Axtarış

The search found 105785 results in 0.028 seconds.

Search results

  1. ​Avtobus gənc qadını vurub öldürdü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Video

    İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İsmayıllının mərkəzində şəhər daxili işləyən avtobus piyadanı vurub. Hələlik kimliyi bəlli olmayan gənc qadın hadisə yerində ölüb.
    Qəzada ölən 1994 il təvəllüdlü İsmayıllı şəhər sakini, Bağıyeva Nərgiz Asif qızıdı. Gənc qızın İsmayıllı rayon mərkəzi xəstəxanasında işlədiyi bildirilir. 
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet - 15-02-2019

  2. ​Çindən olan smartfon brendləri Avropadakı rəqiblərini sıxışdırıb çıxardır

    Canalys adlı tədqiqat şirkəti 2018-ci ildə Avropadakı smartfon bazarının vəziyyəti üzrə hesabatı təqdim edib. Analitiklər qeyd ediblər ki, Çindən olan brendlər Avropadakı mövqelərini gücləndirirlər və artıq bazarın 1/3 hissəsini idarə edirlər. Bunu sübut edən bir fakt da ondan ibarətdir ki, flaqman smartfonların satışları getdikcə aşağı düşür. Bu barədə GSMarena saytı xəbər verib. 2018-ci ildə Qərbi Avropa regionunda 128 milyon ədəd smartfon satışa çıxıb. Ümumilikdə Avropanı smartfon ilə təchiz etmə göstəricisi 1 il ərzində 4% aşağı düşüb.

    Muxalifet - 15-02-2019

  3. Üç deputata yeni vəzifə verilir

    Milli Məclisin Gənclər və idman komitəsinin tərkibinə dəyişiklik edilir.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
    Belə ki, deputatlar Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanovun Gənclər və idman komitəsinin üzvləri seçilməsi təklif olunur.
    Deputatlar Adil Əliyev və Rauf Əliyevin isə komitənin üzvlüyündən çıxarılması təklif edilir.
     

    Muxalifet3 - 15-02-2019

  4. ​Şəmkirdə 26 yaşlı gənc çayxanada BIÇAQLANDI

    Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet.az "qafqazinfo"-a istinadən xəbər verir ki, rayonun Könüllü kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Kənan Qərib oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriıib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, gənc kənddə olan çayxanada mübahisə zəminində bıçaqlanıb. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 15-02-2019

  5. Rus təyyarələri hərəkətə keçdi: Yapon dənizində...

    Rusiyanın strateji bombardman təyyarələri Yapon dənizi üzərində təlim uçuşları həyata keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
    Nazirliyin məlumatına əsasən, Tu-95 təyyarələri Yapon dənizi ilə yanaşı, Oxot dənizi və Sakit okeanın qərbində planlı şəkildə təlim uçuşlarını reallaşdırıb. Pilotlar 15 saatdan artıq havada qalıblar, təyyarələrə yanacaq havadaca vurulub.
     

    Muxalifet3 - 15-02-2019

  6. Yüzlərlə etirazçı İrəvan-Tbilisi dəmiryolunu BAĞLADI: “Paşinyan niyə maraqlanmır?” - VİDEO

    Ermənistanın şimal-şərqindəki Alaverdi şəhərində yerləşən mis emalı zavodunun yüzlərlə işçisi bu gün yenə etiraz aksiyası keçirərək, dövlət əhəmiyyətli İrəvan-Tbilisi dəmiryolunu bağlayıblar.
    “Novosti Armeni” informasiya agentliyi xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyan, yaxud onun birinci müavini Tiqran Avinyan ilə görüş tələb edirlər. 
    Alaverdi şəhərinin yüzlərlə sakininin aksiyaya qoşulması ilə etirazlar kütləvi xarakter alıb. 

    Muxalifet - 15-02-2019

  7. Xocasən-Lökbatan yolu bərpa olunur - Video

    Xocasən-Lökbatan yolunun 11 km-lik hissəsinin bərpası işlərinə start verilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
    Məlumata görə, başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocahəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.

    Muxalifet3 - 15-02-2019

  8. Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR

    Ağırlıqqaldırma üzrə Ermənistan yığması daha bir qalmaqala imza atıb. Erməni yığma komandası beynəlxalq yarışlardan uzaqlaşdırılır. 

    Bu haqda Beynəlxalq Ağır Atletika Federasiyası məlumat yayıb. Federasiyasının yaydığı məlumatda bildirilir ki, ağırlıqqaldırma üzrə qadınlardan ibarət Ermənistan yığmasının üzvü Melina Dilazyanın əslində kişi olması bu ölkənin sərt cəzalandırılmasına səbəb olacaq.

    Federasiya açıqlamasında bildirib ki, bu fakt sübuta yetrilsə, erməni idmançılar 5 il beynəlxalq yarışlardan uzaqlaşdırılacaq. 

    Muxalifet3 - 15-02-2019

  9. Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Çexiyada saxlanıldı

    Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs xarici ölkədə tutulub.
    “Report”un xəbərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə “İnterpol” xətti ilə axtarışda olan Kərimov Nizami Qulam oğlu Çexiya Respublikasında saxlanılıb.
    Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

    Muxalifet - 15-02-2019

  10. Vəba təhlükəsi: Türkiyədən gətirilən bu məhsullarda...

    Türkiyədən və Almaniyadan Rusiyaya daxil olan meyvə və tərəvəzlərdə (portağal, Naringi, qreypfrut, armud, limon, xiyar, alma və s.) parazitlik edən “Apocephalus paraponerae” növünə aid olan çoxzəhərli qozbel milçəklər aşkar edilir. Belə xəbərdarlıqla Rusiyada kənd təsərrüfatı məhsullarına nəzarəti həyata keçirən “Rosselxoznadzor” çıxış edib.

    Muxalifet3 - 15-02-2019

  11. Putin zədəsindən danışdı

    Rusiya prezidenti Vladimir Putin Soçidə məşqdə aldığı zədədən danışıb.
    RİA “Novosti"nin məlumatına görə, o, zədəsinin ağır olmadığını bildirib.
    “Bir az dartdım, dırnağım çıxdı”, - deyə o vurğulayıb.
    Putin zarafatla “qız deyiləm, ağlamayacağam” deyərək rusiyalı qadın cüdoçuların ən yaxşılardan olduğunu bildirib.
     

    Muxalifet3 - 15-02-2019

  12. Baş nazir bu vəzifəsini ona etibar etdi

    Yunanıstan Baş naziri Aleksis Çipras yeni təyinata imza atıb.
    Muxalifet.az xəbər verir ki, Çipras Avropa ilə əlaqələr üzrə məsul nazirin müavini Yorqos Katruqallosu xarici işlər naziri təyin edib.
    Qeyd edək ki, bundan öncə XİN rəhbəri Nikos Kocias idi.
    O, bir müddət əvvəl postundan istefa verdiyi üçün Çipras onun da vəzifəsini icra edirdi.
     

    Muxalifet3 - 15-02-2019

  13. "Qarabağ adı ilə başqa təşkilatların yaradılmasını istisna etmirəm"- PƏNAH HÜSEYN

    Bu həftənin diqqəti cəlb edən hadisələrindən biri də Qarabağ Komitəsinin daxilində yaşananlar oldu.Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun istefası ilə başlanan məsələlər qurumun içərisində hansısa çox ciddi proseslərin getdiyi mənzərəsini yaradıb. Hətta Komitənin parçalandığı, fəaliyyətinə son verilə biləcəyi kimi söz-söhbətlər də yayılıb.

    Qarabağ Komitəsində yaşananlarla bağlı qurumun İdarə Heyətinin üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn musavat.com-a müsahibəsində aydınlıq gətirib.

     

    Muxalifet4 - 15-02-2019

  14. ABŞ-dan Venesuelaya qarşı növbəti həmlə...

    ABŞ Maliyyə Nazirliyi daha beş Venesuela vətəndaşını sanksiya siyahısına əlavə edib.
    Həmin şəxslər arasında Venesuelanın neft-qaz şirkətinin rəhbəri Manuel Qyuvedo, ölkənin Xüsusi Təyinatlı Polis Qüvvələrinin rəhbəri Rafael Bastardo və digərləri var./Axar

    Muxalifet - 15-02-2019

  15. NATO-dan nüvə silahı ilə bağlı qorxunc - Xəbərdarlıq

    Alyans Avropada nüvə silahı yerləşdirməyi planlaşdırmır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Münhendə çıxışı zamanı deyib.
    O eyni zamanda bildirib ki, ittifaq Yaxın və Orta mənzilli raketlərlə bağlı müqavilənin gələcək taleyindən dolayı sadəlövhlük nümayiş etdirməyəcək:
    “Bu gün bütün nüvə silahlarına nəzarətlər rejimləri təhlükədədir”.
    Rusiya təfərindən təkmilləşdirilən SSC8 raketləri barədə danışan baş katib əlavə edib ki, indi Avropa şəhərləri təhlükə altındadır:

    Muxalifet3 - 15-02-2019

  16. Tərxunun bilmədiyiniz 10 FAYDASI

    Dadı ilə digər göyərtilərdən fərqlənən tərxun faydası ilə də adından söz etdirir. Muxalifet.az axşam.az-a istinadən tərxunun bilmədiyiniz faydaları haqda məlumat verir: 1. Həzm prosesini yaxşılaşdırır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O, mədənin fəaliyyətini gücləndirir. 2. Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir. Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir. 3. Bu bitkidən tənəffüs yollarının müalicəsi zaman da istifadə edirlər. 4.

    Muxalifet - 15-02-2019

  17. Tramp Rusiya və Çinin yardımından danışdı

    Koreya yarımadasında denuklarizasiya ilə bağlı Çin və Rusiya yardımını əsirgəmir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
    “Rusiya, Çin bizə yardım edir. Gördüyünüz kimi biz Cənubi Koreya və Yaponiya ilə də sıx əməkdaşlıq edirik”, - deyə Ağ Ev rəhbəri bildirib.
     

    Muxalifet3 - 15-02-2019

  18. ​ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARI: 40 ton qızıl və 17 ton gümüş...

    Rusiya, İran və Türkiyənin liderlərinin Soçi görüşünün nəticələrinə əsasən, aydın olur ki, Moskva Suriyada öz mövqelərinin möhkəmləndirilməsi üzrə xəttini davam etdirəcək. Əgər iqtisadi nöqteyi-nəzərindən problemə baxsaq, Rusiya çətin ki, münaqişənin həllində iştirakdan dividentlər alacaq. Rusiya Bəşər Əsədin dəstəyi üçün hərbi və maliyyə resurslarını xərcləməyə davam edir. ABŞ-ın mövqeyindən görünür ki, onun Suriyadan gedişi aktiv bombardmanlarla və İŞİD terrorçuları ilə ticarətlə müşayiət olunur.

    Muxalifet - 15-02-2019

  19. Bu şəxslər 2500 manat CƏRİMƏLƏNƏCƏK — SİYAHI

    Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

    Muxalifet3 - 15-02-2019

  20. İstanbulda zəlzələ: Əhali təşvişdə...

    İstanbul şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 19:14-də meydana gəlib.
    Zəlzələnin episentri isə 11 km dərinlikdə yerləşib.
    Təbiət hadisəsi ilə bağlı əlavə məlumat verilmir. Dağıntı və tələfat yoxdur.
    Zəlzələdən dolayı əhali arasında ciddi təşviş yaşanıb.
     

    Muxalifet3 - 15-02-2019

Pages