Axtarış

The search found 105785 results in 0.11 seconds.

Search results

  1. ​“Prezidentin atdığı addımları əhaliyə çatdıra bilmirik” - Siyavuş Novruzov

    "Əfsuslar olsun ki, Prezident İlham Əliyevin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik, onların diqqətini bu məsələyə yönəldə bilmirik. Tutaq ki, şəhid ailələri ilə bağlı məsələ. Prezident tapşırmışdı ki, bu məsələ araşdırılsın, məsələ araşdırılmadan həlli mümkün deyildi. Həmin insanlarla bağlı problem araşdırıldı və həllini tapdı. Bir qrup ölkəmizin əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışırlar, bu məsələni öz adlarına çıxmağa cəhd edirlər. Guya onlar mitinq keçirdi, Prezident də bu addımı atdı.

    Muxalifet - 12-02-2019

  2. Ərdoğanın müavinindən terrorla mübarizə mesajı!

     Terrorla mübarizə məsələsində mühüm açıqlamalar verən prezidentin müavini Fuad Oqtay, “Cənub sərhədlərimizdə təhlükə yaratmağa çalışan terrorçular də onları gözləyən acı aqibətdən qaça bilməyəcəklər” deyib.
     

    Muxalifet3 - 12-02-2019

  3. ​Azərbaycanlı döyüşçü UFC-də çıxış edəcək - VİDEO

    Milliyyətcə azərbaycanlı olan Rafael Fiziyev dünyanın ən məşhur MMA yarışı olan UFC-də çıxış edəcək.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Qırğızıstan vətəndaşlığı olan Fiziyev bu ay UFC ilə müqavilə bağlayıb. 
    İdmançının özü bu xəbəri üç gün əvvəl Tailandda olarkən öyrənib. Meneceri Sayad Əbdürəhmanovun ona bu xəbəri çatdırmasından sonra idmançı təsirlənib, xəbərə inana bilmədiyini deyib.

    Muxalifet - 12-02-2019

  4. Qərb heyəti gəlmədən təxribata başladılar

    Yerli seçkilərə sayılı günlər qalnış Türk Silahlı Qüvvələrinin (TSQ) Münbiç və Fəratın şərqindəki terrorçuları təmizləmək üçün keçirəcəyi hərəkat ərəfəsində akademik və aktivist etiketii ilə ortalığa çıxan ABŞ, İngiltərə, Argentina və İslandiyalı təhrikçilər daha Türkiyəyə gəlmədən terror təşkilatı PKK və terrorçubaşı, uşaq qatili Abdulla Öcalanın təbliğatını apararaq fotoşəkilləri ilə poza veriblər.
     

    Muxalifet3 - 12-02-2019

  5. Sabaha olan hava proqnozu

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 12-02-2019

  6. ​“Savalan” qrupunun bədii rəhbəri xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

    “Savalan” qrupunun hal-hazırkı bədii rəhbəri İffət Əsgərov xəstəxanaya yerləşdirilib.
    Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, İffət Əsgərovun ürəyində ciddi problem yaranıb. İffət Əsgərov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. İ.Əsgərov ürəyində yarandığı problemlə bağlı cərrahiyyə əməliyyatı edilməlidir. Qeyd edək ki, qrupun bədii rəhbəri Novruz Novruzlu dünyasını dəyişdikdən sonra “Savalan” qrupuna İffət Əsgərov rəhbərlik edir.

    Muxalifet - 12-02-2019

  7. Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi müəyyənləşib

    Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllənən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlunun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.
    "Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır.

    Muxalifet - 12-02-2019

  8. ​“Onların məqsədi gündəmi dəyişməkdir” - Bahar Muradova

    “Ötən ilin sonundan - bu ilin əvvəlindən Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır. Həm beynəlxalq təşkilatların vasitəçilərinin, həm ayrı-ayrı ölkələrin, həm də Ermənistan və Azərbaycan prezidentlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə imkan verir. Ortaya çıxan bu meyillər bir daha düşünməyə vadar edir. Biz həll etmək iqtidarımızı və qüdrətimizi nə qədər artırırıqsa, bunun qarşısını almaq istəyən dairələr o qədər səylərini və cəhdlərini artırırlar”.

    Muxalifet - 12-02-2019

  9. Fətullah Gülən Hillari Klintona xəbərdarlıq məktubu göndərib

    Fətullahçı Terror Təşkilatının Türkiyə Ordusu daxilində qurduğu şəbəkəyə qarşı istintaqa etiraf etmiş şəxs olan keçmiş zabit ifadəsində, təşkilat iclaslarında FETÖ başçısının dualarının qəbul olduğu, gələcəyi gördüyünə dair hekayələrin söyləndiyini bildirib.
     

    Muxalifet3 - 12-02-2019

  10. SABİQ POLİS RƏİSİNƏ QARŞI SENSASİON İTTİHAMLAR – Varidatımı əlimdən alıb, özümü də iflic etdi - VİDEO

    İsmayıl Əsədov isə deyir ki….

    Əslən Naxçıvanın Şərur rayonundan olan Bakı Şəhər sakini Cəsur Bağırov Gununsesi.org vasitəsilə Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova müraciət edib.

    Muxalifet - 12-02-2019

  11. Bastainfo.com saytının rəhbərinin məhkəməsi təxirə salınıb

    Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses davam edib. Şahidlər gəlmədiyindən məhkəmə iclası fevralın 19-dək təxirə salınıb.
     
    Bu günki iclasda Mustafa Hacıbəyli məhkəmə prosesinin video və audio yazısının aparılması barədə vəsatətlər qaldırb.

    Muxalifet3 - 12-02-2019

  12. ​Rusiya aeroportunda insident

    Titov adına Barnaul hava limanında Barnaul-Moskva reysini həyata keçirən təyyarədə insident baş verib.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Uralskie avialinii" aviaşirkətinə məxsus təyyarənin enişindən sonra 10 sərnişin pilləkəndən yıxılıb. Nəticədə, 6 nəfər yüngül xəsarət alıb, 4 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı cinayət işi açılıb.

    Muxalifet - 12-02-2019

  13. Baş redaktorun həbsində siyasi çalar varmı? – DTX-nın AÇIQLAMASI BU SUALA CAVAB VERİR.../ VİDEO

    Əslində, bu haqda çoxdan yazmaq fikrim vardı. Sadəcə, cəmiyyətdə daha ciddi problemlər olduğu üçün “reket jurnalistlər”dən yazmağı dəfələrlə təxirə salmışdım. Lakin bu gün DTX-nın “reketçilikdə” ittiham olunaraq həbs edilən realliq.info informasiya saytının baş redaktoru İkram Rəhimov haqda açıqlamsı bu yazının ərsəyə gəlməsinə stimul verdi...

    Muxalifet4 - 12-02-2019

  14. PKK-İŞİD bazarlığı: Bir terror partlayışına 100 İŞİD-çı əsir

    Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən Türkiyə sərhədində saxlanılan bombalı avtomil haqda məlumat verib.
     
    Süleyman Soylu, "Bombalı avtomobili Türkiyəyə gətirən bir İŞİD-çıdır. Bu bombalı avtomobil nəyin qarşılığında olduğunu bilirsinizmi? Türkiyədə bombalı avtomobili partladacaqlar, əvəzində isə guya PYD/PKK-nın əlindəki 100 İŞİD-çı əsiri geri alacaqdılar. Bazarlıq iki terror təşkilatı arasında belə olub" deyib.
     Müxalifət.az

    Muxalifet3 - 12-02-2019

  15. Rusiyadan ABŞ və Ukraynaya xəbərdarlıq: Çox təhlükəlidir

    Ukrayna və ABŞ-ın Qara dənizdə birgə hərbi təlim keçirəcəyinə yönəlik açıqlamaları Rusiyanı hərəkətə keçirib.
     
     Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ukrayna və ABŞ-ın Qara dənizdə birgə təlim həyata keçirmək ideyasının olduqca təhlükəli olduğunu bildirib.
    Karasinin verdiyi açıqlamada, “Bu fikir təhlükəlidir. Vəziyyəti təqib edəcəyik. Bundan əvvəl yenə qeyd etməliyəm ki, bu cəhdi təhlükəli olaraq qiymətləndiririk” deyib.

    Muxalifet3 - 12-02-2019

  16. ​Moskva ƏMR VERDİ: Ermənistan ordusu müharibəyə girir

    Ermənistan ordusu Suriyada hərbi əməliyyatlarda iştirak edə bilər.
    Bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
    Tonoyan qeyd edib ki, Ermənistanın humanitar missiyası Suriya hökumətinin müraciətindən sonra bu ölkəyə göndərilib.
    “Bu missiya tam şəkildə qanuna uyğundur. Əgər hərbi əməliyyatlarda iştirak ehtiyacı yaranarsa, Ermənistan qanunauyğun formada iştirak edəcək”, - deyə o bildirib.

    Muxalifet - 12-02-2019

  17. ​18 yaşınadək şəxslərin NƏZƏRİNƏ! Qadağan edilir...

    Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
    Məlumata görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

    Muxalifet - 12-02-2019

  18. “Pul uğrunda amansız mübarizə gedir” – Qüdrət Həsənquliyev

    “Ölkədə prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində demokratik qüvvələr bundan pərişan olmamalıdır. Onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

    Muxalifet - 12-02-2019

  19. İrana oğurluq neft satılır

    İraq Məclisinin Mosuldan olan deputatı Şirvan Dubrani etdiyi açıqlamada, adını açıqlamadığı bəzi silahlı qrupların “Kayyara” neft quyularından gündə 100 tanker nefti İrana qaçaq yollardan satdığını söyləyib.
     
     Dubrani oğurluq neft satışının qarşısının alınması üçün Mosul Əməliyyat Komandanlığı tərəfindən vəzifələndirilən təhlükəsizlik əməkdaşlarının baş nazir tərəfindən geri çəkildiyini söyləyərək, "Olduqca yüksək nisbətdə kükürd ehtiva edən bu xam neft üçün bir zabitlə 3 fəhlə həyatını itirdi" - deyib.
     

    Muxalifet3 - 12-02-2019

  20. SON DƏQİQƏ: Söyün Sadıqov həbs olundu

    Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
    Bu barədə “Report” məlumat yayıb.
    S.Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.
    Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

    Muxalifet - 12-02-2019

Pages