Axtarış

The search found 105785 results in 0.079 seconds.

Search results

  1. Trampdan “Suriya” mesajı: “24 saat ərzində açıqlayacağam”

     ABŞ prezidenti Tramp Suriyayla bağlı 24 saat ərzində açıqlama verəcəyini bildirib.
     
    ABŞ Prezidenti Donald Trump Ağ Evdə açıqlama verib. Tramp, "Suriya ilə bağlı bir çox mühüm açıqlama verəcəyik. İŞİD-ı məhv etdiyimizlə bağlı açıqlamanı növbəti 24 saat ərzində edəcəyik" deyib.
    Tramp Rusiya və Avropalı müttəfiqlərin 2 min ABŞ əsgərinin Suriyadan necə çəkiləcəyi məsələsindəki açıqlamanı gözlədiklərini də deyib.
    Müxalifət.az

    Muxalifet3 - 16-02-2019

  2. Ərdoğandan ABŞ-a sərt cavab

    Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
     
    Ərdoğan ABŞ müdafiə naziri vəkili Şanavanın "Koalisiya qüvvələrinin müşahidə qüvvəsi yaratması" təklifinə sərt münasibət göstərib. Ərdoğan, “Müdafiə nazirimiz lazımi cavabı verdi. Fəratın şərqində PYD, YPG terrorçularına qoruma gücü təsis edilməsi söz mövzusu belə ola bilməz" deyib.
     
    BİZ TƏHLÜKƏSİZLİKDƏ OLMALIYIQ
     
    “Suriyada qurulacaq təhlükəsiz bölgə məsələsində irəliləyiş varmı” sualına,

    Muxalifet3 - 16-02-2019

  3. Terror təşkilatları PKK və İŞİD razılaşdı: Gözlər ABŞ-da!

     Terror təşkilatı YPG/PKK ABŞ-ın dəstəyi ilə Fərat çayının şərqindəki İŞİD işğalında olan bütün ərazilər hamısını işğal edib. Beləliklə, ABŞ-ın YPG/PKK-nı dəstəkləmə bəhanəsi də ortadan qalxmış oldu.
     
    Yerli mənbələrdən alınan məlumata görə, YPG/PKK və ABŞ, Suriya-İraq sərhədindəki Deyrizor rayonunun Bagoz mahalında qalan son İŞİD-çı qrupla axşam saatlarında anlaşmaya varıb.

    Muxalifet3 - 16-02-2019

  4. ​Şirkət əməkdaşının GÖZÜ DÖNDÜ: 5 ölü, 6 yaralı - VİDEO

    ABŞ-ın İllinoys ştatının Avrora şəhərində atışma olub. Muxlifet.az xəbər verir ki, hadisə İllinoys ştatında, "Henry Pratt" şirkətinin mənzil qərargahı qarşısında qeydə alınıb. Hadisə zamanı 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və mülki şəxslər də var. Şahidlərin sözlərinə görə, silahlı şəxs lazer nişangahı olan tapança ilə ətrafdakılara atəş açıb. Məlumata görə, hadisəni törədən şəxs zərərsizləşdirilib. Onun boru kəməri istehsal edən korporasiyanın 45 yaşlı əməkdaşı olduğu müəyyən olunub.

    Muxalifet - 16-02-2019

  5. Məxfi Qarabağ danışıqları: ABŞ və Rusiyanın gizli planı var?

    Əliyevlə Paşinyan arasında ilk rəsmi görüş Moskvada, yoxsa Vaşinqtonda olacaq, böyük sülhə aparan “cığır” hansı paytaxtda açılacaq? Rusiya və Ermənistan KİV - lərinin, politoloqların Qarabağla bağlı son gözləntiləri...

    Muxalifet - 16-02-2019

  6. ​Gürcüstanda qeyri-adi avtomobil yarışı keçiriləcək

    Gürcüstanda çox uşaqlı anaların avtomobil yarışı keçiriləcək.
    “Georgia Online” saytının məlumatına görə, yarış martın 3-də Analar günündə Tbilisidə baş tutacaq.
    Bildirilir ki, yarışın keçirilməsinə 5,4 min dollar vəsait ayrılıb.
    Qaydalara əsasən, yarış iştirakçıları uzunluğu 1000 kilometr olan marşrut üzrə hərəkət etməli və finişə birinci çatmalıdır.
    Maşında iki nəfərdən ibarət ekipaj (biri peşəkar sürücü, digəri isə çox uşaqlı ana) olacaq.

    Muxalifet - 16-02-2019

  7. BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ - Ali təhsildə dəyişikliklər

    Kamran Əsədov: “Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb, əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisas əlavə edilib” Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Nazirlər Kabinetinin qərarına əsasən “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib. Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb.

    Muxalifet - 16-02-2019

  8. ABŞ senatorundan Türkiyə və Suriya çıxışı

    ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, ABŞ rəsmilərinin Avropa ölkələrindən Suriyada Türkiyə sərhədi boyunca bir tampon bölgə yaratmaq üçün Suriyaya əsgər göndərmələrini istəyəcəyini, bu qəbul edildiyi təqdirdə, ABŞ prezidenti Donald Trampın da müəyyən sayda Amerikan əsgərini Suriyada saxlamağa razı olduğunu deyib.
     
    Bu sözləri ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, Almaniyanın Münhen şəhərində keçirilən Münhen Təhlükəsizlik Forumunda çıxş edərkən deyib.

    Muxalifet3 - 16-02-2019

  9. ​Azərbaycanlı alimlərdən yeni KƏŞF: Abşeronda banan, avokado yetişdirmək olar

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zümrüd Məmmədova Trend-ə bildirib.

    Muxalifet - 16-02-2019

  10. ​Çeçenistanlı nazirdən Əli Həsənovun açıqlamasına CAVAB: “Səbəbkarlar axtarılır”

    Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib.
    Çeçen nazir bildirib ki, Çeçenistan rəhbərliyi bu hadisə haqqında məlumatlıdır, hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib.

    Muxalifet - 16-02-2019

  11. ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası - şimal qonşumuz çətin durumda...

    Fikrət Yusifov: “Sanksiya zərfini ”cəhənnəmdən sanksiyalar" kimi dəyərləndirirlər"; Əhəd Məmmədli: “ABŞ Rusiyanın dağılmasını istəyirsə...”

    Bir neçə aylıq sakitlikdən sonra ABŞ Rusiyaya qarşı sanksiyaların yeni mərhələsinə başlayır. Strateq.az xəbər verir ki,  bu dəfə sanksiya zərbəsi Rusiyanın bank və enerji sektoruna, dövlət qiymətli kağızlarına, eləcə də gəmiçiqayırma və sıxılmış maye qaz biznesinə aid olacaq.

    Muxalifet - 16-02-2019

  12. ​Mingəçevirdə 34 yaşlı kişi BIÇAQLANDI

    Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
    hadisə Ərəş küçəsində qeydə alınıb.
    Belə ki, 1984-cü il təvəllüdlü şəhər sakini Rəsulzadə Vüsal Yaşar oğlu naməlum şəraitdə bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Hadisənin başvermə səbəbi və kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
    Faktla bağlı araşdırma aparılır./Publika

    Muxalifet - 16-02-2019

  13. Ərdoğandan S-400 və Patriot açıqlaması

    Türkiyə prezidenti Ərdoğan “ABŞ-ın “S-400-lərdən əl çəkmədən Patriot ala bilməzsiniz” tezisini necə qiymətləndirərsiniz” sualını cavablandırıb.
     

    Muxalifet3 - 16-02-2019

  14. ​"Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat

    Hazırda dünyada tam müstəqil dövlət yoxdur.
    360 telekanalın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
    O qeyd edib ki, müasir dünya qarşılıqlı asılılıqlar dünyasıdır.
    Qərbi Avropada baş verənlərə toxunan Putin bildirib ki, Avropa Parlamentinin bütün üzvlər üçün icrası məcbur olan qərarlarının sayı SSRİ Ali Sovetinin ittifaq respublikaları üçün qəbul etdiyi qərarlardan çoxdur.
    “Bu nədir, asılılıq deyilmi?”, - deyə Rusiya prezidenti vurğulayıb./oxu.az

    Muxalifet - 16-02-2019

  15. ​Moskvada çeçenlərlə azərbaycanlılar görüşdülər - VİDEO

    Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən sonra hər iki tərəfin nümayəndələri bir araya gəliblər. 
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, Moskvada toplaşan azərbaycanlı və çeçenlər iki millət arasında ədavətin olmadığını deyərək baş vermiş hadisəni təxribat adlandırıblar. 

    Muxalifet - 16-02-2019

  16. Azərbaycanda övladı olmayan ər və arvad intihar etdi - YENİLƏNİB

    Hacıqabulda intihar edən ər-arvadın həyatı ilə bağlı bəzi detallar məlum olub.
    Əfsanə Mayılova 19 yaşı olanda Sahib Rəsulovla nişanlanıb.
    Lakin Sahib toyu gözləməyib və Əfsanəni qaçırıb. Bu isə qızın atasının qəzəbinə səbəb olub.
    Daha sonra Ə. Mayılovanın hər iki valideyni rəhmətə gedib. 
    Cütlük birlikdə olduğu 15 il müddətində müxtəlif üsullara əl atsa da, valideyn ola bilməyib./Oxu
     
    ***
    10:45
    Hacıqabulda ər və arvad intihar ediblər.

    Muxalifet - 16-02-2019

  17. ​Novruzda veriləcək əfvə daha kimlər düşə bilər? - “Bu məsələnin alver mövzusu olmasını istəyənlər var”

    İslamçı məhbusların siyasi dustaq kimi tanınması ilə bağlı hüquq müdafiə təşkilatlarının siyahılarında fərqliliklər var. Nardaran hadisələrinə görə tutulan, ondan əvvəl həbs edilən dindarları siyasi məhbus saymayanlar da var, sayanlar da.
    Bu fikir ayrılığı zaman-zaman mübahisə doğurur, hüquq müdafiəçiləri arasında dartışmalara gətirib çıxarır. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda həmin şəxs siyasi məhbus adı daşıyır.

    Muxalifet - 16-02-2019

  18. ​Məşhur rok qrup Trampı təhqir etdi

    ABŞ prezidenti Donald Tramp rəqiblərini məsxərəyə qoymaq məqsədilə demokratların onun konqresdəki çıxışına reaksiyasını əks etdirən videoyazı paylaşıb. Bu haqda “MediaITE” nəşri məlumat yayıb. Videoyazıda popular “R.E.M” rok-qrupunun “Everybody Hurts” mahnısından istifadə olunub. Halbuki adı çəkilən qrupun üzvləri Ağ Ev rəhbərinin qatı əleydarlarındandır . Trampın tvitində onların mahnılarından fon musiqisi olaraq istifadə olunmasına görə qrupun üzvü Mayk Mils od püskürüb. O ABŞ prezidentini təhqir edərək, “dünya lideri özünü axmaqlığa qoyur” ismarıcını paylaşıb.

    Muxalifet - 16-02-2019

  19. "Bavariya"dan əzmkar qələbə - VİDEO

    Almaniya Bundesliqasında 22-ci tur start götürüb.
    Muxalifet.az xəbər verir ki, Münhen "Bayern"i səfərdə "Auqsburq"a 3:2 hesabı ilə qalib gəlib.
    Bundesliqada turnir cədvəlinə 50 xalla Dortmund "Borussiya"sı başçılıq edir. "Bayern" 48 xalla 2-cidir. 18 xalı olan "Auqsburq" 15-ci sırada qərarlaşıb.
    "Auqsburq" - "Bayern" - 2:3
    Qollar: Leon Qoretska, 1 (avtoqol), Ji Donq Von, 23 - Kinqsli Koman, 17, 45, David Alaba, 53

    Muxalifet - 16-02-2019

  20. ​Məişətdə istifadə edilən 5 təhlükəli əşya - Xərçəng əmələ gətirir

    Bir çox insan sağlam bir həyat tərzi keçirdiyini düşünsə də məişətdə və gündəlik həyatda istifadə etdiyi əşyaların tərkibində sağlamlıq üçün təhlükəli olan kimyəvi maddələrin olduğundan xəbərsizdirlər. Alimlər sağlamlığa zərər vuran məişət ləzavimatları haqda bir sıra məlumatlar veriblər.
    Muxalifet.az Medicina.az-a istinadən xərçəngə səbəb olan 5 ev əşyasını təqdim edir:

    1) Plastik

    Muxalifet - 16-02-2019

Pages