Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
NATO-dan Rusiya ilə bağlı vacib bəyanat
Rusiya ilə münasibətlərin korlanmasına imkan verilməməlidir. Bu, vacib və təxirəsalınmaz məsələdir.
VG nəşrinin məlumatına görə, bunu Brüsseldə NATO baş katibi Yens Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş öncəsi bəyan edib.
Qeyd edək ki, Stoltenberqin Lavrovla görüşü yaxın günlərdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
Stoltenberq qeyd edib ki, Rusiya ilə konstruktiv dialoq qurmaq asan olmayacaq.Muxalifet - 12-02-2019
"Fənərbaxça"dan "Qalatasaray"a 50 milyon lirəlik DƏSTƏK
"Qalatasaray"ın prezidenti Mustafa Çingiz maraqlı açıqlaması ilə diqqəti çəkib.
Kllub rəhbəri "Fənərbaxça"nın bu qış onlara 50 milyon lirəlik dəstəyinin olduğunu bildirib:
"Ən çox Sərdar Əzizin transferində çətinlik çəkdik. Yusif qardaşım bu işdə çox yoruldu. Dəyərli rəqimiz bu transferdə vergilər daxil bizə 5,9 milyon avroluq dəstəyi təmin etdi. Böyük xərcdən qurtulduq. Bizim üçün ən çətini Sərdarın transfri idi. "Fənərbaxça" Tolqa Çiyərci ilə birlikdə bizi 50 milyon lirədən qurtardı".Muxalifet - 12-02-2019
Ölkədə qızılın qiyməti ucuzlaşıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, fevralın 12-də qızılın qiyməti fevralın 11-i ilə müqayisədə 4,4115 manat azalaraq 1 unsiya üçün 2224,382 manat təşkil edib.
Gümüş 0,0396 manat ucuzlaşaraq 1 unsiya üçün 26,7562 manata bərabər olub.
Platinin qiyməti 8,908 manat azalaraq 1340,348 manat, palladiumun qiyməti isə 15,215 manat artaraq 2371,5 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Muxalifet3 - 12-02-2019
Su və maya ilə sızanaqlardan birdəfəlik azad olun
Şirniyyatlar üçün istifadə etdiyimiz mayanın maska kimi də əhəmiyyətli olduğunu bilirsinizmi?
Muxalifet.az axşam.az-a istinadən bu barədə məlumat verir:
Maya təkcə dəri üçün deyil, saç üçün də faydalıdır. Belə ki, maya ilə ilıq suyu qarışdırıb saç diblərinə vursanız, saç yağlanmasının qarşısı alınar.
Amma maya daha çox üz dərisi üçün əhəmiyyətlidir. Belə ki, maya üzdəki sızanaqları məhv edir, quru üzləri nəmləndirir, qırışların qarşısını alır, ölü dərini canlandırır.Muxalifet3 - 12-02-2019
Dünyanın qorxusu röyası - nüvə müharibəsi...
Elçin Mirzəbəyli: “Belə bir ehtimal nəzərə çarpmır”; Əziz Əlibəyli: “Nüvə müharibəsi üçün ciddi səbəb yoxdur”
Nüvə silahına sahib ölkələrdən bəzilərinin bir-biriləri ilə münasibətlərinin soyuq olması hər zaman dünyanın qorxulu röyasıdır. Bu səbəbdən nüvə müharibəsinin ola biləcəyi ehtimalları daim dilə gətirilir.
Muxalifet - 12-02-2019
ABŞ İranı HƏDƏLƏDİ: "Qeyd edəcək artıq yubileyləriniz qalmayıb"
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İslam İnqilabının 40 illiyini qeyd edən İranı hədələyib.
Muxalifet.az xəbər verir ki, Bolton “Qeyd edəcək çox yubileyinizin qaldığını düşünmürəm” deyib.
ABŞ prezidenti Donald Tramp isə “İrandakı rejim sadəcə 40 illik bir uğursuzluq istehsal edib. İran xalqı daha parlaq bir gələcəyə layiqdir” deyib.Muxalifet3 - 12-02-2019
DƏHŞƏT: Nəhəng anakondanın qarnından qadın çıxdı - VİDEO
Hindistanın Assam ştatının Arunaçal-Pradeş qəsəbəsində dəhşətli hadisə baş verib.
Muxalifet.az orman.az-a istinadən xəbər verir ki, dəfələrlə qəsəbəyə girən anakonda bir müddət əvvəl yaxalanıb. Qəsəbə yaxınlığındakı su kanalından çıxarılan anakondanın qarnında böyük həcmli qida olduğu məlum olub.
Onun qarnındakı qidanın insan olduğundan şübhələn sakinlər ilanı yarıblar. Şübhələrində yanılmayan pradeşlilər ilanın qarnından 38 yaşlı qəsəbə sakini Sarişa Purun meyidini çıxarıblar.Muxalifet - 12-02-2019
Türk nazirdən helikopter qəzası ilə bağlı - Açıqlama
Geniş tərkibli heyət sabahdan etibarən öz işinə başlayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dünən İstanbulda baş verən helikopter qəzası ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, araşdırmalar detallı şəkildə aparılır:
“İnşallah bunlar son olacaq”.
Qeyd edək ki, dünən İstanbulda baş verən helikopter qəzası zamanı 4 hərbçi şəhid olub.
Muxalifet3 - 12-02-2019
Rusiya sərnişin reyslərini də təhlukə altına alır - Norveç kəşfiyyatı
Muxalifet.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Norveç kəşfiyyatı bəyan edib ki, Rusiya sərhədyanı ərazilərdə GPS naviqasiya sisteminin siqnallarını «boğur».
İdarənin başçısı Morten Haq Lunde qeyd edib ki, Rusiyanın hərəkətləri təkcə Norveçin və müttəfiqlərinin təlimlərinə mane olmur, həm də mülki reyslərə, polis və tibb xilməti reyslərinə təhlükə törədir.Muxalifet - 12-02-2019
Yanukoviç Rusiyada Putinin şəxsi göstərişi ilə mühafizə olunur
Kreml 2014-cü ilin yazında ölkədən qaçaraq Rusiyada yaşayan sabiq Ukrayna prezidenti Viktor Yanukoviçə dövlət mühafizəsi ilə təmin edib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ukraynalı siyasətçi Vladimir Putinin şəxsi göstərişi ilə mühafizə olunur.
Muxalifet - 12-02-2019
ABŞ və Avropa Rusiyaya qarşı həmləyə hazırlaşır
ABŞ və Avropa Birliyi (AB) Kerç boğazında baş verən insidentlə bağlı Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, qarşıdakı həftədə AB ölkələrinin xarici işlər nazirləri səviyyəsində bununla bağlı görüş keçiriləcək və mümkündür ki, yaxın 2 ayda sanksiya qərarı qəbul ediləcək.
Belə ki, sanksiyalar bilavasitə Kerç olayında iştirakı olan hüquqi və fiziki şəxslərə tətbiq ediləcək.
Qeyd edək ki, bir neçə ay əvvəl Kerç boğazında Ukrayna-Rusiya gəmiləri arasında insident yaşanmışdı.Muxalifet3 - 12-02-2019
Zəhərli mikrobların daşıyıcısı - Alimlərin YENİ ARAŞDIRMASI
Dəniz və okean sularının tərkibindəki mikroplastik zərrəciklər insanlar, balıqlar və ətraf mühit üçün zəhərli olan mikrobların dayışıcısıdır.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, son tədqiqatların kədərli nəticələri bunu göstərir.Muxalifet - 12-02-2019
Rusiyadan qabaqlayıcı tədbir: İnterneti kəsəcəklər
RBK agentliyinin rəsmi orqanlara istinadən verdiyi xəbərə görə,, internet üzərindən Rusiyaya mümkün qlobal təhdidlərə qarşı bir sıra tədbirlər alınacaq.
Bu tədbirlərin müəyyənləşdirilməsi üçün bəzi cəhdlər ediləcəyini və bu sınaqlardan birinin Rusiyanın qlobal internetdən ayrılması olacağına diqqət çəkilir.
Məhkəmə prosesində beynəlxalq internet dövriyyəsinə girmədən ölkədə Rusiya vətəndaşı və qurumları arasında paylaşılan məlumatları saxlamağı hədəfləyir.Muxalifet3 - 13-02-2019
ABŞ prezidentindən çağırış: İstefa et!
ABŞ prezidenti Tramp Ağ Evin kabinet yığıncağında jurnalistlərin suallarını cavab landırıb.
Son zamanlar "anti-semitizm" ilə bağlı ABŞ ictimaiyyətində müzakirələrlə gündəmə gələn Konqresin Müsəlman üzvü İlhan Omarla bağlı bir suala cavab verən Tramp, onu istefaya çağırıb.
Tramp, "Məncə özü ya Konqresdən, ya da çalışdığı Xarici Əlaqələr Komitesindəki vəzifəsindən istefa etməlidir. Anti-semitizmə ABŞ Konqresində yeri yoxdur. Konqres üzvü Omarın üzrü də kifayət deyildi" deyib.Muxalifet3 - 13-02-2019
“Sonu Sovet İttifaqı kimi olacaq” – Corc Soros
ABŞ-lı maliyyəçi Corc Soros biznes aləminin web saytı “MarketWatch” üçün qələmə aldığı məqalədə, "Avropa Birliyi (AB) tərəfdarı əksəriyyətə şüursuzluqdan dərhal oyanma" çağırışı edib.
Soros AB tərəfdarı əksəriyyət çox gec olmadan oyanıb, özünə gəlməzsə, AB-nin tarix səhnəsindən silinəcəyini deyib.
AB-nin sonunun 1991-ci ildə çökən Sovet İttifaqı kimi olacağını deyən Soros, belə yazıb:
'NƏTİCƏNİN NECƏ OLACAĞINI BİLMƏK MÜMKÜNSÜZDÜR'
Muxalifet3 - 13-02-2019
Maduro çirkli planını açıqladı: Venesuelanı almaq üçün müharibə ...
Venesuela prezidenti Nicolas Maduro ölkəsindəki böhranla bağlı ABŞ-ı məsul tutduğunu söyləyib. Maduro Tramp administrasiyasını "ifrat radikal fikirlərə sahib bir şəbəkə" adlandırıb.
"İnanıram ki, Ağ Evdəki bu qrup güclü dünya ictimaiyyətinin rəyi ilə məğlub olacaq", - deyən Maduro, önların ölkəsinə humanitar yardım göndərməsinə icazə verməyəcəyini söyləyib.
Maduro humanitar yardımı ABŞ-ın ölkəsini işğal etməsi üçün bir alət olduğunu deyib.Muxalifet3 - 13-02-2019
8 ölkədən Rusiyaya çağırış
Avropa Birliyinə üzv olan 8 dövlət Rusiyanı şərq Ukraynadakı separatçılara maliyyə və hərbi dəstəyi kəsməyə çağırıb.
İngiltərə, Fransa, Hollandiya, Polşa, İsveç, İtaliya, Belçika və Almaniya BMT Təhlükəsizlik Şurasının toplantısında Ukraynadakı hadisələri müzakirə etmək üçün ortaq bir açıqlama ilə çıxış edib.
Ukraynanın şərqində beş illik münaqişələrin vətəndaşlara mənfi təsirinin artdığını və əlavə olaraq humanitar yardım və müdafiəyə ehtiyacı olan 3,5 milyon insanın vəziyyəti ilə bağlı narahatlıqların olduğu bildirilib.Muxalifet3 - 13-02-2019
Erməni general Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: Paşinyanın torpaqlarımızda ölüm-qalım savaşı
2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezident seçkiləri” keçiriləcək. Separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın “namizədliyini” verməyəcək. Namizədlərdən biri hələ ki, qondarma DQR-in keçmiş “müdafiə naziri”, I Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən soyqırımıların fəal iştirakçısı olmuş general-leytenant Samvel Babayan, digəri isə hazırkı “prezidentin məsləhətçisi” Araik Artünyandır. Lakin bu namizədlər uzun proseslərdən keçərək seçkilərdə iştirak etməlidir.
Muxalifet - 13-02-2019
İraqdan ABŞ-a mesaj: Qəbul etmirik!
İraqın baş naziri Adil Abdulmehdi İraq ərazisində xarici hərbi bazaları qəbul etmədiklərini bildirib.
İraqın baş nazirinin mətbuat xidmətindən edilən yazılı açıqlamaya görə, Abdulmehdi Bağdadda ABŞ-ın müdafiə vəkili Patrik Şanahan ilə görüşüb.
İraq və ABŞ-ın əlaqələri ilə terrorla mübarizə mövzusunun müzakirə olunduğu görüşdə, Abdulmehdi ABŞ-lı səlahiyyətliyə ölkəsində heç bir xarici ölkənin hərbi bazasının olmasını istəmədiklərini söyləyib.Muxalifet3 - 13-02-2019
SON DƏQİQƏ: Bakıda güclü PARTLAYIŞ: Ev uçdu
Paytaxtda yaşayış evində qaz sızmasından sonra partlayış olub.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olması barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.Muxalifet - 13-02-2019