Axtarış
The search found 105785 results in 0.073 seconds.
Search results
Məhbuslar 1 yaşlı uşağı ölümdən xilas etdi - VİDEO
Amerikalı qadın feysbuk (facebook) hesabında həyəcan dolu video paylaşıb. Videodan da aydın görünür ki, qadının həyat yoldaşı avtomobilin qapısını bağlayıb, sonradan açarı içəridə unutduğunu xatırlayıb. Hadisənin ən qorxulu tərəfi odur ki, cütlüyün körpə qızı maşında qalıb.
Muxalifet - 18-02-2019
Çörək bahalaşacaq? - Nazirdən AÇIQLAMA
Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur. Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir. Ş.Mustafayev xatırladıb ki, Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur: "Taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər.
Muxalifet - 18-02-2019
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib - “NƏYƏ GÖRƏ MƏNDƏN DÖVLƏT DÜŞMƏNİ DÜZƏLDİRLƏR?”
“Bakıya gəlişim hakimiyyətə iki dəfə yazılı müraciətimdən sonra baş tutdu. Müraciətlərimdə mən şəxsi xarakterli məsələlər qoymurdum. Söhbət ölkənin Kinematoqrafçılar İttifaqından, onun üzvlərindən, əmlakından və bu yaradıcılıq birliyinin sənədlərindən gedirdi”.
Muxalifet.az xəbər verir ki, bunu “Turan” agentliyinə müsahibəsində məşhur kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov deyib.Muxalifet - 18-02-2019
ABŞ-dan oyun içində oyun! 300 avtomobillik hərbi konvoy gətirildi
Uzun zamandır Suriyadan çəkilirik yalanları ilə əyləndirmə taktiksıanı işə salan ABŞ, İraq üzərindən Suriyaya 300 avtomobillək hərbi konvoy göndərib.
ABŞ-ın İraq üzərindən Suriyaya göndərdiyi bildirilən 300 araçlık konvoy dünən gecə Mardinin Nusaybin rayonunda görüntülənib.
Üzərilərində çadır var
ABŞ tərəfindən göndərildiyi bildirilən, üstləri çadır və kətanla örtülü 300 maşından ibarət konvoy dünən gecə İraq istiqamətindən Suriyaya daxil olub.Muxalifet3 - 18-02-2019
Tanınmış idmançımız UFC ilə müqavilə bağlamaq üçün ABŞ-da
Sambo üzrə Azərbaycanın yeddiqat çempionu, Dünya Kubokunun qalibi Bəxtiyar Abbasov dünyanın ən güclü turniri olan UFC-də çıxış edə bilər.
Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib. O, bununla əlaqədar olaraq ABŞ-a getdiyini açıqlayıb.Muxalifet - 18-02-2019
İsraildən Müsəlmanları qəzəbləndirəcək qalmaqal qərar
İsrail Məscid-i Aksa-nın bütün qapılarını bağlayaraq qalmaqal bir həmləyə imza atıb.
İsrail polisi işğal altındakı Şərqi Qüdsdə olan Məscid-i Aksa-nın bütün qapılarını bağlayıb.
Müxalifət.azMuxalifet3 - 18-02-2019
Anası reperin ölüm səbəbini açıqladı
Bir neçə gün əvvəl dünyasını dəyişən reper Kirill Tolmaskovun ölümü haqda bu dəfə anası İrina danışıb.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, İrina birinci kanalda qonaq olarkən bildirib ki, Desla ləqəbi ilə tanınan övladı son günlər çox işləyib:
"Onun ölümünə ağır iş rejimi səbəb olub. Bir il içərisində 2 albom hazırladı. Hərdən əllərinin və ayaqlarının ağrımağından şikayət edirdi".
Qadın deyib ki, oğlunun ölümünə spirtli içki səbəb ola bilməz. "Ekspertin cavabı yanlışdır. Onlar oğlumun qanında spirt tapa bilməzdilər", - İrina əlavə edib.Muxalifet - 18-02-2019
“Adıma 23 milyon kredit götürülüb” - Cahangir Hacıyevin məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Muxalifet - 18-02-2019
Rus bayrağı asıldı: Siyasi böhran yarandı
İngiltərənin Salisbury şəhərində yerləşən Məryəm Ana Kilsəsinin bərpa estakadasına Rusiya bayrağının asılması böyük böhrana səbəb olub. Keçmiş Rus casusu Sergey Skripalin zəhərləndiyi Salisburdakı kilsəyə Rusiya bayrağı asılıb. İngiltərənin ən qədim kilsəsinə RusUya bayrağının asılması yeni bir siyasi böhran yaradıb. Rusiya Konsulluğu bayrağı rusların asmadığını bəyan edib Salisbury Müqəddəs Məryəm Ana Kiliəsində bazar ibadətindən sonra 2 nəfər tərəfindən təmir üçün qirilmuş estakadalara asılan nəhəng Rusiya bayrağı İngiltərə mətbuatında geniş yer alıb.
Muxalifet3 - 18-02-2019
Ramiz Əzizbəyli: “Yataq şəraitindəyəm, çox zəifəm”
“Müalicəm evdə davam edir. Yataq şəraitindəyəm. Özümü çox zəif hiss edirəm.”
Bu fikirləri Open.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli Ramiz Əzizbəyli deyib.
Ötən ilin dekabr ayında əməliyyat olunan Ramiz Əzizbəylinin ayağı barmaq hissədən amputasiya olunub.
Xalq artistinin ayağında olan yaralar hələ sağalmayıb. Bu səbəbdən yataq şəraitində olan aktyora ailə üzvləri qulluq edir. Qızı Cəlalə Əzizbəylinin sözlərinə görə, atasının gec sağalma səbəbi yüksək şəkər xəstəliyindən əziyyət çəkməsidir.Muxalifet - 18-02-2019
“Lotu Quli”nin tutduğu killerlər belə YAXALANDI - Video
Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini yayıb.
Söhbət bu il yanvarın 28-də Nijnevartovsk şəhərində kriminal avtoritet Taleh Orif oğlu Əliyevə qəsd edən 23 və 39 yaşlı azərbaycanlı killerlərdən gedir.
Qeyd olunur ki, Nijnevartovskun Marjal Jukov küçəsində 39 yaşlı şəhər sakini evinin qarşısında güllələnib. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib.Muxalifet - 18-02-2019
ABŞ müttəfiqi olan terrorçu YPG-ni təhdid etdi
ABŞ-in İraq və Suriyada terror təşkilatı İŞİD əleyhinə koalisiyanın komandanı Lacamera terror təşkilatı YPG/PKK-nın davamı SDG-nin Rusiya və ya Əsəd rejimi ilə saziş bağladıqları təqdirdə bütün yardımları dayandıracaqlarını açıqlayıb.
ABŞ-ın İraq və Suriyada terror təşkilatı İŞİD əleyhinə koalisiyanın komandirləri arasında yer alan ordu generalı Pol Lacamera terror təşkilatı YPG/PKK-nın təşkil etdiyi SDG-yə təmin olunan dəstəklə bağlı verdiyi açıqlamada, “SDG Rusiya və ya Əsəd rejimi ilə birgə olsa, ABŞ-ın göndərdiyi yardımlar kəsiləcək” deyib.Muxalifet3 - 18-02-2019
Erməni deputat Paşinyan hökumətinin iqtisadi planlarını əsassız adlandırdı
Ermənistan hökumətinin vəd etdiyi sərmayələr beş ildən sonra hətta 2008-ci il səviyyəsinə də çatmayacaq.
Erməni KİV-i bildirir ki, bunu Ermənistan parlamentində jurnalistlərə müsahibəsində “Ermənistanın tərəqqisi” fraksiyasından olan deputat Mikael Melkumyan deyib.Muxalifet - 18-02-2019
“S-400”-lərin Türkiyəyə çatdırılacağı tarix MƏLUM OLDU
Rusiya bu ilin sonuna kimi Türkiyəyə “S-400” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını başa çatdıracaq.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov “IDEX-2019” müdafiə sərgisinin gedişatında jurnalistlərə açıqlamasında deyib.Muxalifet - 18-02-2019
Kiyevdə azərbaycanlılar saxlanıldı - BRİTANİYALININ SAATINI OĞURLAYIBLAR
Kiyevdə Böyük Britaniya vətəndaşını qarət edən Azərbaycan vətəndaşları saxlanılıb.
Bununla bağlı unn.com.ua saytı məlumat yayıb.
Bildirilir ki, hadisə gecə saatlarında Bolşaya Jitomirskaya küçəsində qeydə alınıb. Dörd nəfər Böyük Britaniya vətəndaşına yaxınlaşaraq, onun qolundakı “Rolex” saatını oğurlayıblar. Hadisədən sonra onlar qaçmağa müvəffəq olublar. Zərərçəkmiş polisə müraciət edib.
Aparılan araşdırmalar zamanı hadisəni törədən şəxslərin Azərbaycan vətəndaşları olduğu aydınlaşıb və onlar saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Muxalifet - 18-02-2019
Gürcüstanda yeni dövlət qurumu yaradılacaq
Gürcüstanda Uşaqlar və Gənclər Milli Agentliyi yaradılacaq.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qanun layihəsi hazırlayıb.
Agentliyin yaradılmasında əsas məqsəd hökumət və gənclər arasında kommunikasiyanın intensivləşdirilməsi, uşaq və gənclərin ictimai həyata cəlb olunmasına dövlət dəstəyinin artırılması, onların özlərinin reallaşdırılmasını təşviq etmək və hüquqlarının müdafiəsidir.Muxalifet - 18-02-2019
İlham Əliyev: “Gənclər üçün gözəl imkanlar yaradılır”
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat verilib. Prezident İlham Əliyev müəssisəni işə salıb. Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə görüşüb. Zavodun işçisi Nigar Qarayeva: Cənab Prezident, müəssisəmizə gəldiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Qeyd etmək istərdik ki, ümumiyyətlə, zavodun tikilməsinə başlayan zamandan biz həmişə Sizin diqqət və qayğınızı hiss etmişik.
Muxalifet - 18-02-2019
Vətəndaşlıq verən ölkələr hansılardır? -Şərtlər və ödəmələr...
Dünyanın bir çox ölkələri məlum şərtlər qarşılığında vətəndaşlıq və yaşamaq hüququ verir. Onlardan bəzilərini təqdim edirik:
İrlandiya: Yaşıllıqlar içərisində olan İrlandiyada vətəndaşlıq hüququna sahib olmaq üçün ölkədə 400 min avro dəyərində daşınmaz əmlak almaq lazımdır.
Ukrayna: Burada şirkət açaraq və ən azı 100 min dollar investisiya qoyub, yaşamaq hüququ əldə etmək olar.Muxalifet - 18-02-2019
Afətdən Nadirə SƏRT SÖZLƏR: "Sən haranın maralısan?"
Şou-biznesdə növbəti qalmaqal müğənnilər Nadir Qafarzadə və Afət Fərmanqızı arasında yaşanıb.
Qafarzadə "Hüseynova bacıları" verilişində Afətin Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı mahnını tənqid edib. "Qulaq asmıram... Qulaqlarıma yazığım gəlir. Məni bir də ana doğmayacaq, belə qulaqlar dünyaya gəlməyəcək. Bu, mənim şəxsi fikrimdir. Elə musiqilər gələndə qulaqlarımı tıxayıram" sözləri cavabsız qalmayıb.
Fərmanqızı Nadirin sözlərini paylaşaraq, tənqidlər yazıb:Muxalifet - 18-02-2019
Yol polisindən hava xəbərdarlığı – DİQQƏTLİ OLUN
“Nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçin”
Muxalifet - 18-02-2019