Axtarış
The search found 105785 results in 0.039 seconds.
Search results
Azərbaycanlı alimdən SENSASİON MÜSAHİBƏ: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə üz tutub. Dünyanın elm və innovasiyalar nəhəngləri arasında öncüllərdən olan Çin Allahverdiyə nələr verib?
Muxalifet - 15-02-2019
Babasının ov tüfəngini götürdü... - Elçi getdiyi qızı öldürdü, anasını yaraladı
Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla iki nəfəri güllələməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib.Muxalifet - 15-02-2019
Azərbaycanda dünya çempionu həbs edildi - Arvadını döyüb
Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov həbs olunub.
Muxalifet.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Süleymanov arvadı Ş-nı döyməkdə ittiham olunur. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.Muxalifet - 15-02-2019
"Azərbaycanda işsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir"
Rəsmi məlumata görə, 2018-ci ildə Azərbaycanda 118 min yeni iş yeri yaradılıb. Bu barədə prezident İlham Əliyev bu ilin yanvarında bildirib.
Lakin AzadlıqRadiosunun Bakı küçələrində apardığı sorğunun həmsöhbətlərindən biri 56 yaşlı Ələkbər Muradəliyev da deyir ki, nə qədər çalışsa da, bu 118 min yeni iş yerindən birinə sahib ola bilmir. Hansı qapını döysə, yaşını səbəb göstərib, imtina cavabı eşidir:Muxalifet3 - 15-02-2019
İki deputat komitə üzvlüyündən çıxarılır
Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında bununla bağlı məsələyə baxılacaq.
Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanovun namizədliyi irəli sürülüb.Muxalifet - 15-02-2019
Sabah Bakıya güclü yağış, rayonlara QAR YAĞACAQ
Bakıda və Abşeron yarımadasında fevralın 16-da havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.Muxalifet - 15-02-2019
Azərbaycanın Rusiyadan yeni silahlar alacaq
Fevralın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.
Muxalifet3 - 15-02-2019
Qorbaçov 30 il öncəki TARİXİ FAKTI AÇDI: "Qoşunların..." - SENSASİON SÖZLƏR
SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasını mütəşəkkil və minimal itkilərlə keçirməyə bütün tərəflərlə, həmçinin ABŞ, İran və Pakistanla danışıqlar kömək etdi.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyi ilə bağlı “RİA-Novosti” agentliyinə danışan keçmiş sovet lideri Mixail Qorbaçov deyib.Muxalifet - 15-02-2019
"Niyə gənc övladları aparıb, meyitlərini geri qaytarırlar" - Erməni hüquq müdafiəçisi
"Deməli əminliklə deyə bilərəm ki, ölüm hadisəsini gizlədiblər. Müdafiə naziri dünən bəyan etdi ki, bu, hərbi xidmətlə əlaqəsi olmayan ölüm faktıdır. Buna görə də buna diqqət ayırmayıblar. Müdafiə nazirinin bu cür bəynat verməsi, çox kədərlidir".
Muxalifet3 - 15-02-2019
"Bu cür alimin həbsdə saxlanması bir millət kimi bizə hörmət gətirmir” - İlyas İsmayılov Əli İnsanovun müdafiəsinə qalxdı
“Tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları, hökmdarlar həmişə hörmətlə yad edilib. Mən çox ümid edirəm ki, prezident İlham Əlyev bu təcrübədən çıxış edərək, növbəti əfv sərəncamı imzalayarkən, görkəmli alim Əli İnsanovun da adını azad ediləcək şəxslərin siyahısına əlavə edəcək”.
Muxalifet - 15-02-2019
ŞOK İDDİA: Cavid Qurbanov “TOPAZ”ın səhmlərini “Hafka”nın əlindən aldı – 42 MİLYON BORCUN QARŞILIĞINDA
Bir müddət öncə ölkə mediasında "Turkcell” şirkəti, "TOPAZ” brendinin sahibi, Azərbaycanın "Azerinteltek” şirkətindəki payını "Baltech Investment” MMC şirkətinə satılması barədə məlumat yayıldı. "Marja” nın yaydığı xəbərdə bildirilirdi ki, "Turkcell” şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin (İnteltek) kapitalının 55%-nə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ” isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek” şirkətinin 51%-nə sahib idi.
Muxalifet4 - 15-02-2019
Xaricdə yaşayan azərbaycanlılara səyyar “ASAN xidmət” göstəriləcək - ANLAŞMA ƏLDƏ OLUNDU
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Muxalifet.az bildirir ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıblar.
Muxalifet4 - 15-02-2019
Daha bir ölkə Quaydonu prezident kimi tanıdı
Sloveniya Venesuelanın müxalifət lideri Xuan Quaidonu müvəqqəti prezidenti kimi tanıyıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin rəsmi tvitter hesabında bəyanat yayılıb. Nazirlər Kabinetinin yaydığı məlumatda “Sloveniya hökuməti Venesuelada azad, ədalətli və demokratik prezident seçkilərinin keçirilməsi naminə Xuan Quaydonun müvəqqəti prezidentliyini tanıyır”, - sözləri qeyd edilib.Muxalifet4 - 15-02-2019
DÜNYA ŞOKDA: Qırıcı təyyarə yadplanetli gəmini belə təqib etdi - VİDEO
Hazırda müxtəlif ufologiya saytlarında maraqlı video yayımlanır.
Muxalifet.az olke.az-a istinadən xəbər verir ki, video çarx ötən ilin noyabr ayında lentə alınıb. Videonu ABŞ-ın Nyu-Cersi ştatının sakini lentə alınıb və adının gizli saxlanılmasını istəyib. O, qırıcı təyyarənin UNO-nu təqib etməsinin şahidi olub.
Muxalifet4 - 15-02-2019
"Feysbuk"a milyardlarla dollarlıq tarixi cərimə
"Feysbuk" şirkəti məxfilik prinsipini pozduğuna görə bir neçə milyard dollar həcmində cərimə oluna bilər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, hazırda bu barədə Feysbukla Federal Ticarət Komissiyası arasında müzakirələr aparılır.
Məlumata görə, sözügedən cərimə kompaniyanın tarixindəki ən böyük cərimə olacaq.
Qeyd edək ki, son illərdə "Feysbuk" bir neçə dəfə istifadəçilərə aid şəxsi məlumatların sızdırılması barədə qalmaqalların mərkəzində yer alıb.
Muxalifet4 - 15-02-2019
Məşhur "maps.me" şirkətindən Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - FOTO
Məşhur "maps.me" offlayn xəritədə Azərbaycan əraziləri Dağlıq Qarabağ Respublikası kimi göstərilib.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, xəritədə Dağlıq Qarabağın ayrıca Respublika kimi qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.
Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini xəritədə düzgün göstərməyən "maps.me" beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.
Muxalifet4 - 15-02-2019
SENSASİYA: Bakı və İrəvan məxfi Qarabağ danışıqları aparır - İllər sonra İLK ANLAŞMA
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar başlandı.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “lenta.ru” saytı yazıb.Muxalifet - 15-02-2019
Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik ediləcək.
Dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.Muxalifet - 15-02-2019
Rəsmi nikah olmadan kəbin kəsən MOLLALARA XƏBƏRDARLIQ
İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var.
Bunu Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur.
H.Hüseynova deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub:Muxalifet - 15-02-2019
600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib
Mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet - 15-02-2019