Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Ərdoğandan Putinə zirehli maşın sualı

     Soçi görüşündə Türkiyə prezidenti Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında keçən “zirehli maşın” dialoqu sosial mediada böyük ictimai diqqətə səbəb olub.
     
    Prezident Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə bir araya gəldiyi Soçi sammitində Ərdoğan ilə Putin arasındakı maraqlı bir dialoq yaşanıb.
    Ərdoğan minəcəyi avtomobilə işarə edərək, "Zirehlidir görəsən" deyə soruşub.
    Ərdoğanın bu sualına qarşılıq Putin maşının şüşəsinə vuraraq "Yox, region zirehlidir" deyə cavab verib.

    Muxalifet3 - 18-02-2019

  2. ​Azərbaycanda yol qəzasında 2 nəfər ölüb, 21 nəfər xəsarət aldı

    Fevralın ayının 16-dan 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
    DİN-in mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 45 cinayətin üstü “isti izlər”lə açılıb.
    Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.

    Muxalifet - 18-02-2019

  3. Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb

    Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
    Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

    Muxalifet - 18-02-2019

  4. ​Azərbaycanda siqaret qiyməti BAHALAŞDI

    Azərbaycanda siqaret bahalaşıb.
    Muxalifet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, qiyməti 2.50 AZN-yə qədər olan siqaretlərdə artım 20 qəpik, 2.50 qəpikdən baha satılanlarda isə 30 qəpik olub.
    Satıcılar həmçinin müxtəlif ərzaq məhsullarında da bahalaşma olduğunu bildirirlər.

    Muxalifet - 18-02-2019

  5. "Bu, bəzi iqtidar nümayəndələrinə sərf eləmədi və deputatları kənarlaşdırdılar" - VAHİD ƏHMƏDOV

    Ölkə prezidentinin imzaladığı sərəncamları, atdığı addımları şərh edən ayrı-ayrı ekspertlər ölkədə islahatların yeni mərhələsinə start verildiyini əminliklə söyləyirlər. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a mövcud durumla bağlı çox maraqlı fikirlər söyləməklə, prezidentin addımlarını təqdir etməklə yanaşı, təcrübəli iqtisadçı deputat olaraq, ölkəmizin daha da güclənməsi üçün vacib saydığı təklifləri də səsləndirib.

    Muxalifet - 18-02-2019

  6. ​"Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi

    "Rabitə işi"ndə təqsirləndirilən "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi onun müraciətini təmin edib.
    Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb.

    Muxalifet - 18-02-2019

  7. Maduro Avropa Parlamentinin üzvlərini Venesualaya buraxmadı

    Avropadakı sağ partiyalardan 6 AP üzvünün özünü müvəqqəti prezident elan edən Xuan Guaido ilə görüşmək üçün gəldikləri Venesuelaya girməsinə icazə verilməyib.
     
    Venesuela hökuməti özünü müvəqqəti prezident elan edən Xuan Guaido ilə görüşmək üçün ölkəyə gələn Avropa Parlamentinin üzvlərini (AP) hava limanından geri qaytarıb.
    Simon Bolivar Aeroportunda pasportları alınan AP üzvləri, bir müddət burada saxlanıldıqdan sonra Iberia Hava Yollarına aid bir təyyarə ilə geri göndəriliblər.

    Muxalifet3 - 18-02-2019

  8. Uçan saraya, 1 milyon dollarlıq avtomobilə sahib olan ABŞ prezidenti –Vaşinqtondan Trampa qədər Ağ Ev

    Hər il fevral ayının üçüncü həftəsinin bazar ertəsi günü Amerika Birləşmiş Ştatlarında “Prezident Günü” kimi qeyd olunur. Bayram 1880-ci ildən, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun təntənəli ad günü mərasimindən sonra hər il qeyd olunmağa başlayıb. Bu tarixdə Amerika prezidentləri, həm sabiqlər, həm də hazırki prezident bayram tədbirlərinə qoşulur, xüsusi mərasimlərdə iştirak edirlər. Beləliklə, prezidentlər bayram imtiyazlarından da yetərincə səmərəli istifadə edirlər. Bəs ABŞ prezidentlərinin daha hansı imtiyazları var?

    Muxalifet - 18-02-2019

  9. Ermənistan Rusiyadan yeni silah krediti ala bilər - NAZİRİN BƏYANATI

    Cari 100 milyon dollarlıq sazişin həyata keçirilməsindən sonra Ermənistan Rusiyadan yeni silah krediti ala bilər. Virtualaz.org xəbər verir ki, bunu RİA “Novosti”yə verdiyi açıqlamada Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

    “Bu mümkündür. Konkret olaraq söhbətin hansı silahlardan getməsi barədə danışmaq tezdir”, - IDEX-2019 silah sərgisinin gedişində jurnalistin sualını cavablandırarkən Tonoyan əlavə edib.

    Muxalifet - 18-02-2019

  10. Nazir iki nəfərə YÜKSƏK VƏZİFƏ VERDİ

    Gəncə şəhərinin 1 və 3 nömrəli xəstəxanalarının baş həkimləri dəyişib.
    Müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib.
    O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.
    Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub. (report)

    Muxalifet - 18-02-2019

  11. ​Lənkəranda itkin düşənin meyiti tapıldı - 2 AY SONRA

    Lənkəranda iki ay əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb.
    Muxalifet.az-ın “Report”a istinadən xəbərinə görə, itkin düşən 40 yaşlı Cabir Musayevin meyiti şəhər ərazisində fəaliyyət göstərən çörəkbişirmə sexində aşkarlanıb.
    Qeyd edək ki, C.Musayev 2018-ci ilin dekabr ayından itkin düşmüş şəxs kimi axtarışa verilib. Onun ölümünün səbəbləri araşdırılır.

    Muxalifet - 18-02-2019

  12. Musa Yaqub və Sabir Rüstəmxanlı keçi pendiri ilə şərab içdi - FOTOLAR

    Bir müddətdir səhhətində problem olan  Musa Yaqub Xalq şairi Sabir Rüstəmxanlını Bakıdakı evinə qonaq dəvət edib.

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, şairlər birgə masa arxasında şərab içiblər.

    Bu barədə xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədəki hesabında məlumat paylaşıb:

    Muxalifet4 - 18-02-2019

  13. ​“Məqsəd Azərbaycanda iğtişaşlara zəmin hazırlamaqdır” - ELDAR SABİROĞLU

    “Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmanı, sonda silaha əl atılmasını hamılıqla və qətiyyətlə pisləməliyik. Bu toqquşmaya təsadüfi, sıradan hadisə kimi baxmaq olmaz. Xüsusi şəkildə hazırlanmış təxribata daha çox oxşayır ki, burada da rus və erməni izini görməmiz lazım.

    Muxalifet - 18-02-2019

  14. ​Binəli Yıldırım bu gün istefa verəcək

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım bu gün istefa verəcək.
    Muxalifet.az xəbər verir ki, Yıldırım İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədliyini irəli sürdüyü üçün vəzifəsindən gedir.
    O, yerli vaxtla axşam saat 20:00-da o, artıq rəsmi şəkildə istefa verəcək.
    Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.

    Muxalifet - 18-02-2019

  15. ​Rəqsanənin qızının hamam GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

    Rusiyada yaşayan və orada fəaliyyət göstərən müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova "Düşmənlər" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
    21 yaşlı ifaçının hamamda çəkilmiş səhnələri müzakirəyə səbəb olub.
    Xatırladaq ki, Aysun bir müddət əvvəl hoteldə açıq-saçıq kadrları olan klip çəkdirdiyini və bu görüntülərin müzakirə ediləcəyini bildirmişdi./Publika

    Muxalifet - 18-02-2019

  16. Rumıniyanın "Cənub Qaz Dəhlizi" ilə bağlı PLANLARI

    Rumıniya "Cənub Qaz Dəhlizi" konsorsiumuna RO-BG (Rumıniya-Bolqarıstan) interkonnektorunun və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRHA) boru kəmərinin Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Dəhlizlə birləşdirilməsi haqqında anlaşma memorandumunun imzalanmasını təklif etmək niyyətindədir.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Rumıniya energetika nazirinin müavini Yulian-Robert Tudoraşe deyib.

    Muxalifet - 18-02-2019

  17. ​Hacı Nuran subaylığın daşını atır?

    "Həyat" xeyriyyə fondunun təsisçisi, məşhur aparıcı Hacı Nuran Hüseynov subaylığın daşını atmaq niyyətindədir. Aparıcı bu barədə “ATV maqazin onlarla” proqramında danışarkən deyib. 42 yaşlı aparıcının sözlərinə görə, ailə quracağı xanım mərhəmət və xeyirxahlıq kimi insani keyfiyyətlərə sahib olmalıdır: “İstərdim ki, gələcək həyat yoldaşım mənim kimi xeyirxah olsun və insanlara kömək etsin. Evə gec gələndə isə başqa bir şey fikirləşməsin”. Qeyd edək ki, bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuran indəyədək ailə qurmayıb.

    Muxalifet - 18-02-2019

  18. ​Bakıda bu küçələr təmir edilir

    Neapol və Səməd bəy Mehmandarov küçələrində təmir işləri başlayır.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, sözügedən küçələr uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün bərbad vəziyyətə düşüb.
    Problemlərin aradan qaldırılması üçün Agentlik tərəfindən uzunluğu 800 m, eni isə 24 metr olan Neapol küçəsində işlərə start verilib.

    Muxalifet - 18-02-2019

  19. NAZİRDƏN ŞOK AÇIQLAMA: “Kasıb insanlar telefona ayda 70-80 manat pul ödəyir...”

    “Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”

    Muxalifet - 18-02-2019

  20. ​Xırdalanda avtomobil kanalizasiya quyusuna düşdü - VİDEO

    Xırdalan şəhərində kanalizasiya xətlərinin çəkilmə prosesi uzanır.
    Muxalifet.az xəbər verir ki, bu isə yollarda tıxacların yaranmasına, qəzaların baş verməsinə səbəb olur. Şəhər sakinləri bildirir ki, xüsusilə yağışlı havalarda vəziyyət dözülməz hala gəlir, avtomobillərə ciddi ziyan dəyir. Bunun sübutu kimi redaksiyamıza göndərilən vodeo şəhərin Qalubiyyə küçəsində (Heydər Parkının yaxınlığı) çəkilib. Görünür ki,  avtomobil yolun ortasında qazılan çuxura düşüb.

    Muxalifet - 18-02-2019

Pages