Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. "Qarabağ"dan növbəti qələbə...

    Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulub.
    Muxalifet.az xəbər verir ki, "Qarabağ" "Tofiq Bəhramov"da "Qəbələ"ni qəbul edib.
    Ağdam klubu lider "Neftçi"nin büdrəməsindən maksimum yararlanıb.
    Qurban Qurbanovun komandası 2:1 hesablı qələbə qazanaraq "ağ-qaralar"la xal fərqini minimuma endirib.
     

    Muxalifet3 - 17-02-2019

  2. ​Tanınmış alimdən ŞOK SÖZLƏR: İnsanlara donuz orqanları...

    Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsi üzrə tədqiqatlar aparılır. Bu məqsədlə genetikası dəyişdirilmiş donuzlar ən ideal seçimdir. Çünki onların orqanları insan orqanlarına çox bənzəyir. Daha əvvəl donuzun qara ciyərinin köçürülməsi həyata keçirilib, lakin müsbət nəticə əldə edilməyib. Bu istiqamətdə tədqiqatlarımız davam edir. Növbəti beş ildə donuzdan insana qara ciyər köçürülməsinə nail olmağa çalışacağıq.

    Muxalifet - 17-02-2019

  3. İrandan İsarilə müharibə mesajı - RƏSMİ

    İsrail və ABŞ-ın Yaxın Şərqdəki əməlləri müharibəyə doğru aparır.
    Muxalifet. xarici KİV-ə istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
    “Əlbəttə ki, bəzi insanlar müharibə axtarır... İsrail”, - deyə o vurğulayıb.
    Zərif İsraili Suriyanı bombaladığına görə beynəlxalq hüququ pozmaqda günahlandırıb və Avropanı hərəkətsizliyə görə ittiham edib.
    “Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yummaqda davam edəcəksinizsə, risk daha böyük olacaq”, - deyə o vurğulayıb.
     

    Muxalifet3 - 17-02-2019

  4. ​"Lotu Quli"nin 3 adamı tutuldu: polis basqını - FOTO/VİDEO

    Ukraynanın Odessa şəhərində güc strukturlarının apardığı əməliyyat tədbirləri çərçivəsində qanuni oğru “Lotu Quli”nin (Nadir Səlifov) 3 adamı saxlanılıb.

    Muxalifet - 17-02-2019

  5. ​Əsgərlik gənclərimiz üçün yük olmayacaq - Prezident

    Bədəlli hərbi xidməti daimi edirik. Əsgərliyi gənclərimizə bir yük olmaqdan xilas edəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir mitinqində çıxışı zamanı deyib.
    Dövlət başçısı bildirib ki, təhsil səviyyəsindən asılı olmayaraq hər bir kəs bədəlli şəkildə hərbi xidmətini icra edə biləcək.
     

    Muxalifet3 - 17-02-2019

  6. Xəbərdarlıq: Azərbaycanda vulkan püskürəcək

    Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.
    Muxalifet.az xəbər verir ki, bu barədə Xəzər Xəbər-ə Geologiya və Geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib.
    O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaranabilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.
    Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb.

    Muxalifet3 - 17-02-2019

  7. Çempionlar Liqasının növbəti oyunlarına hakim təyinatları

    UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin Lyon - Barcelona və Liverpool - Bayern Münich oyunları üçün təyinatları açıqlayıb.
    Muxalifet.az bildirir ki, goal.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, franzıslarla ispanların duelini Cüneyt Çakır idarə edəcək. Türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Engün köməklik edəcəklər. 4-cü hakim funksiyasını Halis Özkahya yerinə yetirəcək. VAR (videotəkrar) hakimləri isə Hollandiyadan Danni Makkeli və Kamfus Yohem olacaqlar.

    Muxalifet3 - 17-02-2019

  8. Rok qrup Trampın paylaşımını sildirdi

    ABŞ prezidenti Donald Trampın Twitter-də paylaşdığı status müəllif hüquqlarını pozduğuna görə silinib.
    Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti  konqresdə çıxışı zamanı demokratların onun çıxışına göstərdiyi reaksiyanı əks etdirən videoçarx paylaşıb. 
    Videoçarxda R.E.M. rok qrupunun “Everybody Hurts” (Hamıya ağır ola bilər) adlı musiqi parçasından istifadə olunub.
    Rok qrup prezidentin paylaşımına mənfi reaksiya göstərdiyinə görə, sosial şəbəkə Trampa qadağa qoyub.
     

    Muxalifet3 - 17-02-2019

  9. Solsberi kilsəsindən nəhəng Rusiya bayrağı asıldı

    Naməlum şəxslər Solsberi kilsəsindən nəhəng Rusiya bayrağını asıblar.
    Spire FM-in məlumatına görə, bayraq fevralın 17-də gecə asılıb və səhər saatlarında insanların diqqətini cəlb edib.
    Bu insident Britaniya parlamentinin Solsberidən olan deputatı Con Qleni hiddətləndirib. 
     “Ötən il Solsberidə baş vermiş ciddi hadisələri ələ salmaq, bu nə ağılsız addımdır?”, - deyə o, Rusiya hərbi kəşfiyyatının sabiq zabiti Sergey Skripal və qızının zəhərlənməsinə işarə edərək “Twitter”də yazıb. 
     

    Muxalifet3 - 17-02-2019

  10. Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ

    Hər uşaq fərqli dünyaya gəlir və doğulduqdan sonrakı müddətdə əqli və fiziki inkişafında fərqliliklər görülə bilir. Ailələrin ilk doğulduğu andan 1 yaşına qədər olan müddətdə uşaqlarını yaxından izləməsi irəli zamanlarda yaranan problemlərin önünə keçmək üçün böyük önəm qazanır. Muxalifet.az xəbər verir ki, türkiyəli mütəxəssislər aşağıda adları çəkilən xüsusiyyətləri bacarmayan uşaqların valideynlərini diqqətli olmağa çağırıraq onları xəbərdar ediblər.

    Muxalifet3 - 17-02-2019

  11. ABŞ "gözəgörünməz"i inventara daxil etdi

    USS Tulsa (LCS-16) gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.
    Muxalifet.az xəbər verir ki, sözügedən gəmilər radarlara görünməməsi üçün xüsusi cihazlarla təchiz edilib.
    Gəminin donanmaya qəbul edilməsi ilə bağlı təntənəli mərasim San-Fransiskoda keçirilib.
    USS Tulsa gəmisi donanmada bu sinfə aid sayca 15-ci gəmi olub. ABŞ donanması komandanlığı bu sinfə aid gəmilərin sayını 34-ə çatdırmaq niyyətindədir.
     

    Muxalifet3 - 17-02-2019

  12. Kadırov Hüseyn Həsənovla fotosunu paylaşdı - Böyük jest

    Çeçenistan lideri Ramzan Kadırov azərbaycanlı bloger Hüseyn Həsənovla birgə fotosunu İnstaqram səhifəsində paylaşıb.
    Muxalifet.az xəbər verir ki, fotonun nə zaman çəkildiyi məlum deyil.
    Lakin onun məhz bu dönəmdə, azərbaycanlılarla çeçenlərin insidenti fonunda paylaşılması diqqət çəkib.
    Şübhəsiz ki, çeçen lider bununla hər iki xalqın uzun illərə söykənən dostluq, qardaşlıq əlaqələrinə işarə etmək istəyib.
     

    Muxalifet3 - 17-02-2019

  13. ​Ölkəmizə 56 mindən çox gürcüstanlı gəldi

    Ötən ay Azərbaycana 56 462 Gürcüstan vətəndaşı səfər edib.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilir.
    Bu göstərici ilə Azərbaycan Gürcüstan vətəndaşlarının yanvarda Türkiyədən sonra ən çox üz tutduğu ikinci ölkə olub. Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı 116 220 nəfər təşkil edib ki, onların 32-nin ölkəyə girişi qadağan olunub.
    Yanvarda yalnız 1 Gürcüstan vətəndaşı Azərbaycana buraxılmayıb.

    Muxalifet3 - 17-02-2019

  14. Cəlilabadda daşqın: Komissiya yaradıldı

    Cəlilabad rayonunda intensiv yağıntılar nəticəsində ötən gün baş vermiş çay daşqını ilə əlaqədar olaraq komissiya yaradılıb.
    Muxalifet.az xəbər verir ki, komissiya sel sularının yaratdığı fəsadları aradan qaldırması məqsədilə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən yaradılıb. Hazırda komissiya təsərrüfatlara dəyən ziyanı hesablayır.

    Muxalifet3 - 17-02-2019

  15. Pxenyan öldürücü zərbəyə hazırlaşır - Gizli proqram

    Şimali Koreya administrasiyası aeroportlardan və digər mülki obyektlərdən istifadə edərək özünün ballistik və raket proqramını gizlicə inkişaf etdirir.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.
    “Ekspert komissiyası müəyyən edib ki, Pxenyan öldürücü zərbələrin hazırlanması üçün mülki və sosial obyektlərdən öz məqsədləri üçün istifadə edir. Həmin obyektlər əsasən magistral yolların kənarında və nəqliyyat yollarının qovşağında yerləşir”, - deyə məlumatda bildirilib.
     

    Muxalifet3 - 17-02-2019

  16. Dünya çempionumuz Dubayda gümüş medalla kifayətləndi

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa turniri başa çatıb.
    Muxalifet.az xəbər verir ki, dünya çempionumuz İrina Zaretskya (-68 kq) finalda misirli Fəryal Abdeləzizə 1:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
    Kişilərdən ibarət kata millimiz isə bürünc medal uğrunda görüşdə İspaniyaya 23.74:25 hesabı ilə uduzaraq medalsız qalıb.
    Beləliklə, yenə də Azərbaycana medalları dünya çempionlarımız qazandırıb. Bundan əvvəl beşqat dünya çempionumuz Rafael Ağayev (-75 kq) bürünc medal qazanmışdı.
     

    Muxalifet3 - 17-02-2019

  17. İran qanadlı raketlərlə silahlanmış sualtı qayığını nümayiş etdirdi

    Bazar günü İran öz “Fateh” adlı yeni hərbi sualtı qayığı nümayiş etdirib.
    Muxalifet.az xəbər verir ki, prezident Həsən Ruhaninin də iştirak etdiyi mərasim İranın cənubunda yerləşən Bəndər - Abbas liman şəhərində  baş tutub.
    Yeni hərbi sualtı qayıq ən müasir silahlarla, mina, torpeda və qanadlı raketlərlə təchiz edilib.
    O 200 metrə qədər dərinliyə dala və 5 həftəyə qədər su altında fasiləsiz işləyə bilir.
     

    Muxalifet3 - 17-02-2019

  18. Putin və Ərdoğan yenidən görüşəcək

    Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu ilin aprel ayında yenidən Moskvada görüşəcək.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
    Onun sözlərinə görə, iki ölkənin liderləri yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclasında, həmçinin Rusiya və Türkiyənin birgə təşkil etdiyi qarşılıqlı mədəniyyət ilinin açılışında iştirak edəcəklər.
    Bu görüş 2019-cu ilin əvvəlindən prezidentlər arasında keçirilən sayca 3-cü görüş olacaq.
     

    Muxalifet3 - 17-02-2019

  19. Ekspertdən Təhsil Nazirliyinə 7 MÜHÜM TƏKLİF

    Qubad İbadoğlu, ADR Hərəkatının sədri

    Fevralın 14-də prezident tələbələrin təqaüdlərinin artırılması ilə bağlı fərman verib. Fərmana görə, 2019- cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20 faizə yaxın artacaq, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 000 vahid artırılacaq.

    Muxalifet4 - 17-02-2019

  20. Saakaşvili erməni olmadığını genetik testlə SÜBUT ETDİ - Foto

    Müasir tarixdə Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün Feysbuk səhifəsində yazıb.
    O, etnik azərbaycanlı və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına dayanıqlı dəstəyin olmasını belə izah edib:

    Muxalifet3 - 17-02-2019

Pages