Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. Azərbaycan himni ilə bağlı YENİ TƏLƏBLƏR

    Azərbaycanın dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib.
    Bu, yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində əksini tapıb.

    Muxalifet - 15-02-2019

  2. Bomba dolu yük maşını ələ keçirildi - NAZİRDƏN AÇIQLAMA

    PKK, PYD və İŞİD-ın bir olduğunu bildirən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, keçən həftə Hatayda zaman əyarlı bomba yüklü yük maşının təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını bildirib.

    Muxalifet3 - 15-02-2019

  3. ​Lukaşenko və Putin arasında danışıqların SON RAUNDU BAŞLADI

    Soçidə Rusiya və Belarus prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqların son raundu başlayıb.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, liderlər artıq üçüncü gündür Avrasiya İqtisadi İttifaqı formatında inteqrasiya problemlərini, xüsusi halda, Belarus iqtisadiyyatı üçün Rusiya vergi manevrinin nəticələrini müzakirə edirlər.
    Liderlər danışıqların KİV-ə açıq hissəsində müstəqillik məsələləri üzrə fikirlərini bildiriblər.

    Muxalifet - 15-02-2019

  4. Abituriyentlərin NƏZƏRİNƏ: Sınaq imtahanlarına qeydiyyat başlayıb

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçiriləcək. DİM-dən Muxalifet.az-a bildirilib ki, onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə təşkil olunacaq. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

    Muxalifet - 15-02-2019

  5. Saratovda baş vermiş yol qəzasında 3 azərbaycanlı xəsarət aldı

    Rusiyanın Saratov vilayətində baş vermiş avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanların 3-ü də Azərbaycan vətəndaşıdır.

    Qeyd olunur ki, sürücü “Mercedes Benz Sprinter” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarına çıxıb.

    Qəzadan sonra bir 38 yaşlı kişi, 51 və 61 yaşlı isə iki qadın xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 15-02-2019

  6. Azərbaycanın “biznesmen” nazirləri - Onların “rəhbəri olduğu” şirkətlər…

    Hazırda Nazirlər Kabinetinin tərkibində 32 qurum yer alır ki, onlardan 17-si nazirlik, 8-i dövlət komitəsi, 7-i dövlət xidmətləridir və dövlət agentlikləridir. Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərən nazirlik və qurumların rəhbərləri arasında vaxtilə müxtəlif sahələrdə çalışmış, eyni zamanda öz şəxsi biznesi olan məmurlar az deyil.
    Muxalifet.az bildirir ki, azxeber.com yüksək vəzifə təyinatına qədər sahibkarlıq fəaliyyəti göstərmiş və müxtəlif şirkətlərə rəhbərlik edən nazirlərlə bağlı araşdırma aparıb.

    Muxalifet - 15-02-2019

  7. ​Azərbaycanda yük maşını ağaca çırpıldı – sürücü xilas edildi

    Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Çinartala kəndində “Ford” markalı yük avtomobilinin yol kənarındakı ağaca çırpılması barədə müraciət daxil olub.
    Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 15-02-2019

  8. Axtarışda olan şəxsin hesabına 100 milyon manat köçürülüb – “Beynəlxalq Bank işi”

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

    Muxalifet - 15-02-2019

  9. Müdafiə nazirindən ABŞ-a dəqiq mesaj: Sadəcə Türkiyə olmalıdır

    Türkiyənin milli müdafiə naziri Hulusi Akar "ABŞ-ın Suriyadan çəkilməsindən sonra yaranacaq boşluq terrorçular üçün təhlükəsiz bölgə halına gəlməməlidir. PKK, PYD, YPG eynidir. Bu səbəblə YPG terror təşkilatının bölgədən çıxarılması, sərhədlərimizin və xalqımızın təhlükəsizliyi baxımından ən vacib məsələdir. Təhlükəsiz bölgədə yalnız Türkiyə olmalıdır" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 15-02-2019

  10. ​Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi

    Bu gün Çin lideri Si Tsinpin Pekinlə Vaşinqton arasındakı ticarət və iqtisadi problemlərə son qoyaraq martın 1-dək ikitərəfli yeni ticarət sazişi imzalanmasına nail olmaq məqsədilə Pekinə səfər ABŞ maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzeri qəbul edib.

    Muxalifet - 15-02-2019

  11. ​“Toyota” 10 min, “Nissan” 6 minə satılır - Hərrac

    Bir neçə dövlət qurumu balansında olan bəzi avtomobilləri hərraca çıxarıb. Avtomobillər arasında qəzalı vəziyyətdə olanı da var.
    Əmlak Məsələləri Dövlət Komitəsi 12 mart tarixində dövlət qurumlarının komitəyə təqdim etdiyi avtomobillərin satışı üçün hərrac keçirəcək. Auksiona ümumilikdə 7 avtomobil çıxarılıb.

    Muxalifet - 15-02-2019

  12. Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər

    Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilər.
    Trend-in məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
    Nazir bildirib ki, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər.
    Z.Mnatsakanyanla Münhendə görüş imkanı barədə suala cavab verən Azərbaycan XİN rəhbəri deyib:
    “Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”.

    Muxalifet - 15-02-2019

  13. ​"Bıçaqla uşaqlarının gözü qarşısında..." - beşqat dünya çempionu qayınatası ilə üzləşdi

    “Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidov hakim qarşısına çıxarılıb.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Muxalifet - 15-02-2019

  14. Lukaşenkodan ŞOK AÇIQLAMA: Rusiya və Belarusiya birləşir?

    Belarus və Rusiya xalqların iradəsindən asılı olaraq yaxınlaşmağa hazırdır.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.
    “Biz (Putin və Lukaşenko) elə sabahdan ikilikdə birləşə bilərik, bizim problemimiz yoxdur, lakin siz, ruslar və belaruslar buna hazırsınızmı? Siz (hər iki ölkənin vətəndaşları) nə qədər hazır olsanız, biz də sizin iradənizi bir o qədər yerinə yetirəcəyik”, - deyə Lukaşenko bildirib.

    Muxalifet3 - 15-02-2019

  15. Əli Həsənov azərbaycanlılarla çeçenlərin insidentindən danışdı

    Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı açıqlama verib.
    Muxalifet.az-ın azərtac-a istinadən məlumatına görə, Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.
    Prezidentin köməkçisi deyib:

    Muxalifet3 - 15-02-2019

  16. ABŞ min hərbçini Əfqanıstandan çıxarır

    ABŞ minə qədər hərbçini Əfqanıstandan çıxarmağı planlaşdırır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı general, ABŞ Mərkəzi Qərargahının rəhbəri Cozef Votel deyib.
    O bildirib ki, bu qərar dövlət başçısı Trampın sülh müzakirələri ilə bağlı təlimatı çərçivəsində icra edilir.
     

    Muxalifet3 - 15-02-2019

  17. Azərbaycana bir ildə milyarddan çox pul köçürülüb

    Ötən il Azərbaycana daxil olan pul baratları 1 milyard 80 milyon ABŞ dolları təşkil edib.
    Muxalifet.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il üzrə pul siyasəti icmalına istinadla xəbər verir ki, keçən il iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
    Belə ki, il ərzində ölkəyə daxil olan pul baratları 1 milyard 80 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 6 faiz çoxdur. 
     
     

    Muxalifet3 - 15-02-2019

  18. ​Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları

    Türkiyə Prezidentinin arxivindən Hürrəm Sultanın Qanuni Sultan Süleymana məhəbbət məktubları ictimaiyyətə açıqlanıb.

    Muxalifet - 15-02-2019

  19. Kılıçdaroğluna ağır sözlər söylədi, istefa verdi

    Ötən il Türkiyə Daxili İşlər Nazirliyində vəzifədən kənarlaşdırılan İstanbulun Beşiktaş rayonundan keçmiş bələdiyyə sədri Murad Xəzinədar CHP-dən istefa verib.
    Muxalifet.az xəbər verir ki, M. Xəzinədar istefa ərizəsində CHP rəhbərliyini sərt tənqid edib.
    O qeyd edib ki, partiya daxilində ona qarşı tələ qurulub. CHP-də siyasi etika, haqq, hüquq, ədalət baxımından dürüstlük olmayıb:

    Muxalifet3 - 15-02-2019

  20. Bakıda taksi sürücüsü sükan arxasında dünyasını dəyişdi - ANBAAN VİDEO

    Heydər Əliyev prospektində sürücü sükan arxasında ölüb.
    Muxalifet.az baku.tv-yə istinadən xəbər verir ki, təxminən 60-65 yaşlarında olan taksi sürücüsü həyat yoldaşı ilə birlikdə hərəkətdə olarkən özünü piss hiss etdiyini deyib və avtomobili saxlayıb.
    Daha sonra ətrafda olan polis əməkdaşları təcili tibbi yardım çağırıblar.
    Hadisə şahidi Qismət Kərimovun verdiyi məlumata görə, təcili tibbi yardım gələnə kimi taksi sürücüsü keçinib.
    Onun sözlərinə görə, təcili tibbi yardım maşını gec gəlib.
    Taksi sürücüsünün ürəktutmadan vəfat etdiyi deyilir. 

    Muxalifet3 - 15-02-2019

Pages