Axtarış
The search found 105785 results in 0.02 seconds.
Search results
Bu insanlar xərçəngə DAHA MEYİLLİDİR - İbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİ
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri - İbn Sinanın "Ənənəvi tibb qanunu” kitabına görə, insanlar 4 əsas ünsürə (irqə) ayrılır.
Türkiyə mətbuatı xəbər verir ki, bunlar: demevilər (hava), safravilər (atəş), balgamilər (su) və sodavilərdir (torpaq). Bütün insanlar bu dörd ünsürdən birinə və ya bir neçəsinə sahibdir. Bu ünsürlər bəzi fiziki və ruhi xüsusiyyətlərin yaranmasına təsir edir.
Məşhur təbib İbn Sinanın ünsürləri həm insanın xarakterini təsbit etmək, həm də bədəninin fizioloji quruluşunu tanımaq üçün çox mühüm vasitədir.
Muxalifet - 14-02-2019
Şiələrə hücum: 8 nəfər öldü
İraqın Samarra şəhərində bomba yüklənmiş avtomobil partladılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İraqın Polis Təşkilatı məlumat yayıb.
Bildirilib ki, şiələrin lideri Muktəda əs-Sədrə sadiq milis qüvvələrinin hədəf alındığı qanlı hücumda 8 nəfər ölüb, 6-sı yaralanıb.
Yaralıların vəziyyətinin ağır olduğu, terror aktının isə İŞİD tərəfindən törədildiyi deyilib.
Muxalifet3 - 14-02-2019
Tereza Meyə II Breksit zərbəsi...
Böyük Britaniya parlamenti hökumətin Breksitlə bağlı mövqeyini dəstəkləyən və Avropa İttifaqı (Aİ) ilə razılaşdırılan layihənin yenidən müzakirəsini rədd edib.
Muxalifet.az xəbər verir ki, parlamentin aşağı palatasında keçirilən səsvermədə 303 deputatın razılığı sözügedən qanun layihəsi rədd edilib.
Qeyd edək ki, yanvarın 15-də Breksit razılaşması ilə bağlı qanun layihəsi 432 səslə rədd edilmişdi.
Belələliklə, parlamentin son iki qərarı ilə Tereza Meyin işgüzar nüfuzuna ciddi zərbə dəymiş oldu.
Muxalifet3 - 14-02-2019
Hava limanında 2 təyyarə toqquşdu
Vnukovo aeroportunda iki təyyarə yedəyə alma zamanı toqquşub.
Muxalifet.az axar.az-a istinadən bildirir ki, "Azur Air" aviaşirkətinin Boinq-767 layneri "Rusiya" təyyarəsinin göyərtəsinə çırpılıb. İlkin məlumata görə, təyyarələrdən birinin sağ vinqleti, digərinin isə stabilizatoru zədələnib.
İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.Muxalifet - 14-02-2019
"İş olduğu halda qadınların bədənlərini satması ayıbdır": "Bu qədər ömrü Allah verdi..."
Muxalifet.az Zakon.kz saytına istinadən xəbər verir ki, Nursultan Nazarbayev gəncləri işdən utanmamağa çağırıb.
"Mən həmişə gənclərə deyirəm ki, mənzilləri təmizləmək ayıb deyil. Elədirmi? İşsiz və bədbəxt olmaq ayıbdır. Bu qədər iş olduğu halda qadınların bədənlərini satması ayıbdır. İndi gənclərlə görüşməzdən əvvəl mənə insanlara xidmət göstərən bir kompaniya təqdim etdilər. Onlar uşaqlara dayəlik edir, kimsə istəyir ki, mənzilini təmizləsinlər, yemək hazırlasınlar. Bu işdir” - Qazaxıstanın “100 Yeni şəxsi" layihəsinin qalibləri ilə görüşdə prezident bildirib.Muxalifet3 - 14-02-2019
Bakıda qadın itkin düşüb
Bakıda daha bir qadın itkin düşüb. Muxalifet.az-ın Trend-ə istinadən məlumata görə, bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə Xətai rayonu, Nobel prospekti, ev 186, mənzil 7-də yaşayan, 1997-ci il təvəllüdlü Aygün Həsənli müraciət edib.
A.Həsənli bildirib ki, onunla birgə eyni ünvanda yaşayan anası, 1961-ci il təvəllüdlü İlduzə Həsənova fevralın 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.Muxalifet - 14-02-2019
Sərxoş kişi yük qatarının altına yıxıldı - VİDEO
O, olduğu platformadan digərinə keçmək istəyib
Hindistanın Maxaraştra ştatının Nandura şəhərində sərxoş vəziyyətdə olan şəxs yük qatarının altına yıxılıb. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə, şəxs olduğu platformadan digərinə keçmək istəyib. Lakin kişi o dərəcədə sərxoş olub ki, relslərin arasına yıxılıb və heç tərpənməyə halı da olmayıb. Məhz onun həyatını hərəkətsizliyi qurtarıb.Muxalifet - 14-02-2019
Məktəbdə silahlı atışma: Polis əraziyə yollandı
ABŞ Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən məktəblərdən birində silahlı atışma baş verib.
Muxalifet.az xəbər verir ki, gənclərdən birinin məktəbdə odlu silahdan atəş açması barədə polisə məlumat daxil olub.
Hadisə yerinə yollanan polis əməkdaşları insident nəticəsində zərər çəkənin olmadığını bildiriblər.
Atəş açan şəxs saxlanılıb. Hadisənin digər təfərrüatları məlum deyil.
Muxalifet3 - 14-02-2019
Ərdoğandan Avropa və ərəb ölkələrinə etiraz – “Çox danışırlar, amma…”
“Türkiyə təəssüf edir ki, Avropa İttifaqı (Aİ) suriyalı qaçqınların yerləşdiyi ölkələrə söz verdiyi maddi yardımı etmədi”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə olduqca böyük axında miqrant qəbul etdi. Avropa İttifaqı (Aİ) söz verdiyi 6 milyardlıq yardımdan hələ ki, 1,75 milyardını göndərib. Biz isə bu yöndə 35 milyard dollara yaxın vəsait xərcləmişik. Qərbdə və körfəz ölkələrində qaçqınlar haqqında çox danışılır. Lakin konkret fəaliyyətə gəldikdə hər hansı addım görmürük”, – deyə dövlət başçısı bildirib/Axar.az.
Muxalifet - 14-02-2019
Rusiya bir həftəyə 3 milyardadək dollar itirdi
Fevral ayında bir həftə ərzində Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 2,7 milyard dollar azalaraq 475 milyard dollar təşkil edib.
Bu barədə “Rosbalt” agentliyi Rusiya Mərkəzi Bankının materiallarına istinadən məlumat yayıb.
Azalma fevralın 1-dən 8-dək olan müddətdə qeydə alınıb.
Qeyd olunur ki, ötən ay Rusiyanın valyuta ehtiyatları 1,6 faiz artıb.
Muxalifet3 - 14-02-2019
300-dək uşağı zorlayan kolumbiyalı pedofillə bağlı qərar açıqlandı
Məhkəmə 276 uşağı zorladığını etiraf edən kolumbiyalı Xuan Karlos Sançes Latorre ilə bağlı qərar qəbul edib.
Muxalifet.az-ın məlumatına görə, Latorre 60 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilir ki, kolumbiyalı pedofil 2007-2008-ci illərdə uşaqlara qarşı seksual xarakterli cinayətlər törədib. Hazırda onun 42 yaşı var.
Muxalifet3 - 14-02-2019
Qurban Qurbanovun oğlu millimizdə poker etdi
İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoxlama oyununu keçirib.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, millimiz İspaniyanın "Ranero" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş yığmamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı poker edib. Yığmamızın digər qollarını isə İdris İnqilablı və Kamran Quliyev vurub.Muxalifet3 - 14-02-2019
“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı – AVTORİTET GÜLLƏLƏNDİ
Nijnevartovsk bazarlarına nəzarət uğrunda kriminal qruplaşmalar arasındakı mübarizə sui-qəsdlə yekunlaşıb. Muxalifet.az "qafqazinfo"ya istinadən xəbər verir ki, buradakı bazarları ələ keçirməyə çalışan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov (Quli) yerli avtoritetlərlə məsələni həll etməsi üçün şəhərə nümayəndəsini göndərib. "Lotu Quli" ilk növbədə "Sibir balaqanı" yarmarkasına və mərkəzi bazarın bir hissəsinə iddialı olub. Ancaq danışıqlar uğursuzluqla nəticələnib və yerli kriminal avtoritetlərdən biri yaralanıb.
Muxalifet4 - 15-02-2019
DƏHŞƏTLİ İDDİA: Qaşıqçının cəsədi...
Ehtimal edilir ki, jurnalist Camal Qaşıqçının cəsədi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahının ərazisində sobada yandırılıb.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, diplomatik missiyanın ərazisində iki kanalizasiya quyusu, həmçinin odun və təbii qazla işləyən soba var. Həmin sobada hərarət min dərəcəyə qədər qalxa bilər ki, bu da yumşaq toxumaları, sümükləri və hətta DNT-ni tamamilə məhv etmək üçün kifayətdir.
Muxalifet4 - 15-02-2019
FRANSA HOMOSEKSUALLARIN İSTƏYİNİ REALLAŞDIRDI - Artıq “ata” və “ana” əvəzinə bu söz yazılacaq...
Fransa Milli Assambleyasının deputatları bu həftə məktəblilərin sənədlərinə düzəlişləri gətirən yeni qanun qəbul edib. Bəhs edilən qaunuvericlik aktı ölkənin sosial həyatını yaxından maraqlandıran addım sayılır. Çünki bu sənədlə Fransada ailənin ənənəvi qəbul olunan mənəvi təməlləri sarsıdılır.
Belə ki, məktəblinin tərcümeyi-hallarında “ata” və “ana” sözlərinin yerinə “1-ci valideyn” və “2-ci valideyn” ifadələri yazılacaq.
Muxalifet4 - 15-02-2019
ABŞ-ın Suriyada müşahidəçi olması nə anlama gəlir? - Analiz
Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin Toplantısı Suriyadakı yeni prosesin yol xəritəsi üçün də dönüş nöqtəsi ola bilər.
ABŞ-ın müdafiə nazirinin əvəzi Patrik Şanahanın şimali Suriyada "Milli Koalisiya" qüvvələrindən ibarət qrup yaradaraq təhlükəsiz bölgəni "izləmək" istədiklərini deməsi mübahisələri də bərabərində gətirib.Muxalifet3 - 15-02-2019
Tramp fövqəladə vəziyyət elan edəcək
Ağ Ev sözçüsü Sarah Sanders ABŞ prezidenti Donald Trampın büdcə qanununu imzalamaqla hökumətin açıq qalmasını təmin edəcəyini, ancaq sərhəd təhlükəsizliyi məsələsində "milli fövqəladə vəziyyət" elan edəcəyini açıqlayıb.
Sanders açıqlamasında, "Prezident Tramp daha əvvəl də dilə gətirdiyi kimi, hökumət büdcə qanununu imzalayacaq, ancaq sərhədimizdəki milli təhlükəsizlik və humanitar böhranı dayandırmağımızdan əmin olmaq üçün milli fövqəladə vəziyyət, o cümlədən lazımi rəhbərlik tədbirlərini görəcəkdir" deyib.Muxalifet3 - 15-02-2019
Türkiyədən ABŞ-və Avropaya qarşı yeni həmlə
Torpaqlarındakı 4 milyon Suriyalını vətəninə döndərmək üçün terrordan təmizlənmiş "təhlükəsiz bölgə” qurmağı planlaşdıran Türkiyəyə qarşı cəbhə genişlənir. Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərə ilə birlikdə birgə bəyannamə yayınlayaraq Türkiyənin müdaxiləsinə qarşı olduğunu bildirən ABŞ, bir addım daha atıb. ABŞ, "Türkiyəsiz təhlükəsiz bölgə” planını masaya gətirib.
Muxalifet3 - 15-02-2019
Səudiyyə Ərəbistanına kritik çağırış: Təxirə salın
Strasburq şəhəridə bir araya gələn Avropa Parlamentinin Baş Assambleyası Səudiyyə Ərəbistanında, xüsusilə qadın haqlarının yaxşılaşdırılmasına dair qərarı səsverməyə çıxarıb.
AP üzvləri tərəfindən 10 səs əleyhinə, 517 səs lehinə olmaqla qəbul edilən qərarda, Səudiyyə Ərəbistanına qadın haqlarını yaxşılaşdırması çağırışı edilib.
Qətnamədə AP üzvlərinin Səudiyyə Ərəbistanındakı qadın hüquqlarına dair vəziyyəti pislədiyi, ölkədəki siyasi və sosial sistemdə ayrı-seçkiliyin olduğu və qadınlara "ikinci dərəcəli vətəndaş" rəftarı edildiyi qeyd edilib.Muxalifet3 - 15-02-2019
Tramp FTB direktoruna qəzəbləndi: “Saxtakar kukla”
Amerikan “CBS” kanalında yayımlanan "60 dəqiqə" proqramına qonaq olan Makkabe Rusiya araşdırması və keçmiş FTB direktoru Comeynin qovulması ilə bağlı əhəmiyyətli iddialar ortaya atıb.
Makkabe 9 may 2017-də Trampın Comeynin vəzifəsinə son verməsindən sonra hadisə ilə bağlı istintaq başladığını söyləyib. Trampın addımının "ədalət kölgə salmağa çalışmaq" olduğuna inandığını bildirən Makkabe, istintaq açılmadığı təqdirdə hadisənin üstünün ört-basdır ediləcəyini düşündüyünü qeyd edib.
Muxalifet3 - 15-02-2019