Axtarış
The search found 105785 results in 0.02 seconds.
Search results
Rusiyada Azərbaycan vətəndaşları həbs edildi
Rusiya güc strukturları 39 yaşlı Nijnevatovsk sakinini öldürməyə cəhddə şübhəli bilinən şəxsləri yaxalayıb.
Znak.com Xantı-Mansi Muxtar Dairəsinin İstintaq Komitəsinə istinadən xəbər verir ki, saxlanılan üç nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.
Onlar Moskva və Dağıstanın Kaspiysk şəhərində ələ keçiblər. Məhkəmə saxlanılan şəxslər barəsində həbs qərarı çıxarıb.Muxalifet - 13-02-2019
Tramp Səudiyyə Ərəbistanını yenə aşağıladı
ABŞ prezidenti Donald Tramp kabinet toplantısında Səudiyyə Ərəbistanına yönəlik alçaldıcı ifadələr işlədib.
Muxalifet3 - 13-02-2019
Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATLARI - FOTOLAR
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayev qətlə yetirilib.
Unikal.org dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumatlar əldə edib.Muxalifet - 13-02-2019
Gürcüstan nömrəli maşın sürənlərə BƏD XƏBƏR: DYP hərəkətə keçdi
"Son vaxtlar Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərinin sayı paytaxt Bakıda çoxalıb. Sürücülər arasında sanki bir dəb halını alıb ki, bu ölkəyə məxsus olan qeydiyyat nişanlı avtomobil ilə hər hansı qayda pozduqda radar və kameralar bunu aşkar etsə də sürücülər bu vəziyyətdən asanlıqla çıxırlar."
Muxalifet.az xəbər verir ki, Bunu avtosfer.az-a yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı deyib.Muxalifet - 13-02-2019
MOSSAD-ın keçmiş sədri Səudiyyə Ərəbistanına gizli səfər edib
İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın keçmiş sədri Pardonun vəzifədə olduğu 2014-cü ildə gizli şəkildə Səudiyyə Ərəbistanı səfər etdiyi ortaya çıxıb.
İsrailin Kanal 13 televiziyasının adı açıqlanmayan Qərbli diplomatlara əsaslandırdığı xəbərə görə, 2011-2016-ci illərdə Mossad-ın sədri Pardo, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada 2014-ci ildə gizli bir səfər həyata keçirib.Muxalifet3 - 13-02-2019
Rusiya NATO-nu bu silahla MƏHV EDƏCƏK: DƏHŞƏTLİ SSENARİ
Rusiya istehsalı olan “Qiyamət günü” torpedoları adlandırılan “Poseydon” piltosuz sualtı aparatlarının ana məqsədi NATO-nu dağıtmaqdır.
Bunu Amerikanın maliyyə və biznes nəşri “Business Insider” yazıb.
Yazıda nüvə silahlarının bir şəhəri məhv etmək potensialına sahib olduğu, ancaq yeni rus torpedalarının bir qitəni tamamilə silə biləcək gücə malik olduğu vurğulanıb. İddia edilib ki, bu potensial NATO-nu məhv etmək üçün istifadə ediləcək.Muxalifet - 13-02-2019
1 milyarddan çox adam eşitmə qabiliyyətini itirə bilər - Qulaqlıqla musiqi dinlədiyinə görə
Planetimizdə 12-35 yaş arasında 1 milyarddan çox insan smartfonlar və pleyerlərdən qulaqlıqla gursəsli musiqi dinləmək nəticəsində eşitmə qabiliyyətini itirə bilər.
Dünya Səhiyyə Təşkilatından (DST) verilən məlumata görə, bunu martın 3-də qeyd olunan Beynəlxalq Eşitmə Qabiliyyətinin Qorunması Günü ərəfəsində DST və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının hazırladığı tövsiyə xarakterli hesabatın müəllifləri bildiriblər.Muxalifet - 13-02-2019
Türk futbolçu Əmrə Belözoğludan şok: FETO-ya 2 milyon verib
Əmrə Belözoğlu haqqında aparılan istintaq ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
Belözoğlu ilə bağlı ifadə verən gizli şahid məşhur futbolçunun “Bank Asiya”-ya Fətullah Gülənin göstərişindən sonra hissə-hissə 2 milyon lirə FETÖ-nun hesabına köçürdüyünü bildirib. Gizli şahid Mərt ifadəsində, Belözoğlunun 2 milyon TL-ni öz əli ilə başqa bir şəxsə verdiyini, bu məlumatı 2017-ci ildə həbs olunan Əhməd Musab K. adlı təşkilat üzvündən eşitdiyini prokurorluğa bildirib.Muxalifet3 - 13-02-2019
Bu şəxslərə vəzifə verənlər məsuliyyət daşıyacaq - Nazir qaydaları təsdiqlədi
Ədliyyə Nazirliyinin Kollegiyası "Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası Qaydaları”nı təsdiqləyib.
Məlumata görə, Qaydalara əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və ya əlavə cəza kimi tətbiq edilir, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir.Muxalifet - 13-02-2019
Soçi Zirvəsində nələr gözlənilir?
Sabah Astana prosesinin təminatçı ölkələri olan Türkiyə, Rusiya və İranın liderləri Suriya mövzusunda dördüncü dəfə Rusiyanın Soçi şəhərində bir araya gələcək.
Üç ölkənin texniki heyətlərinin də iştirak edəcəyi sammitdə, İdlibdəki vəziyyət, ABŞ-ın Suriyadan çəkilmə prosesi və konstitusiya komitəsinin qurulması məsələsi müzakirə olunacaq.
Rusiya prezidenti Vladimir Putin üçlü zirvə çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrı bir görüş də keçirəcək. Rus liderin İran prezidenti Həsən Ruhani ilə də ikitərəfli görüşü olacaq.Muxalifet3 - 13-02-2019
ATƏT cəbhə xəttində monitorinq keçirib
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.
Muxalifet - 13-02-2019
Katolik keşişlərin 80 faizi "mavi"dir - Vatikanla bağlı yeni, sensasiyalı faktlar - FOTO
"Artıq etiraf etmək zamanı çatıb. Vatikandakı katolik ierarxların, ümumiyyətlə, dünyadakı katolik keşişlərin 80 faizi aktiv homoseksuallardır. Onların arasında "kişi fahişə"lərdən istifadə edənlərin sayı da çoxdur".
Fransanın tanınmış sosioloqlarından biri, "mavi" olduğunu etiraf etmiş Frederik Martel "Vatikanın dolabında: hakimiyyət, homoseksualizm, hipokratiya" (In the Closet of the Vatican: Power, Homosexuality, Hypocrisy) belə yazıb. ABŞ-dakı "Bloomsbury" nəşriyyatında çap edilmiş 570 səhifəlik kitab fevralın 21-də satışa çıxarılacaq.
Muxalifet - 13-02-2019
AXCP sədrinin müşaviri Məmməd İbrahim azadlığa buraxıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim məhkəmə zalından azadlığa buraxılıb.
Muxalifet3 - 13-02-2019
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğv olunması ŞƏRTİNİ AÇIQLADI
Krım Ukraynanın tərkibinə qayıtmadığı müddətdə ABŞ Rusiya əleyhinə sanksiyaları saxlayacaq.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Conatan Koen bildirib.
Onun sözlərinə görə, ABŞ Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir və heç vaxt dəstəkləməyəcək. Amerikalı diplomat Minsk razılaşmalarının dördilliyinin müzakirəsi zamanı Moskvanı razılaşmaların tam icrasına çağırıb.
“Məhz Rusiya münaqişəyə son qoymalıdır”, - o deyib.Muxalifet - 13-02-2019
Söyün Sadıqovun həbsinin təfərrüatları üzə çıxdı - YULİYA İLƏ ƏLBİR OLUB, ERMƏNİ BİZNESMENİ HƏDƏLƏYİB Kİ...
Bir vaxtlar Rusiyadakı azərbaycan diasporunun liderlərindən biri olan və özünü prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Söyün Sadıqovun həbsinin təfərrüatları üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Söyün Sadıqov erməni biznesmendən 100 milyon rubl və 1 hektar torpaq sahəsini tələb edib. Lakin biznesmen onu “ilişdirib”.
Muxalifet - 13-02-2019
Səudiyyə Ərəbistanı Avropanın qara siyahısına salındı!
Avropa Birliyi (Aİ) Səudiyyə Ərəbistanı və Panamanı terrorizmə maliyyə dəstəyi verən ölkələr siyahısına əlavə etdiyini açıqlayıb.
Avropa Birliyi (Aİ) Səudiyyə Ərəbistanını və Panamanı çirkli pulun yuyulması və terroru maliyyələşdirməklə Avropa Birliyini təhdid etdiyi və bu səbəblə də terrora dəstək verən ölkələr siyahısına salındığına qərar verib.
Müxalifət.azMuxalifet3 - 13-02-2019
Qubada QƏZA: 4 nəfər yaralandı
Quba rayonunda yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun Birinci Nügədi kəndi ərazisində qeydə alınıb.Muxalifet - 13-02-2019
Avtobus qızı yolda belə SÜRÜDÜ - ŞOK görüntülər
Sosial şəbəkələrdə yayılmış görüntülər izləyənləri şoka salıb. Rusiyada çəkilən videoda avtobusun arxa qapısından düşən qızın paltarı qapıya ilişir. Sürücü isə avtobusu sürür. Bu zaman qız yerdə bir neçə metr sürünür. Avtosfer.az həmin görüntüləri təqdim edir:
Muxalifet - 13-02-2019
Bəşər Əsəddən “İsrail” taktikası
Əsəd rejimi qüvvələri sabah Soçidə keçiriləcək Astana formatlı dördtərəfli sammit ərəfəsində "İdlib Gərginliyi Azaltma Bölgəsinə" hücumlarını artırıb.
Dünən rejim və İran dəstəkli terrorçu qruplar mülki mövqelərə 100-dən çox artilleriya hücumu həyata keçirib.
Meydançadakı mülki şəxslər və hərbi müxalif ünsürlər bu vəziyyəti rejimin meydançada zorakılığı artıraraq masada nailiyyət əldə etməyə çalışması kimi şərh edir.Muxalifet3 - 13-02-2019
Aqil Abbasdan SƏRT SÖZLƏR: “Qadın kimi dəsmal çıxarıb...” - VİDEO
Millət vəkili, tanınmış yazıçı Aqil Abbas musiqiçiləri tənqid edib.
Millət vəkili saz alətini gitara kimi ifa edən sənətçilərə səslənib. Yazıçı sərt ifadələr səsləndirib.
“Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik:/yenicagMuxalifet - 13-02-2019