət edib. 60 metr məsafədə də Rudolf rekord vuraraq 8,69 saniyəlik nəticəyət nail olub. Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, balaca Rudolfu mütəxəssislər dünyanın ən sürətli 7 yaşlı oğlanı hesab edirlər. ABŞ-ın Florida ştatında yaşayan Rudolf Həvəskar Atletika İttifaqının (Amateur Athletic Union, AAU) üçqat çempionu, Amerika Futbol Liqasının (NFL) gənc ulduzudur. Onun 4 yaşlı qardaşı da futbol və yüngül atletika ilə məşğul olmağa başlayıb.

    Muxalifet - 13-02-2019

  16. Ruhanidən ABŞ-a “Müzakirəyə hazırıq” mesajı

    İran prezidenti Həsən Ruhani paytaxt Tehrandakı Nazirlər Kabinetinin toplantısında ABŞ-la müzakirə ilə bağlı diqqət çəkən mesajlar verib. ABŞ-ın ölkə iqtisadiyyatına yönələn sanksiyalarının xalq üzərində təzyiq yaratdığını ifadə edən Ruhani, "Biz dialoq əhliyik. Əgər biri müəyyən bir məsələdə bizimlə danışmaq istəyir və xalqımız ilə qanunlarımıza hörmət bəsləyirsə, onunla müzakirə edərik" deyib.
     

    Muxalifet3 - 13-02-2019

  17. ​“Onu sonsuza qədər sevəcəm” - Ölən futbolçunun sevgilisi - FOTO

    Təyyarə qəzasında həyatını itirən mərhum futbolçu Emiliano Salanın sevgilisi Luisa Unqerer, Fransa mətbuatına açıqlama verib.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, voleybolçu olan Unqerer, mərhum sevgilisi haqda bunları deyib:
    “Sala ilə 2017-ci ildə sosial şəbəkədə tanış olmuşdum. Onu son dəfə 14 yanvarda, ad günündə görmüşdüm.
    “Kardiff Siti”yə gedəcəyini və ilkin razılıq əldə olunduğunu deyirdi. Onun adına çox sevinmişdim. Çünki İngiltərə Premyer Liqasında oynamaq, ən böyük arzusu idi.

    Muxalifet - 13-02-2019

  18. Yemək zamanı su içək, yoxsa içməyək? - Diyetoloqların yalanı...

    Yeməklə su içib-içməməklə bağlı həmişə təzadlı fikirlər səsləndirilir. Bir çox dietoloqlar və sağlam qidalanma mütəxəssisləri bildirirlər ki, yemək zamanı qətiyyən su içmək olmaz. Çünki bu zaman mədə şirəsi durulur ki, bu da turşuluğunu azaldaraq həzm prosesinə pis təsir edir. 

    Muxalifet - 13-02-2019

  19. ​Həmyerliləri qobustanlı qəssabın axtarışına çıxıb – HİLAL QAYIBOVUN ONLARA “ATARAQ” BAKIDA GİZLƏNDİYİ İDDİA OLUNUR

    Abşeron rayonu, Aşağı Güzdək qəsəbə sakinləri Rzaxanov Əbülfət Ehtiqat oğlu və Əsədov Abı Əsəd oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokuror Zakir Qaralova və Daxili işlər naziri Ramil Usubova müraciət edən şikayətçi yazır:

    Muxalifet4 - 13-02-2019

  20. Siyavuş Novruzov yenə müxalifətin BOSTANINA "daş atdı" - "İslahatları öz adlarına çıxırlar ki, guya..."

    "Azərbaycan əleyhinə işləyən qüvvələr, prezidentin son islahatlarını öz adlarına çıxmağa çalışırlar ki, guya bunlar mitinq keçirib deyə dəyişiklik oldu”.
    Milli Məclisin fevralın 12-dı keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov belə deyib.

    Muxalifet - 13-02-2019

Pages