Axtarış
The search found 105785 results in 0.038 seconds.
Search results
İran prezidentindən “Fəratın şərqi” açıqlaması
Sayca dördüncüsü keçiriləcək sammit üçün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə getdiyini bildirən Ruhani, sammitdə Astana prosesi çərçivəsində regional məsələlər və xüsusi olaraq Suriya məsələsinin müzakirə olunacağını bildirib.
Ruhani, "Terrorçu qruplar Suriyada güclü zərbələr aldılar və bir çox bölgədən təmizləndilər. Suriyanın müxtəlif bölgələrində, ölkənin şimalında və Fəratın şərqində hələ də terror ünsürləri var" deyib.Muxalifet3 - 14-02-2019
Bakının mərkəzində avtobus qəzası – SÜRÜCÜNÜN VƏZİYYƏTİ AĞIRDIR
Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.Muxalifet - 14-02-2019
5 ton heroin ələ keçirilib
Türkiyədə 5 ton narkotik maddə olan heroin ələ keçirilib. Bu baradə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Soylunun verdiyi açıqlamaya görə, yeni ildən bu günə qədər keçirilən əməliyyatlarda 5 ton heroin ələ keçirilib.
Müxalifət.azMuxalifet3 - 14-02-2019
Banklar dollarla krediti bu meyarlarla verəcək - Palata qaydaları təsdiqlədi
Maliyyə Bazarlarına Nəzarət Palatası "Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nı təsdiq edib.
Məlumata görə, bu Qaydalar banklarda kredit risklərinin idarə edilməsinə dair minimum tələbləri müəyyən edir.
Banklarda kredit risklərinin idarə edilməsi bankın risklərin idarə edilməsi sisteminin tərkib hissəsidir.
Borcalan üzrə kredit risklərinin qiymətləndirilməsi üçün borcalanın ödəmə qabiliyyəti qiymətləndirilir. Bu zaman ən azı aşağıdakılar nəzərə alınır:Muxalifet - 14-02-2019
“NAZİRLİYİ MƏKTƏB YOX, RESTORAN MARAQLANDIRIR…” – Liseyinə lisenziya verilməyən ekspertdən Təhsil Nazirliyinə ittihamlar
“2016-cı ildə bir iş adamının vəsaiti ilə ölkədə yeni, modern bir lisey layihəmin həyata keçirilməsinə başladım. Təhsil layihəmin maliyələşdirilməsi üçün çox qapı döymüşdüm. Heç kim yaxın durmurdu, vəsait ayırmırdı. Sonra restoran açmaq istəyən birini fikrindən daşındırıb bu sahəyə yönəldə bildim. Başlanmış iş 2018-ci ildə bitdi”.
Muxalifet - 14-02-2019
Madurodan ABŞ təhlükəsinə qarşı dünyaya çağırış
Venesuelanın prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın bu gün yenə ölkəsini hərbi müdaxiləylə təhdid etdiyini bildirərək, "Bütün dünyanın buna qarşı birləşməsini istəyirəm" deyib.
Trampın ona verilən "Venesuelaya hərbi müdaxilənin ehtimal daxilində olub olmadığı" suala, "Bir çox həll təklifi var. Bütün variantları qiymətləndiririk" şəklində cavab verdiyini bildirən Maduro, "Bu gün ABŞ prezidenti Venesuelanı yenə hərbi müdaxiləylə təhdid edib. Bütün dünyanın buna qarşı birləşməsini istəyirəm" deyib.
Muxalifet3 - 14-02-2019
SABAHIN HAVASI: Hava yağmurlu olacaq, qar yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 15-də havanın tutulub açılacağı, bəzi yerlərdə arabir çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Muxalifet - 14-02-2019
Türkiyədən Avstriyaya “bozqurd” təpkisi
Türkiyənin Xarici işlər Nazirliyi Avstriyada “Simvol Qanunu”nun qüvvəyə minməsinə təpki göstərib.
Bununla bağlı Türkiyənin Xarici işlər Nazirliyi tərəfindən edilən açıqlamada, bu ifadələrə yer verilib:
“Avstriyada parlamentdə qəbul edilən “Simvol Qanunu" "Bozqurd" işarəsini ehtiva edəcək şəkildə 1 mart 2019 tarixi etibarilə qüvvəyə minəməsini qəbul etmir və bir daha şiddətlə pisləyirik.Muxalifet3 - 14-02-2019
Temur Abazovun səlahiyyətlərinə xitam verildi
Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun vəzifə səlahiyyətlərinə xitam verilib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, bu barədə rayon Sakrebulosunun növbədənkənar iclasında qərar qəbul olunub.
T.Abazovun istefası barədə ərizəsini vəkilləri fevralın 12-də Marneuli rayon rəhbərliyinə təqdim edib.
Ölkə qanunvericiliyinə əsasən, rayon rəhbərinin səlahiyyətlərinə fevralda xitam verilibsə, yeni icra başçısı seçkiləri həmin ilin may ayına təyin olunur.Muxalifet - 14-02-2019
İsrail küçələrində Hizbullah liderinin plakatları!
İsraildə başladılan plastik şüşələrin toplanılması kampaniyasına Hizbullah lideri Həsən Nasrallahın rəsmini istifadə edilməklə maraqlı bir yozum gətirilib. İsrailin paytaxtı Təl-Əvivin ən işlək yerlərində yer alan reklam lövhələrində Nasrallahın 12 ildir bir sığınacaqda yaşadığı, bu üzdən onun bu plastik qabları geri qaytarmağa yardım edə bilmədiyi bildirilir. İsraillilərə də səslənilən lövhədə "Bəs sizin bu qabları geri qaytarmamanıza səbəb nədir" deyə sual edilir.
Müxalifət.azMuxalifet3 - 14-02-2019
Pensiyalar artırılır və... - Nazir ilk dəfə CANLI YAYIMDA
Əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq. Muxalifet.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, bu qərar 233 min nəfərə şamil olunacaq. “Bu qərardan birbaşa aztəminatlı ailələr yararlanacaq. Pensiyaların artımı üçün bu il 41 milyon, gələn il 49 milyon manat Pensiya Fondu tərəfindən qarşılanacaq. Bu yenilik Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında təsdiq ediləndən sonra martın 1-dən qüvvəyə minəcək.
Muxalifet - 14-02-2019
12 yaşa qədər uşağa telefon vermək olmaz - 5 səbəb
Uşaqların qadjetlərdən asılı olması artıq epidemiya halını alıb. Yəqin ki, çoxları uşaqların əlindən telefonun almağın necə çətin olduğunu bilir. Uşaqlar texnikaya çox tez alışırlar. Qadjet onların əllərində olduğu müddətcə uşaq ətrafında baş verənlərə biganə qalır və əhəmiyyət vermir. Onlarla dil tapmaq çətinləşir və real həyatla əlaqələri azalır.
Pediatrların bildirdiklərinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-3 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir.3 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.Muxalifet - 14-02-2019
Şahin Hacıyevlə “qarşılıqlı güzəştlər”dən danışan Levon Zurabyanı linç edirlər - BELƏ VƏZİYYƏTDƏ HANSI DANIŞIQLARDAN SÖHBƏT GEDƏ BİLƏRDİ?!...
Bu günlərdə Ermənistanda ezamiyyətdə olan azərbaycanlı jurnalist, “Turan” agentliyinin redaktoru Şahin Hacıyevlə söhbətində Qarabağa dair qarşılıqlı güzəştlərin vacibliyindən danışan siyasətçi-Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyana qarşı linç kampaniyası başlayıb.
“Turan”ın əməkdaşı Levon Zurabyana həmin müsahibədə keçmiş prezident Levon Ter-Petrosyanın on il əvvəlki tezislərini xatırladaraq deyib ki, “bu gün bizim imtina etdiyimizi sabah xahiş edəcəyik, amma heç kim onu bizə verməyəcək”.
Muxalifet - 14-02-2019
Bakıda şagirdi pula görə məktəbdən qovdular? - İDDİA
Bakı şəhəri 153 saylı tam orta məktəbi şagirdlərdən birinin valideyninin məktəb direktorundan şikayətinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, videonu yayan şəxs Hacıyev Səbuhi Mübariz oğlunun övladı 153 nömrəli tam orta məktəbin V sinfinin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) birinci yarımil ərzində dərslərdə iştirak etməyib.Muxalifet - 14-02-2019
Soçi Samittindən hansı nəticələr çıxa bilər? – Rus ekspertdən açıqlama
Rusiyanın Soçi şəhərində bu gün Rusiya Prezidenti Vladimir Putin, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında keçiriləcək görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.
Muxalifet3 - 14-02-2019
Könül sevən göyçək olar... - Sevgi, yoxsa məntiq evliliyi? - VİDEO
Deyirlər, insan həyatda iki şeyi seçərkən diqqətli olmalıdır ki, gələcəkdə peşmanlıq çəkməsin. Bunlardan biri ixtisas, digəri isə həyat yoldaşı seçimidir. Birinci yanlışı düzəltmək mümkündürsə, ikincini düzəltmək bir qədər çətin məsələdir. Bu səbəbdən də həyat yoldaşı seçimini mümkün qədər diqqətli etmək lazımdır.
Bəs, evlilikdə məntiqimizi, yoxsa ürəyimizi dinləməyilik?
Muxalifet.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı süjet hazırlanıb.Muxalifet - 14-02-2019
Bakıda DƏHŞƏT: 2 qadının meyiti tapıldı
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.
Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1957-ci il təvəllüdlü Allahverdiyeva Şahnaz Allahverdi qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.Muxalifet - 14-02-2019
Soçidə Putin-Ərdoğan görüşü başlayıb! PKK/ YPG vurğusu
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Putin arasında görüş başlayıb. Ərdoğan görüş ərəfəsində, "YPG/PYD Fəratın şərqindən təmizlənmədən Suriyanın ərazi bütövlüyü mümkün ola bilməz" - deyib.
Muxalifet3 - 14-02-2019
Efirdə DƏHŞƏTLİ SÖZLƏR: "Boğazına ip keçirib, çılpaq..." - FOTO
Müge Anlının Türkiyədə, reytinqli verilişində 18 yanvardan bəri itki olan Gazi Akbıyık axtarılır.
Muxalifet.az türk mediasına istinadla xəbər verir ki,Gazi Akbıyık haqqında Qiymət Albayrak şok edən iddialar səsləndirib.
Əsrarəngiz şəkildə itən Akbıyık 18 yanvarda evindən çıxıb və bir daha görünməyib.
Boşandığı həyat yoldaşı Qiymət Albayrak həmişə keçmiş əri tərəfindən ona zorakılığın olduğunu dilə gətirib. Qorxduğuna görə isə danışmayıb.Muxalifet - 14-02-2019
İranda cinsiyyətin dəyişilməsi ilə bağlı ŞOK STATİSTİKA
İranda ötən 10 il ərzində 5-6 min nəfər cinsiyyətini dəyişib. Bunu İranın Şərq qəzetinə açıqlama verən İran Cinsi problemlərdən əziyyət çəkən xəstələrə dəstək Cəmiyyətinin sədri Fərşid Məsudi deyib. Məsudinin sözlərinə görə, dünya statistikalarında da fərqli rəqəmlər var. O əlavə edib ki, İranın 80 milyonluq əhalisini nəzərə aldıqda, ölkədə 24 min transseksualın olduğunu təxmin etmək olar. Qeyd edək ki, 1981-ci ildə İranın ali dini lideri Ayətulla Xomeyni cinsiyyətin dəyişilməsi ilə cərrahiyyə əməliyyatı haqda fitva verib.
Muxalifet - 14-02-2019