Axtarış
The search found 105785 results in 0.02 seconds.
Search results
“Arvadı olmağa hazır idim, amma Arif boşanmadı…” - 16 illik gizli sevgi
Rusiyanın xalq artisti, kino və teatr aktrisası Tatyana Vasilyeva azərbaycanlı iş adamı Arif Ələkbərovla 16 illik gizli münasibətindən danışıb.
Muxalifet - 18-02-2019
ABŞ dövlət katibi köməkçisinin müavini Bakıya gəlir
ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk Azərbaycana səfər edəcək.
Muxalifet - 18-02-2019
Türkiyə ilə görüş barədə məlumat verə bilmərik, çünki... - Çemezov
Türkiyə ilə əldə edilən razılaşmaya əsasən, S-400 raket əleyhinə müdafiə sistemləri 2019-cu ilin sonuna qədər başa çatacaq.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya müdafiə sənayesi şirkəti "Roşte"in rəhbəri Sergey Çemezov bildirib.Muxalifet3 - 18-02-2019
Ticarət əməliyyatlarının həcmi nə qədər təşkil edib? - DGK
Yanvarda Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 2 milyard 302 milyon 363 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi həcminin 1 milyard 22 milyon 719 min ABŞ dolları idxalın, 1 milyard 279 milyon 644 min dollar isə ixracın payına düşüb.
Muxalifet3 - 18-02-2019
Əhaliyə ŞAD XƏBƏR: Pensiyalar yenidən qalxacaq - MƏBLƏĞ
Yaxın aylarda Azərbaycanda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.Muxalifet3 - 18-02-2019
Bunlar həlli olmayan problemlərdir - Lavrov
ABŞ-ın Fəratın şərq sahilində yaratdığı hərbi bazalar və kürdlərə silah yardımı həlli olmayan problemlərdir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Oman XİN rəhbəri Yusif Ələvi ilə görüşündə bildirib.
"Suriyadakı hərbi bazalar, kürdlərə silah yardımı, bu baza və silahların aqibəti məsələsi xüsusilə Türkiyə üçün narahatvericidir", - Lavrov qeyd edib.
Muxalifet3 - 18-02-2019
Dövlətə üç milyon manatdan çox ziyan vuran şəxs azadlığa çıxdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Muxalifet.az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib.
E.Xəlilov məhkəmənin iclas zalından azadlığa buraxılıb.
İttiham görə, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə üç milyon 381 min manat zərər vurub.Muxalifet3 - 18-02-2019
Azərbaycan BƏƏ-də beynəlxalq müdafiə sərgisində
Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti fevralın 17-dən Əbu-Dabidə açılan “IDEX-2019” 14-cü beynəlxalq müdafiə sərgisi və konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Muxalifet3 - 18-02-2019
“Azərbaycan ordusu hücum üçün məqam gözləyir” – Ermənistandan AÇIQLAMA - FOTO
Bu gün əgər hamı övladını orduda xidmətdən yayındırmağa çalışırsa, o zaman Azərbaycan ordusu ilə üz-üzə dayanmaqdan söhbət gedə bilməz.
Muxalifet.az xəbər verir ki, bunu keçmiş erməni kəşfiyyatçı, Qarabağda döyüşmüş Voba Vardanov erməni medaisına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu hücum üçün məqam gözləyir.Muxalifet3 - 18-02-2019
Dünya ətrafında bir neçə gün dövr edən nüvə bombası uğurla sınaqdan keçdi - VİDEO
Rusiya mətbuatı sərhədsiz mənzilli nüvə kruz raketi sayılan “Burevestnik”in yanvar ayında uğurla sınaqdan keçirildiyini yazıb.
Muxalifet.az xəbər verir ki, bu barədə sınağı rus ordusu təsdiqləməyib və sınaqların nə vaxt və harada həyata keçirildiyi açıqlanmayıb. “Russian Today” kanalının yaydığı kadrlarda isə bir qrup mühəndis bəzi hissələri bağlı olan raketi diqqətlə incələyir.Muxalifet3 - 18-02-2019
Suriyada bomba yüklü avtomobillər partladıldı: 9 ölü, 37 yaralı
Suriyanın İdlib şəhərində müxalif qoşunlarının nəzarətində olan ərazidə bomba yüklü iki maşının partladılması nəticəsində 9 nəfər ölüb , 37 dinc sakin isə yaralanıb.
Muxalifet3 - 18-02-2019
Ermənistan çalışır ki, bu durumu saxlasın, ancaq... - Deputat
İşğalçı Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil. Buna diplomatiyada status-kvonun legitimləşdirilməsi də deyirlər. Məsələnin daha bir pis cəhəti də var. Bu da ondan ibarətdir ki, hazırda dünya siyasətini müəyyənləşdirən güc mərkəzləri beynəlxalq münasibətlərdə və münaqişələrin həllində imperativ olan paradiqmanı son illərdə dəyişdiklərini bəyan ediblər. Əgər əvvəlki paradiqma ədalət, sonra sülh prinsipinə əsaslanırdısa, yeni paradiqma sülh, sonra ədalət prinsipinə əsaslanır.
Muxalifet3 - 18-02-2019
Türkiyəni təhdid edən ABŞ öz maraqları üçün... - General
Dünya sürətli bir dəyişikliyin içərsindədir. Bu, bizə də təsir edir. II Dünya müharibəsindən sonra yaradılan iqtisadi sistem ABŞ-ın maraqları üçün yaradılıb. Muxalifet.az xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan general-mayor Nejat Eslen bildirib. Eslen qeyd edib ki, NATO da bu sistemin bir parçasıdır: "Türkiyə NATO üzvüdür və hazırda da təhdid kimi dəyərləndirilir. NATO da bunun bir parçasıdır. Ancaq hazırkı məqamda Türkiyənin təhdidləri dəyərləndirməsi lazımdır. Türkiyənin hava müdafiə prioritetləri hansı təhlükələrə qarşıdır? Potensial təhdidlər nələrdir?
Muxalifet3 - 18-02-2019
Müharibə veteranından Moskvadakı insidentə - Reaksiya
Çeçenistan parlamentinin deputatı, müharibə veteranı Salam Asuyev bu günlərdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Muxalifet3 - 18-02-2019
"Kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub - Komitə sədri
Sadəcə malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı köklü islahatların həyata keçirilməsi nəticəsində 1 milyarddan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Muxalifet.az xəbər verir ki, bunu bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.Muxalifet3 - 18-02-2019
Sürücülərin diqqətinə: Bu istiqamətdə sürət həddi endirildi
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Muxalifet.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.Muxalifet3 - 18-02-2019
Naxçıvanda komanda-qərargah təlimi başladı
Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, “Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarəetmə sistemləri vasitəsilə idarə olunması praktiki həyata keçirilir.
Üç pilləli komanda-qərargah təlimi iki mərhələdə icra edilir.
Təlim fevralın 23-dək davam edəcək.
Muxalifet3 - 18-02-2019
Məmmədyarovla Mnatsakanyan niyə görüşmədi? – XİN-dən sensasiya
55-ci Münhen Təhlükəsizlik Konfransında Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşməməsinin səbəblərinə XİN-dən münasibət bildirib.
XİN sözçüsü Leyla Abdullayeva açıqlamasında Azərbaycanın nəticəyə yönəlik danışıqlara hər zaman hazır olduğunu vurğulayıb.Muxalifet3 - 18-02-2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka qarşı cinayət işi qaldırılıb.
Muxalifet.az “News.am”a istinadən xəbər verir ki, istintaq orqanları Sedrak Köçəryana qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüblər. Sabiq prezidentin oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb.Muxalifet3 - 18-02-2019
Millimizin rəqibi məlum oldu
Azərbaycan milli komandası martın 25-də yoldaşlıq oyunu keçirəcək.
Muxalifet.az xəbər verir ki, millimiz “Bakcell Arena”da Litva millisi ilə qarşılaşacaq.
Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu matçdan əvvəl Nikola Yurçeviçin başçılıq etdiyi millimiz ilk sınağını Xorvatiyaya qarşı verəcək. Həmin görüş martın 21-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.
Muxalifet3 - 18-02-2019