Axtarış

The search found 105785 results in 0.087 seconds.

Search results

  1. Hadı Rəcəbli hər kəsi bu cür TƏƏCCÜBLƏNDİRDİ - FOTO

    Milli Məclisin komitə sədri Hadı Rəcəbli həmkarı Aqiyə Naxçıvanlı ilə "Səni axtarıram"ın Elnur adlı fiziki məhdudiyyətli gənc üçün təşkil etdiyi toy məclisində iştirak edib.
    Muxalifet.az-ın məlumatına görə, millət vəkilləri gəncləri təbrik ediblər, xoş arzularını bildiriblər.
    Qeyd edək ki, Elnur adlı fiziki məhdudiyyətli gənc Nərmin adlı xanımla ailə qurub.

    Muxalifet3 - 18-02-2019

  2. ​Tramp sözünə əməl etmədi, Suriyada bu qədər əsgər qalacaq

    ABŞ Prezidenti Donald Trampın Suriyadan ordunu geri çəkmək barədə qərarını tətbiq edirik, ancaq tam olaraq geriçəkilmə olmayacaq.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Cozef Votel deyib.
    Votel Suriyada 1500 ABŞ əsgərinin qalacağını, bununla İŞİD-ə qarşı mübarizəyə töhfə verəcəklərini bildirib.
     

    Muxalifet3 - 18-02-2019

  3. Biz bundan nə üçün imtina etməliyik? - Ərdoğan

    NATO ABŞ-dan fərqli olaraq, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasının əleyhinə deyil.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Burdur şəhərində vətəndaşlar qarşısında çıxış edərkən bildirib.

    Muxalifet3 - 18-02-2019

  4. Ona dedim ki, Türkiyəni sən yox, mən idarə edirəm - Ərdoğan

    Beynəlxalq Valyuta Fonduna olan borcumuz baş nazir olduğum dövrdə ödənildi.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada vətəndaşlarla keçirdiyi görüşdə bildirib.

    Muxalifet3 - 18-02-2019

  5. Tramp onu iclasa dəvət etdi, o isə yatdı - Foto

    Ötən həftə ABŞ Prezidenti Donald Tramp onun adını götürdüyü üçün məktəbdə haqsızlıqla üzləşən 11 yaşlı kollec şagirdi Yoşa Trampa böyük jest edib.
    Muxalifet.az xəbər verir ki, Tramp Yoşanı Birləşmiş Ştatların Konqresinin iclasına dəvət edib.
    Delavare əyalətindən olan bu azyaşlı D.Trampın çıxışı zamanı yuxulayıb. ABŞ-ın birinci xanımı Melaniya Tramp isə gəncin yatmasını ona qarşı təcavüzə qarşı mübarizə simvolu adlandırıb.
    Qeyd edək ki, sözügedən gənc iki ildir ki, bu adı götürdüyünə görə, sinif yoldaşlarının təcavüzünə məruz qalır.
     

    Muxalifet3 - 18-02-2019

  6. Güclü külək bu ərazilərdə fəsadlara səbəb oldu - Foto

    Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.
    Muxalifet.az xəbər verir ki, günorta saatlarından güclənən külək nəticəsində şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.
    Nəticədə “Mercedes” və “VAZ-2107” markalı iki maşın qırılan ağacların altında qalaraq əzilib.
    Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırılmasına başlayıblar.

    Muxalifet3 - 18-02-2019

  7. Devrilmiş prezidentin 450 milyon dollarına əl qoyuldu

    Tunisdə bu günə qədər “Ərəb Baharı”nda devrilmiş prezident Zeynel Abidin bin Əli və ailəsinə aid təxminən 450 milyon dollara əl qoyulub.
     
    Tunisin maliyyə naziri Rza Şelgum Parlamentdə keçirilən sessiyadakı çıxışında, bu günə qədər devrilmiş prezident Zeynel Abidin bin Əli və ailəsinə məxsus nağd, bank hesabı və daşınmaz əmlakdan ibarət olan toplam təxminən 450 milyon dollara əl qoyulduğunu deyib.
     
    XƏZİNƏYƏ TƏHVİL VERİLİB
     
    Nazir Şelgum əl qoyulan mallardan 420 milyon dolların büdcəyə köçürüldüyünü bildirib.

    Muxalifet3 - 19-02-2019

  8. ABŞ generalı axtarışda olan terrorçu ilə görüşdü

     ABŞ Mərkəz Qüvvələrinin (CENTCOM) komandanı Cozef Votel Suriyada Türkiyə tərəfindən axtarılşda olan və ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiya tərəfindən SDG-nin komandiri olaraq adlandırılan PKK-lı terrorçu Məzlum Kobani kod adlı Şahin Cilo ilə Suriyada ABŞ-a aid hava bazasında görüşüb.
     
    Ordu generalı Votel deyib: “Bizdən Suriyadan çəkilməməyimizi istəyirlər və bunu anlayırıq. Ancaq bu hazırda getdiyimiz bir yol deyil. Mübahisə ABŞ əsgərlərinin burada qalıb-qalmaması üzərində deyil. Koalisiya qüvvələrinin nə edə biləcəyi potensialına baxdıq”.

    Muxalifet3 - 19-02-2019

  9. "Divara xeyr, Trampa yox!" - ABŞ QARIŞDI, TRAMPA ETİRAZLAR BAŞLADI

    ABŞ prezidenti Donald Trampın ölkənin Meksika sərhədində yaşanan "zorakılıq hadisələrini" əsas göstərərək "milli fövqəladə vəziyyət" elan etməsi Ağ Ev qarşısında etiraza səbəb olub.
     
    İnsan haqları təşkilatı "Moveon" və bəzi qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən etirazda, ABŞ-ın müxtəlif ştatlarından çox sayda aktivist iştirak edib.

    Muxalifet3 - 19-02-2019

  10. Ərdoğandan Fəratın şərqində əməliyyat siqnalı - TÜRK ORDUSU HAZIRLIQ VƏZİYYƏTİNDƏ!

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İsparta mitinqində xalqa xitab edib.

    Ərdoğan deyib: “İndi yeni həmlənin ərəfəsindəyik. Cənub sərhədimizin hamısını terrordan təmizləyəcək və təhlükəsiz bölgələr təsis edəcəyik. Əməliyyatla bağlı planlarımızı, strategiyamızı müəyyənləşdirdik”.

    Müxalifət.az

    Muxalifet3 - 19-02-2019

  11. Azərbaycan neftinin qiyməti ARTMAĞA DAVAM EDİR

    CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,06 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

    Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,7 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,8 dollar/barel çoxdur.

    Muxalifet4 - 19-02-2019

  12. Məscid-i Aksaya keşik çəkən bir qrup igidə İsraildən təhrik

    İsrailin Məscid-i Aksa-nı bağlanma ehtimalına qarşı bir qrup gənc müqəddəs məbəddə keşik çəkir. İsrailli işğalçılar isə Fələstinli qrupu təhrik etməyə davam edir.
     
    İsrailin Məscid-i Aksa-nın qapılarını bağlayıb, təkrar açmasından sonra bir qrup igid gənc İsrail polisinin müqəddəs məbədi yenidən bağlama ehtimalına qarşı gecə burada keşik çəkirlər.
    İsrailli polislər buna imkan verməmək üçün daim həmin qoruyucu gəncləri müxtəlif vasitələrlə təhrik edirlər. Təhrikə dözüm göstərməyən və müqavimət göstərən gənclər isə girov götürülür, ya da həbs edilirlər.

    Muxalifet3 - 19-02-2019

  13. ​"Bu gecə ölsəm, sabah bu uşağa heç yerdən kömək yoxdur" – Tovuzda nənə pensiyasına sığınmış ailə / VİDEO

    Tovuzun Cəlilli kəndində yaşayan Bəsti İsmayılovanın aldığı pensiya dolanışığa güclə çatır.

    Oğlu iş tapa bilmədiyindən nəvələrinə də o baxır, üstəlik xəstə gəlininin də dərmanlarını almalıdır.
    Amma pensiyası cüzi məbləğdə olduğundan ailə sıxıntılar içindədir, o, hökumətdən yardım istəyir.

    Muxalifet4 - 19-02-2019

  14. BAKININ SON MÜHARİBƏ HAZIRLIQLARI - İsraillə yeni müqavilə, arsenala alınan qorxunc silahlar...

    Azərbaycan hərbi qələbənin əsas şərti sayılan havada üstünlüyünü daha da gücləndirir; müdafiə nazirinin Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirdiyi görüşlərin pərdəarxası - “səsi” sonra çıxacaq...

    Muxalifet - 19-02-2019

  15. “Gəncliyim üçün Moskvaya, ahıllıq dövrüm üçün Türkiyəyə minnətdaram” – TANINMIŞ ALİM

    Muxalifet.az İstanbuldakı Aydın universiteti Qafqaz və Orta Şərq araşdırmaları mərkəzinin rəhbəri,magistratura və doktorantura proqramlarının müəllimi, professor Kamil Vəli Nərimanoğlunun Turan agentliyinə müsahibəsini təqdim edir:

    Muxalifet4 - 19-02-2019

  16. ​Dietoloqdan ŞOK XƏBƏRDARLIQ: Bu pendirlər XƏRÇƏNG YARADIR

    Avropa Alimlər İttifaqının mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən edib ki, kiflənmiş pendir qocalma prosesini ləngidir. Onların sözlərinə görə, bu pendirin tərkibində spermidin maddəsinin bolluğu hüceyrələrin toksindən təmizlənməsinə gətirib çıxarır. Nəticədə ürək əzələləri daha yaxşı işləyir və qan təzyiqi aşağı düşür.
    Türkiyəli dietoloq Cansu Arslan isə üstü qırmızı, qara və bej rəngli kiflənmiş pendirin insan sağlamlığına ciddi fəsadlar verə biləcəyini, hətta xərçəngə səbəb ola biləcəyini iddia edib.

    Muxalifet - 19-02-2019

  17. “Qalmağa yerim olmayanda İradə mənə sığınacaq verib” - Erməni jurnalist - FOTO

    Erməniəsilli rusiyalı jurnalist Marqarita Simonyan "Telegram" səhifəsində azərbaycan əsilli həmkarı İradə Zeynalova ilə münasibətindən yazıb.

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, azərbaycanlı teleaparıcı ilə bağlı xatirəsini bölüşüb:

    "İradə mənim rəfiqəmdir. Mən Moskvaya gələndə qalmağa yerim yox idi, İradə mənə evində sığınacaq verib. Xəbər otağında bizi "Ermənistan-Azərbaycan münaqişəsi" adlandırırlar".

    Muxalifet4 - 19-02-2019

  18. Moskvadakı çeçen - azərbaycanlı insidentində kənar güclərin izi və marağı

    Politoloq Kremldəki müəyyən dairələrin və bəzi ərəb dövlətlərinin bu məsələdə rolunun olduğunu istisna etmir

    Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentə hər iki dövlətin rəsmiləri, ictimai şəxsləri reaksiya verdilər, çağırışlar etdilər.

    Birmənalı şəkildə bildirildi ki, baş verən hadisəni heç də diasporlar arasında insident kimi qələmə vermək olmaz.

    Muxalifet - 19-02-2019

  19. Azərbaycana kapital qoyuluşu azalır - SƏBƏB...

    2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala 868, 7 milyon manat vəsait yönəldilib.
     
    Bu barədə fevralın 18-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda yazılıb.
     
    Həmin məlumatda vurğulanıb ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azdır.
     

    Muxalifet4 - 19-02-2019

  20. ​Bakı sakinləri arzularına çatdı

    Ötən gün axşam saatlarından başlayan yağış səhərə doğru qar ilə əvəz olunub.
    Muxalifet.az xəbər verir ki, beləcə təxminən iki ilə yaxındır qar həsrətində olan paytaxt sakinləri arzularına çatıb.
    Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da yağışın sulu qar ilə əvəz olunacağı proqnozlaşdırılmışdı.
    Hal-hazırda Bakıya qar yağmaqda davam edir:

    Muxalifet - 19-02-2019

Pages