Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Qətər əmiri Səudiyyənin təklifini rədd etdi

    Qətər əmiri Şeyx Təmim Səudiyyə Ərəbistanında təşkil ediləcək Körfəz ölkələri Əməkdaşlıq Şurasının 39-cu iclasında iştirakdan imtina edib.
    Muxalifet.az xəbər verir ki, Səudiyyəyə səfər edəcək qətərli rəsmilər arasında əmir olmayacaq.
    Ölkəni xarici əlaqələr üzrə dövlət katibi Sultan bin Saadın təmsil edəcəyi bildirilib.
    Qeyd edək ki, Səudiyyə kralı Salman bin Əbdüləziz sammitdə iştirakdan dolayı Şeyx Təmimə məktub ünvanlamışdı.
     

    Muxalifet3 - 12-02-2019

  2. ​Azərbaycan hərbçiləri Türkiyədə təlimdə - VİDEO

    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyəsi elementlərini məşq edirlər.

    Muxalifet - 12-02-2019

  3. Lavrov Fələstin problemində əsas maneəni açıqladı

    ABŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı beynəlxalq prinsipləri pozmağa çalışır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu münaqişənin həll yoluna qoyulmasında başlıca problem məhz ABŞ-dır:
    “Vəziyyət olduqca böyük narahatlıq yaradır. ABŞ beynəlxalq ictimaiyyətin digər tərəflərini gözardı edərək təktərəfli olaraq mövqeyini irəli sürür”.
     

    Muxalifet3 - 12-02-2019

  4. Şuşanın icra başçısıdan SƏRT SÖZLƏR: "Öz ana-bacısının qədrini bilən adam Avropada..."

    "Xaricdən Azərbaycana qarşı söyüş və təhqir kampaniyası aparanların cəzalandırılması üçün artıq vaxt çatıb. Onları cəzalandırmaq lazımdır. Daha Amerikaya, Avropaya qulaq asmaq lazım deyil. Biz bu gün Fransada nümayişçilərin başına hansı oyunların açıldığını yaxşı görürük. Bizə demokratiya dərsi keçmək istəyənlər ilk növbədə Fransada baş verənlərə baxsınlar". 
    Bu fikirləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş sədri Bayram Səfərov bildirib.   

    Muxalifet - 12-02-2019

  5. "Ölkənin adı dəyişdirilir" - Prezident AÇIQLADI

    Ölkəmizin adı yaxın zamanda “Maharlika” olaraq dəyişdirilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Filippin Prezidenti Rodrige Duterte deyib.
    O bildirib ki, vaxtilə ölkəsinə ispan koloniyası olaraq II Filippin adının verdildiyini vurğulayıb.
    Prezident administrasiyasının sözçüsü Salvador Panelo isə bildirib ki, bununla bağlı konstitusiyanın dəyişliklik ediləcəyi gözlənilir:
    “Dəyişlikdən sonra referendum keçiriləcək”.
     

    Muxalifet3 - 12-02-2019

  6. Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasına niyə qatılmadı? - AÇIQLAMA

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin dünənki iclasına qatılmamasının səbəbini açıqlayıb.
    Təcrübəli mütəxəssis açıqlamasında ona vaxtında məlumat verilmədiyi üçün yığıncaqda iştirak etmədiyini bildirib:
    "İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim".

    Muxalifet - 12-02-2019

  7. Azərbaycanlı sabiq mer istefa verdi

    Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonunun sabiq meri Temur Abazov vəzifəsindən öz ərizəsi ilə istefa verib.
    Muxalifet.az xəbər verir ki, T.Abazovun ərizəsini bu gün vəkilləri Marneuli rayon bələdiyyəsinə təqdim ediblər.
    Sabiq mer vəzifəsindən istefa verməsini belə izah edib: “Məhkəmə prosesi hələ davam edəcək və Marneuli rayonunun icra başçısız qalmasını istəmirəm. Yaşanan hadisələr şər-böhtan olub və bu səbəbdən belə bir yerdə fəaliyyətimi dayandırmaq istəyirəm”.

    Muxalifet3 - 12-02-2019

  8. Şəmistan Əlizamanlının ifa etdiyi mahnı AKP-nin seçki musiqisi oldu - Ərdoğanın seçimi - VİDEO

    Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi "Bismillah" mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə AKP-nin seçki mahnısı olaraq qəbul edilib

    Qaziler.az bildirir ki, Şəmistan Əlizamanlının "Diriliş Ertuğrul" serialında məharətlə ifa etdiyi "Zəfər bismillah" mahnısı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki musiqisi seçilib.

    Musiqini Türkiyə prezidenti və partiyanın lideri Rəcəb Tayyib Ərdoğan şəxsən özü seçib.

    Muxalifet - 12-02-2019

  9. Ukrayna MDB ölkələri ilə müqavilələri ləğv edir

    Ukrayna MDB çərçivəsində 200-dən çox müqaviləni ləğv edəcək.
    RİA “Novosti ”nin məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yekaterina Zelenko deyib.
    O bildirib ki, bu məqsədlə hazırda Kiyev MDB çərçivəsində 236 müqaviləni nəzərdən keçirir.
    Zelenko qeyd edib ki, Ukrayna vətəndaşlarının və biznes dairələrinin maraqlarına toxunmayan müqavilələri ləğv etmək istəyir.
     

    Muxalifet3 - 12-02-2019

  10. Məşhur aktrisa 13 il əvvəl Manananın klipində - VİDEO

    Tanınmış aktrisa Sevinc Əliyevanın 13 il əvvəlki kadrları üzə çıxıb.
    33 yaşlı aktrisa 13 il əvvəl gürcü əsilli müğənni Manananın “Səndən ayrı” klipində rol alıb. Sevinc Əliyevanın “Cavanlığım, düz 13 il əvvəl” şərhi ilə instaqramda paylaşdığı kadrlar diqqət çəkib. Kino ulduzunun xüsusilə inanılmaz dəyişimi maraq doğurub.
    O da məlum olub ki, klipin rejissorluğunu aktrisanın eks-əri Fuad Əlişov həyata keçirib.

    Muxalifet - 12-02-2019

  11. ​FHN-in əməkdaşı “İlin döyüşü” nominasiyasının qalibi oldu - VİDEO

    FHN-in əməkdaşı, “Qələbə” idman klubunun təmsilçisi, Əməkdar idman ustası, peşəkar kikboksinq üzrə altıqat dünya çempionu, “Kobra” ləqəbli Pərviz Abdullayev “İlin döyüşü” nominasiyasının qalibi olunub.
    O 2018-ci il aprelin 20-də Moskvada keçirilmiş mötəbər “ACB KB15” turnirində 77 kiloqram çəki dərəcəsində dünya kəməri uğrunda mübarizədə rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovu məğlub edərək qələbə qazanmışdı. İdmançımız əldə etdiyi uğura görə “İlin döyüşçüsü” nominasiyasına layiq görülüb./yenicag

    Muxalifet - 12-02-2019

  12. Rusiya şəhərlərini dronlar zəbt edəcək

    Rusiyada poçt xidməti bağlamaları ünvanlara dronlar vasitəsi ilə çatdıracaq.
    Muxalifet.az-ın məlumatına görə, yaxın beş ildə ölkəni poçt dronlarının “əsl hücumu” gözləyir.
    Hazırda dronların bağlamaları ünvana çatdırmasının mümkün variantları sınaqdan keçirilir.
    Hələlik dronlar çəkisi 10 kiloqramadək olan bağlamaları daşıya bilir. Gələcəkdə texnologiyanın təkmilləşdiriləcəyi gözlənilir.
     

    Muxalifet3 - 12-02-2019

  13. ​Saakaşvili: “Ukrayna dövləti çökə bilər”

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırki Ukrayna lideri Pyotr Poroşenkonun seçkilərdə qələbəsi halında, onun bir dövlət kimi süquta uğrayacağını ehtimal edir.
    Muxalifet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə Almaniya KİV-nə açıqlamasında deyib.
    “Poroşenko başqasına dəyişdirilməsə, Ukrayna dövlətini süqut gözləyir. Ölkə çox yerə parçalana bilər”.
    Saakaşvilinin fikrincə, bütün namizədlərin öz problemləri var və seçkilər Ukrayna dövlətinin olum ya qalım məsələsinə çevriləcək.

    Muxalifet - 12-02-2019

  14. Millət vəkilindən çağırış: Pis bələdiyyələrdən də yazın

    Bələdiyyələrin büdcə gəlirlərinə müsbət təsir göstərən mexanizm və qaydaların yaradılması vacibdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni dəstəkləyən millət vəkili bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib:

    Muxalifet3 - 12-02-2019

  15. ​Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu olub

    Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
    Federasiyanın binasında keçirilən yarışda qalib adını Günay Məmmədzadə qazanıb. O, IX turda qara fiqurlarla İsmayıl Mələkə qalib gəlib. Bununla da xallarını 8,5-ə çatdıran Məmmədzadə yenidən ölkə çempionu olub.
    O, daha əvvəl - 2017-ci ildə bu adı qazanıb.
    Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) daha əvvəl fevral ayı üçün reytinq siyahısında Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb.

    Muxalifet - 12-02-2019

  16. Daha bir ölkə Suriyadan çıxır

    Fransa hərbçilərinin Suriyadan çıxarılması ilə bağlı müzakirələr aparılır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Fransanın Rusiyadakı səfiri Silviye Berman deyib.
    O, ABŞ hərbçilərinin Suriyadan çıxarılması ilə bağlı qərarın onları xeyli təəccübləndirdiyini bildirib:
    “Həmin tarixdən bəri ABŞ rəsmiləri ilə daimi əlaqədəyik. Fransanın koalisiya çərçivəsində bir sıra öhdəlikləri mövcuddur. Bunun pilləli şəkildə, planlı olması daha məqsədəuyğundur”.
     

    Muxalifet3 - 12-02-2019

  17. Türkiyənin mərkəzində zəlzələ: Ankarada da hiss edildi

    Türkiyənin Çankırı şəhərinin Orta rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
    Yeraltı təkanların yerli vaxtla saat 20:14-də meydana gəldiyi deyilib.
    Zəlzələnin paytaxt Ankarada da hiss edildiyi bildirilib.
     

    Muxalifet3 - 12-02-2019

  18. ​BDU-nun 18 yaşlı tələbəsi QƏTLƏ YETİRİLDİ

    Şirvan rayonunda qətl hadisəsi törədilib.
    "Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
    Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.
    Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-02-2019

  19. ​Ermənistanda siyasi gərginlik davam edir

    Ermənistanda siyasi gərginlik davam edir. Ölkə mətbuatının yaydığı xəbərlərə görə, xüsusi istintaq komitəsinin apardığı araşdırma çərçivəsində, Respublikanın keçmiş prezidenti Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan üzləşdirilib. Həmçinin Ermənistanın yüksək rütbəli polis əməkdaşlarının külli miqdarda pul mənimsəməsi ilə bağlı cinayət işi də artıq məhəkəməyə göndərilib.
    Ermənistanın eks-prezidenti Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan Xüsusi İstintaq Komitəsində üzləşdirilib.

    Muxalifet - 12-02-2019

  20. İnkassatorun sürücüsü 3,4 milyon avro ilə birlikdə yoxa çıxıb

    Fransanın paytaxtı Parisdə inkassatorun sürücüsü içərisində 3,4 milyon avro olan avtomobillə yoxa çıxıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə yerli BFMTV telekanalı məlumat yayıb.
    Xəbərə əsasən, “Loomis” şirkətinə məxsus inkassator avtomobili Obervile kommunasına gəlib. Əməkdaşlardan ikisi maşındakı pulların bir qismini götürərək “Western Union”un yerli şöbəsinə daxil olublar. Geri qayıtdıqda isə sürücünün avtomobillə birlikdə yoxa çıxdığını görüblər.
    Bir neçə saatdan sonra xüsusi nəqliyyat vasitəsi aşkar edisə də, içərisində pullar olmayıb.

    Muxalifet3 - 12-02-2019

Pages