Axtarış
The search found 105785 results in 0.04 seconds.
Search results
Prezident Siyavuş Novruzovla bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün Siyavuş Novruzovun 50 yaşı tamam olur.Muxalifet - 16-02-2019
ADPU RƏHBƏRLİYİNDƏN DAHA BİR ŞİKAYƏT – Xanım Mehdiyeva: “İşdə qalmağım üçün məndən rüşvət istədilər…”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun bu vəzifəyə təyin edildikdən sonra çox sayda təcrübəli kadrı işdən çıxarması və onları özünün təcrübəsiz qohumları, ya da hansısa məmurların yaxını olan qeyri-peşəkar kadrlarla əvəzləməsi barədə şikayətləri saytımızda dərc etmişdik. Qeyd etmişdik ki, belə iddia irəli sürənlərdən biri də ADPU-nun keçmiş əməkdaşı Arzu Əliyevadır. Hansı ki, oxucularımız artıq Arzu xanımın müsahibəsi ilə tanışdır.
Muxalifet4 - 16-02-2019
30 yaşlı qadının törətdiyi QORXUNC QƏTL: Eltisinə hirslənib onun qıznın boğazını kəsdi - FOTO
Hindistanda dəhşətli hadisə yaşanıb.
Eltisi ilə dalaşan qadın onun qızının boğazını kəsərək qanını içib.
Cani qadın bu hadisəni törətdikdən sonra kənd sakinləri tərəfindən tutularaq ağaca bağlanıb. Hadisə yerinə polis çağıran kənd sakinləri onun qaçmasına mane olublar. Qadın 6 yaşlı qızı 4 yaşlı bacısının gözləri önündə boğazını kəsərək öldürüb.
30 yaşlı Vamthala Rasmo adlı qatil qadın bu hadisəni öldürdüyü qızın anası ilə dalaşdığı üçün törətdiyi bildirilir.
Muxalifet - 16-02-2019
Rektordan təqaüdlərin artırılmasına münasibət
Prezident İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı sərəncamları təkcə humanitar müstəvidə deyil, eyni zamanda, ictimai-siyasi müstəvidə də son dərəcə böyük rezonans doğuran, son dərəcə dəyərli qərardır.
Bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla deyib.Muxalifet - 16-02-2019
Fazil Mustafa: Bu hadisə Azərbaycan-Çeçenistan dostluğuna heç bir zərər verə bilməz
Azərbaycan və çeçen xalqları arasında hər zaman dostluq, qarşılıqlı etimad münasibətləri olub. Bu, bir çox qüvvələri narahat edir. Xüsusi qüvvələr var ki, xırda, şəxsi xarakterli hər hansı təxribatçı hərəkətlərlə bu münasibətləri korlamağa çalışırlar.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.Muxalifet - 16-02-2019
ABŞ-ın vitse prezidentindən Türkiyəyə S-400 təhdidi
Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse prezidenti Mayk Pens çıxış edib.
Pens-in gündəmində Türkiyənin Rusiyadan satın alacağı S-400 havadan müdafiə sistemləri də vardı. ABŞ-ın vitse-prezidenti, “NATO müttəfiqləri Şərqdən silah alarkən ABŞ buna seyrçi qala bilməz " deyərək dolayısı ilə Türkiyəyə işarə edərək təhdid edib.
Pens eyni zamanda, Trampı təkrar edərək NATO müttəfiqlərinin müdafiə xərclərini artırması lazım olduğunu söyləyib.Muxalifet3 - 16-02-2019
İnqilabın 40 illiyi, repressiyalar və türklər
Bu həftə İranda İslam İnqilabının 40 illiyi qeyd edildi. 1979-cu il fevralın 11-də baş verən hadisələr ABŞ-ın dəstəklədiyi İran şahı Məhəmməd Rza Pəhləvinin süqutu və islamçıların hakimiyyətə gəlişi ilə nəticələndi. Birləşmiş Ştatlarla onillərdir düşmənçilik fonunda İran İslam Respublikası hərbi gücünün artırılması və Yaxın Şərq regionunda nüfuzunun güclənməsinə çalışıb. Azərbaycanın İranda keçmiş səfiri Nəsib Nəsibli Amerikanın Səsinin "Amerika İcmalı" proqramında müsahibəsində İran inqilabının tarixi dərsləri və İranda yaşayan azərbaycanlıların durumu haqda danışıb.
Muxalifet3 - 16-02-2019
Bakı metrosunda QANLI HADİSƏ: qatarda bıçaqlandı - VİDEO
“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, yaralanan şəxs təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
“Hadisə qatar “28 May” stansiyasından “Gənclik” stansiyasına gələrkən saat 16:00 radələrində baş verib. Şəxsiyyəti məlum olmayan bir nəfər Şəmistan Quliyevi döş qəfəsindən bıçaqla yaralayıb. Dərhal təcili yardıma məlumat verilib. “Gənclik” stansiyasında təcili yardım briqadası oğlana ilkin yardım göstərərək xəstəxanaya aparıb. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil”.Muxalifet - 16-02-2019
Novruzqabağı əfvlə "siyasi məhbusları" azad edə bilərmi?
Hər Novruz bayramında verilən əfv fərmanından bu dəfə ictimai fəalların, hüquq müdafiəçilərinin gözləntiləri yüksəkdir. Onlar gözlənən əfv fərmanı ilə ölkədə "siyasi məhbus probleminə" son qoyulacağını düşünürlər.
Dövlət Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, hazırda 200-ə qədər müraciət baxıblar və proses hələ də davam edir.Muxalifet3 - 16-02-2019
Ermənistan ordusunun qəssabxanası - “Mehrab”
2016-2018-ci illər ərzində Tavuş vilayətinin “Mehrab” adlanan hərbi hissəsində Armavir vilayətindən iki əsgər ardıcıl intihar edib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 3 iyul 2016-cı ildə Arsen Mxitaryanın intihar etdiyi deyilsə də, yaxınları bunun intihar yox, qətl olduğunu iddia edirlər.
Bildirilir ki, silahda heç bir barmaq izi yoxdur, ölümə səbəb olan güllənin gilizi yoxdur. Arseni xidmət etməyə qoymadıqlarına dair şayiələr gəzir. Ölüm işində təsirləndirilən şəxslər isə yüksək rütbəli məmurlar tərəfindən himayə edilib.Muxalifet3 - 16-02-2019
Habil Məmmədovla bağlı gizli faktlar ÜZƏ ÇIXDI: o, ayda 120 min manat...
Vergilər Nazirinin sabiq müşaviri, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsində işləyən Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxıb.
Muxalifet - 16-02-2019
Tələbələr daha çox təqaüd alacaq, ödənişsiz yerlər artacaq… - ÜSTƏLİK KREDİT DƏ GÖZLƏNİLİR
Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün prezident təqaüdünün artırılmasını nəzərdə tutan sərəncamlar imzalayıb. Sərəncamlar dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq göstəriciləri yaxşı olan bütün tələbələrə şamil ediləcək.
Muxalifet - 16-02-2019
Sumqayıtda YANĞIN: 30 nəfər təxliyə edildi
Sumqayıt şəhərində yanğın olub.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə və bitişik digər binanın dam örtüyü 1 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 16-02-2019
“Müharibə çoxlarının düşündüyündən daha da yaxındır” - Xramçixin
Rusiyanın “Nezavisimaya qazeta” jurnalı Qarabağ münaqişəsi mövzusu ilə bağlı “Dağlıq Qarabağ Zaqafqaziyanın barıt çəlləyi” başlıqlı geniş məqalə nəşr edib.
Məqalənin müəllifi siyasi və hərbi təhlil institutunun direktor müavini Aleksandr Xramçixindir.
Məqalədə beynəlxalq hüququn müasir normaları baxımından sərhədlərin toxunulmazlığı (Azərbaycan lehinə) və xalqların öz müqəddəratını təyin etmək hüququ (Ermənistanın lehinə) arasında tipik bir klassik və həll olunmaz ziddiyət olduğunu vurğulayan müəllif münaqişənin xronologiyasını ətraflı izah edir.Muxalifet3 - 16-02-2019
ŞOK: İstanbulda 4 mərtəbəli bina çökdü - VİDEO
İstanbulun Balat bölgəsindı 4 mərtəbəli köhnə bir bina çökdü.
Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, hadisə yerinə təhlükəsizlik əməkdaşları gəlib.
Çökən binanın boş olduğu məlum olub. Həmçinin çökmə baş verəndə ətrafda heç kim olmayıb.
Rəsmilər vətəndaşlardan yol dar olduğuna görə maşınlarını çəkmələrini istəyib.Muxalifet - 16-02-2019
Azərbaycandakı böyük obyektlərə VAXT VERİLDİ
Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb.
Qərara əsasən, 2023-cü ilin əvvəlinədək ölkənin bütün vergi ödəyiciləri olan obyektlərində real vaxt rejimində fəaliyyət göstərən kassa aparatları quraşdırılmalıdır.
Bu sırada Azərbaycanda fəaliyyət göstərən şadlıq evləri, avtomobil satışı ilə məşğul olan obyektlər və mebel salonları da var.Muxalifet - 16-02-2019
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
Avropalıların fikrincə, həmin vaxt 72 yaşa çatacaq Kremlin sahibi hakimiyyəti verməyə də bilər
Məlum olduğu kimi, 2024-cü ildən sonra Vladimir Putin yenidən prezidentliyə öz namizədliyini irəli sürə bilməz. Lakin onun hakimiyyətdə qalması üçün bir sıra konstruksiyalar işlənib hazılanıb.
Fransanın “Les Echos” qəzetinin Moskva yazarı Benjamen Kenelin məqaləsində Rusiyada yuxarı dairələrdə hazırda Putinin gedişi barədə düşünmək cəsarətinin belə olmadığını qeyd edir.Muxalifet3 - 16-02-2019
ABŞ-la Hindistan Pakistana qarşı birləşdi – Boltonla razılaşma
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla onun hindistanlı həmkarı Adcit Doval arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Pakistan ərazisində terrorçuların gizlənməsi praktikasına qarşı birgə mübarizə barədə razılaşıblar. Telefon danışığının təşəbbüskarı Amerika tərəfi olub.
Tərəflər həmçinin Pakistanın BMT qətnamələrinin icrası üçün məsuliyyət daşıdığı barədə müzakirə aparıblar. Bolton Davola Hindistanın özünümüdafiə haqqını ABŞ-ın tanıdığını bildirib.Muxalifet3 - 16-02-2019
Renkayla Kərimin rəqsi tənqid edildi - VİDEO
Xəbər veridiyimiz kimi, ötən gün rəqqasə Renka özünə ad günü edib.
Muxalifet.az xəbər verir ki, gecədə diqqətçəkən digər məqam isə Renka ilə müğənni Kərim Abbasovun rəqsi olub.
Onlar “Bailando” mahnısına rəqs edib. Sosial şəbəkələrdə rəqsin videosu paylaşılsa da, birmənalı qarşılanmayıb.
İzləyicilər hər iki məşhuru tənqid edib.Muxalifet - 16-02-2019
Dubay mifi dağılır, qiymətlər düşür - Ekspert
Dubayda daşınmaz əmlak qiymətləri son 5 ildə ortalama 25%, bahalı lüks seqmentdə isə 50%-ə yaxın aşağı düşüb. “Bürc Xəlifə”də studia mənzillər 2014-cü ildə 1 milyon dollara satılırdısa, bu gün 550 min dollara satışa çıxarılıb, amma alıcı tapılmır.
Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Dubay sahili ortalarında 300 süni ada yaradılması ilə başlayan "The World" adlı layihədə yalnız bir adanın üzərində tikinti aparılıb:Muxalifet3 - 16-02-2019