Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Yəhudi alimdən möhtəşəm İCAD - VİDEO
Biz hər ay istifadə etdiyimiz enerji müqabilində pul ödəyirik. Bəzi insanlar isə daha ucuz enerji mənbələri axtarışına çıxır. Bəs bilirdiniz ki, sadəcə bir kartofun köməyi ilə bir otağı işıqlandırmaq olar? Əgər işığı düzgün hazırlasanız, bu, sizə bir ay kifayət edəcək.
Muxifet.az xarici mətbuata istinadən xəbər verir ki, Yerusəlim universitetinin alimi Xaim Rabinoviç yeni işıq əldə etmək üsulunu icad edib və o, bu icadını bütün dünya ilə bölüşmək qərarına gəlib.Muxalifet - 13-02-2019
ABŞ Suriyada müşahidə çətiri yaradır - Şanaxan
ABŞ Suriyanın şimal-şərqində koalisiya çətiri altında bir müşahidə gücü yaratmaq istəyir. Muxalifet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan bildirib. "Koalisiya öz resurs və qabiliyyətləri ilə bir variantdır. Bu mərhələdə bizim istədiyimiz budur. Hələ də müzakirə aparılır", - Şanaxan deyib.
Muxalifet3 - 13-02-2019
Bakıda DƏHŞƏTLİ HADİSƏNİN SONU: Anasını və qardaşını evlə birgə yandırdı...
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Dövlət ittihamçısı V.Kolosovun 19 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.Muxalifet - 13-02-2019
Ər efirdə arvadını biabır etdi, qadının cavabı hamını şoka saldı - VİDEO
Amil Xəlilin verilişində maraqlı anlar qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, qızını istəyən Laçın adlı şəxs verilişə çıxaraq arvadı əxlaqsızlıqda günahlandırıb:
“Mənim arvadım məndən əvvəl 3 dəfə ərdə olub. Yənə də qəbul elədim. İndi məni atıb gedib əmim oğluna ərə.. Özü də rəsmi”.
Bu açıqlamanın efir üçün uyğun olmadığını deyən aparıcı, şikayətçi Laçından istəyini soruşub. O da “mən qızımı istəyirəm” deyə cavab verib.Muxalifet3 - 13-02-2019
ABŞ geri çəkilsə də, Rusiya ilə... - NATO
Yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsi məsələsində Rusiya ilə əməkdaşlığı davam etdirəcəyik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
ABŞ-ın sözügedən müqavilədən çıxmasına baxmayaraq hərbi xərclərini artırmayacaqlarını deyən Stoltenberq müttəfiq ölkələrin təsirli tədbirlər görəcəyini bildirib.
Muxalifet3 - 13-02-2019
Adnan Oktarın keçmiş "kediciyi" - 9 ilim kabus kimi keçdi
Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilən və peşmanlıq qanunundan istifadə edərək azadlığa çıxan Beril Koncagül yaşadığı 9 illik əsarətdən danışıb.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, keçmiş "kedicik" başına gələnlər barədə "Kanal D" telekanalında məlumat verib.
"O illər robot kimi idim. Bu adamın azadlığa çıxmaması lazımdır. Həm döyür, həm də saçımdan tutub sürütləyirdi. Belə söyüş, belə təhqirləri heç yerdə eşitməmisiniz", - deyən Koncagül şok açıqlamalar verib.Muxalifet - 13-02-2019
Gürcüstan Rusiyadan qaz almaq üçün danışıqlar aparır
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya ölkəsinin Rusiyadan qaz alacağını istisna etmir.
“Georgia online ” saytının məlumatına görə, o, parlament komitəsinin iclasında “Qazprom”la yeni saziş üzrə danışıqların davam etdirildiyini bildirib.
Nazir qeyd edib ki, qaz tədarükünün diversifikasiyası və optimallaşdırılması vacib təşəbbüsdür.Muxalifet3 - 13-02-2019
Gəncədə BİÇAQLANMA - 24 yaşlı oğlan...
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Trend-in məlumatına görə, hadisə fevralın 12-də gecə saat 04 radələrində baş verib.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Zeynalov Zeynal Tahir oğlu qarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər 3 saylı Xəstəxanasına yerləşdirilib.
Z.Zeynalovun vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 13-02-2019
Əhali bir ayda istehlak məhsullarına 2,9 milyard manat xərcləyib
2019-cu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 2,9 milyard manata bərabər olub.
Muxalifet.az trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.Muxalifet3 - 13-02-2019
Goranboyda 8 yaşlı uşağı maşın vurdu
Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qızılhacılı kəndində 8 yaşlı R.Məmmədovu avtomobil vurub.
Yaralı, sürücü tərəfindən xəstəxanaya aparılıb. Tibbi yardım göstərilən uşağın vəziyyəti hazırda normaldır.
Faktla bağlı araşdırma aparılır.
Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Muxalifet - 13-02-2019
ABŞ Türkiyəyə təsir göstərmək mövqeyində deyil - Rus ekspert
ABŞ-ın Türkiyənin qərarına təsir göstərmək üçün kifayət qədər təzyiq vasitəsinə malik deyil.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı hərbi ekspert Oleq Ponomarenko çıxış edib.
Ponomarenko təhdidlərin davam edəcəyini qeyd edib:
"Türkiyə hər mənada əhəmiyyətli dərəcədə böyüdü. Türkiyə NATO-nun çox dəyərli bir üzvüdür və ciddi regional gücdür. Bu səbəbdən Türkiyəyə təzyiq üçün o qədər də çox variant yoxdur. Güman edirəm ki, mövcud vəziyyət belə davam edəcək".Muxalifet3 - 13-02-2019
"Əlilliyin qiymətləndirilməsində vətəndaşla nazirlik arasında təmas yoxdur" — ƏƏSMN
Əlilliyin qiymətləndirilməsində vətəndaşla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında təmas yoxdur. Muxalifet.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bir sıra sosial şəbəkə səhifələrində Cəfərov Vaqif Salman oğlu və Mustafayev Valeh Füzuli oğlunun onlara əlilik təyin olunması üçün rüşvət istənildiyinə dair iddiaları yayımlanıb. Bununla əlaqədar bildiririk ki, əlillik təyin olunması üçün vətəndaşın Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etməsi, onun TSEK-də əyani müayinə olunması praktikası hazırda mövcud deyil.
Muxalifet3 - 13-02-2019
Belçikada nəqliyyat iflic oldu
Bu gün Belçikada 591 sərnişin və yük reysi ləğv edilib.
Buna nəqliyyat işçilərinin ümumi tətili səbəb olub.
Tətilə görə ölkənin hava məkanı bir gün ərzində bağlı olub. Belçikanın “Skeyes” aviadispetçer xidmətinin məlumatına görə, tətil 60 min sərnişinin planlarını pozub. Belçikanın həmkarlar ittifaqı təşkilatları əməkhaqqların və pensiyaların artırılmasını, habelə iş vaxtı ilə ailəyə həsr olunan vaxtın daha yaxşı uyğunlaşdırılması üçün şəraitin yaradılmasını tələb edirlər.Muxalifet - 13-02-2019
Bağırsaqları ən yaxşı təmizləyən 4 təbii vasitə
Bağırsaqların normal fəaliyyəti insan sağlamlığında çox böyük rol oynayır.
Bağırsaqlar pis işləyəndə ziyanlı maddələr vaxtında xaric olunmur və yenidən orqanizmə sovrularaq intoksikasiyaya (zəhərlənmə) səbəb olur. Belə xroniki intoksikasiya bütün orqanizmə ciddi ziyan vurur, orqanizmdə qocalma proseslərini sürətləndirir.
Bağırsaqları təbii şəkildə təmizləmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.
Muxalifet.az saglamolun.az-a istinadən bu təbii vasitələri təqdim edir.
- Alma sirkəsiMuxalifet - 13-02-2019
Afaq Aslan bu FOTOLARI ilə yenidən gündəmə gəlib
Müğənni Afaq Aslan qeyri-adi fotosessiya etdirib. Fotosessiyada sənətçi müxtəlif pozlar verməsi ilə diqqət çəkib. Həmin fotoları təqdim edirik:/metbuat
Muxalifet - 13-02-2019
Belçikaya keçmişi ilə bağlı çağırış: Üzr istə!
BMT-nin bir qrup eksperti Belçikaya öz müstəmləkəçi keçmişinə görə üzr istəməsini tövsiyə edib.
Muxalifet.az xəbər verir ki, Belçika ermənilərin mif yaradıcılığına lobbiçilik edənlərin yedəyində gedən və qondarma “erməni soyqırımı”nın tanınması barədə heç bir əhəmiyyət kəsb etməyən parlament qətnamələri qəbul edən ölkələr sırasındadır. Özü də Brüssel dəfələrlə Ankaranı “öz keçmişinə cəsarətlə baxmağa və cinayətlərini etiraf etməyə” çağırıb.Muxalifet3 - 13-02-2019
NATO-dan Türkiyəyə gözlənilməz təklif
NATO Türkiyəyə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinə alternativ təklif edib.
TASS-ın məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, İtaliya və Fransa Ankaraya SAMP/T hava hücumundan müdafiə sistemlərini satmağa hazırdır.
Stoltenberq qeyd edib ki, hazırda Türkiyə ilə ABŞ arasında raket əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Ankaranın SAMP/T sistemlərinin alınmasına dair NATO ilə danışıqlara razılıq verdiyi 2018-ci ilin aprelində məlum olub.Muxalifet - 13-02-2019
“Daşnaksütyun”-Paşinyan qarşıdurması güclənir - KEÇMİŞ NAZİRDƏN YENİ HÖKUMƏTƏ SƏRT TƏNQİD
Ermənistanda “Daşnaksütyun” partiyası ilə baş nazir Nikol Paşinyan arasında qarşıdurma güclənir. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib.
Muxalifet - 13-02-2019
"PKK Suriya, İraq sərhədində silah ticarəti aparır"
PKK İraq və Suriya sərhədində yerləşən bölgələrdə ağır və yüngül silah ticarəti aparır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Mosuldakı ərəb tayfalarının sözçüsü Müzahim əl-Hüveyt bildirib.
"PKK Sincardan qaçırdığı gəncləri Suriyaya göndərərək zorla silah altına alır. Sincardan İraq və Suriya sərhədinə 250-dən çox gənc göndərilib. PKK topladığı xəracı Suriyaya göndərərək döyüşçüləri üçün istifadə edir", - Hüveyt deyib.
Muxalifet3 - 13-02-2019
Minik maşını traktorla toqquşdu: sürücü ÖLDÜ
Ağdaş rayonun "qara bazar" adlanan ərazisində ağır yol qəzası baş verib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, “VAZ-21011” markalı minik maşını taraktorla toqquşub.
Hadisə nəticəsində şəxsiyyəti hələ ki, məlum olmayan Həmid Azəri adlı yaşlı sürücü ağır xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, daxili qanaxma keçirən sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 13-02-2019