Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
Trampdan “Venesuela” açıqlaması: “Maduro vəzifədən getmədiyi təqdirdə..”
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Venesuela ilə bağlı, "Bir çox həll təklifi var. Bütün variantları nəzərdən keçiririk" deyib. Tramp Maduronun vəzifədən getmədiyi təqdirdə, ABŞ-ın bir çox ehtiyat planı olduğunu bildirib.
Venesuelada böyük bir xaos olduğunu ifadə edən Tramp, "Öz sərhədimizdən bu qədər yaxın bir ölkədə bunları görməkdən dolayı heç xoşbəxt deyiləm. Bu prosesin necə nəticələnəcəyini görəcəyik" deyə söyləyib.Muxalifet3 - 14-02-2019
Bakı metrosunda problem yarandı - Qatarlar gecikdi
Metroda qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub".
Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib.
Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir.Muxalifet - 14-02-2019
Azərbaycanda neçə cütlük Sevgililər Günündə evlənib?
Dünyanın bir çox ölkələrində cütlüklər öz sevgilərini daha bariz şəkildə nümayiş etdirmək üçün nikahlarını məhz Sevgililər Günü kimi qəbul edilmiş 14 fevral - Müqəddəs Valentin Günündə bağlayırlar.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Müqəddəs Valentin Günündə nikah bağlayanların sayına görə Hollandiya xüsusi yer tutur.Muxalifet - 14-02-2019
Xarici nömrəli maşın sürənlər məsuliyyətdən necə yayınır? - VİDEO
Onlar heç bir cərimə ödəmədən bundan çıxış yolu tapırlar
Qayda pozmağa meyilli olan sürücülər buna da əl atdılar.
Son günlər əcnəbi ölkələrə məxsus avtomobillər Bakıda qaydaları tez-tez pozur. Belə hallara ən çox Gürcüstana məxsus dövlət nömrə nişanlı avtomobillərin sürücülərində rast gəlinir. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, belə sürücülərin qayda pozuntuları kameralara və ya radara düşür. Amma onlar heç bir cərimə ödəmədən bundan çıxış yolu tapırlar. Ekspert bu sürücülərin çoxunun elə Azərbaycan vətəndaşları olduqlarını deyir.Muxalifet - 14-02-2019
ŞOK: Donuz bikinidə poz verən modelə HÜCUM ETDİ: Görün nə hala saldı - VİDEO
Venesuelalı model Miçele Levin (Michelle Lewin) bir kataloq çəkilişi üçün etdirdiyi fotosessiya zamanı donuzun hücumuna məruz qalıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı model donuzun onun ombasını dişlədiyi kadrları çəkib sosial şəbəkə hesabından paylaşıb.
Qısa müddətdə həmin video 5 milyondan çox izlənilib.
Bu da həmin kadrlar:
Muxalifet - 14-02-2019
Fransadan Əsədə zərbə: Həbs etdilər
Fransanın paytaxtı Parisdə Suriya kəşfiyyatı üçün çalışdığı iddia edilən bir suriyalı insanlıq cinayəti törətdiyi səbəbi ilə saxlanılıb.
Paris prokurorluğundan bildiriblər ki, yanvar ayından bu yana aparılan istintaq çərçivəsində, Suriya kəşfiyyatı üçün çalışdığı iddia edilən 30 yaşlarındakı suriyalının paytaxtda nəzarətə alınıb.
Açıqlamada, söz mövzusu suriyalının 2011-2013-cü illərdə Suriyada vəzifə başında ikən Bəşşar Əsəd rejiminin dinc xalqa qarşı törətdiyi insanlıq cinayətlərinə şərik olmaqda günahlandırıldığı qeyd edilib.Muxalifet3 - 14-02-2019
Heydər Əliyev prospektində ağır qəza - ÖLƏN VAR
Ağdaş rayonunda ağır yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, rayon mərkəzindəki Heydər Əliyev prospektində "VAZ" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan şəslərdən biri vəfat edib. Daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 14-02-2019
İranda terror törədildi: Çoxlu sayda ölənlər var
İranda İnqilab Keşikçiləri Ordusuna (DMO) bağlı sərhədçiləri daşıyan avtobusu hədəf alan terror hadisəsi törədilib. İntihar təcavüzünün bomba yüklü avtomobillə həyata keçirildiyi qeyd olunub.
DMO-dan hücumla bağlı edilən yazılı açıqlamada, bomba yüklü maşınla təşkil olunan terror hücumunda DMO-ya bağlı sərhədçiləri daşıyan avtobusun hədəf alındığı bildirilib.
Hücumda 27 DMO əsgərinin öldüyü, 13-ün isə yaralandığı ifadə edilən açıqlamada, hücumun İsrail və imperialist güclərin xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildiyi irəli sürülüb.Muxalifet3 - 14-02-2019
Üç sabiq Türkiyədə partiya qurur - Gözlənilməz gediş
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu digər sabiqlər - prezident olmuş Abdulla Gül və keçmiş iqtisadiyyat naziri Əli Babacanla siyasi partiya qurmağa hazırlaşdığı yönündə sualı cavablandırıb.
Bir konfransda jurnalistlərlə üz-üzə gələn Əhməd Davudoğlunun cavabı qeyri-müəyyən və müəmmalı olub: "Bir gün mətbuat konfransı keçirsəm istənilən məsələni soruşa bilərsiz. İndi konfransdayıq, sual mövzuya uyğun deyil..."
Qeyd edək ki, hər 3 şəxs - Əhməd Davudoğlu, Abdulla Gül və Əli Babacan hakim AKP-nin mühüm fiqurlarından hesab olunur.Muxalifet - 14-02-2019
Mehriban Əliyeva çətin şəraitdə yaşayan qadınla bağlı tapşırıq verdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.
Muxalifet.az-ın məlumatına görə, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.Muxalifet - 14-02-2019
İtaliya vətəndaşı Azərbaycan hökuməti və xalqından üzr istədi
İtaliya vətəndaşı Culiyano Bifolki Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Muxalifet - 14-02-2019
ABŞ-dan yeni “Suriya” təklifi
Beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ Suriyada müşahidəçi missiyasını davam etdirərək YPG-li terrorçulara qalxan olmağın hesablarını aparır.
Suriyadan çəkilmə qərarı alan Amerika Birləşmiş Ştatları ölkənin şimal-şərqində müşahidəçi missiyasının açılması variantını NATO müttəfiqləri ilə müzakirə etdiyini açıqlayıb.
Mövzunu gündəmə gətirən ABŞ-ın keçmiş müdafiə naziri Cim Mattisin istefası ilə boşalan ABŞ-ın müdafiə naziri vəzifəsini əvəz edən Patrik Şanahan olub.
“BEYNƏLXALQ KOALİSİYA QALSIN” TƏKLİFİ
Muxalifet3 - 14-02-2019
"Bu şəhərdə"dən Afət Fərmanqızı ilə bağlı BÖYÜK SÜRPRİZ: Görün nə edəcək..
Sumqayıt şəhər İcra Hakimiyyəti "Bu şəhərdə" komandasına orada konsert keçirilməsinə rəsmi icazə verib.
Muxalifet.az xəbər verir ki, bu barədə tanınmış prodüser və ssenarist Müşfiq Abbasov Publika.az-a verdiyi müsahibədə danışıb.
Gələn ay Heydər Əliyev Sarayında silsilə (7, 8, 9, 10, 11 mart) konsertlər verməyə hazırlaşan "Bu şəhərdə"nin rəhbəri Müşfiq Abbasov suallarımızı cavablandırıb.Muxalifet - 14-02-2019
Eldar Əzizov restoranın zəbt etdiyi əraziyə gedib, BAĞLATDIRDI - FOTO
Bakının ən hərəkətli küçələrindən biri olan "Tarqovı”da fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı meriya araşdırma aparıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.Muxalifet - 14-02-2019
Azərbaycanda məşhur banklardan birinin vəzifəli əməkdaşları həbs edildi - BAŞ PROKURORLUĞUN MƏLUMATI
Ölkədə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Belə ki, “Nikoyl” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Muxalifet - 14-02-2019
BDU-nun məşhur professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev vəfat edib.
Muxalifet.az-ın məlumatına görə, bunu BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib.
A.Hacıyev 72 yaşında dünyasını dəyişib. O, ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.Muxalifet - 14-02-2019
Pensiyaçılara ŞAD XƏBƏR
Azərbaycanda əmək pensiyalarının ödənilməsi iki gün ərzində təmin ediləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
F.Talıbov bildirib ki, Prezident İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir.Muxalifet - 14-02-2019
Ramil Usubov 4 rayona RƏİS TƏYİN ETDİ
Daxili İşlər Naziri Ramil Usubov 4 rayona yeni polis rəisləri təyin edib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.Muxalifet - 14-02-2019
Rezidenturaya qəbul elan edildi
Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd fevralın 14-dən 21-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.Muxalifet - 14-02-2019
Müəmma: Bir neçə ay əvvəl “qanunsuz” sayılan iş necə “qanuni” oldu? - VƏ İLHAM ƏLİYEV BU HAQDA NƏ DEMİŞDİ...
Bakının Nəsimi rayonu ərazisində, 4-cü mikrorayonda, Cavadxan küçəsi, 68A ünvanında, sovet dövründə tikilmiş 4 çoxmərtəbəli yaşayış binasının həyətində aparılan tikinti ilə bağlı müəmmalı məqamlar ortaya çıxıb. Belə ki, cəmi bir neçə ay əvvəl həmin ərazidə tikintinin aparılması hüquq-mühafizə orqanları tərəfindən şəhərsalma qaydalarının pozulması ilə müşaiyət olunan qanunsuz əməl kimi qiymətləndirilib. Və tikintini aparan “Fidan MTK” adlı şirkətin rəhbəri Şükürov Əli Şükür oğlu Baş prokurorluğun sanksiyası ilə həbs olunub.
Muxalifet - 14-02-2019